Skip to content
17/01/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 15
  • Məsləhətə 7,5 milyon xərclənib, ortada isə iş yoxdur – Dəniz suyu ilə bağlı layihə 3 ildir niyə yubanır?

Məsləhətə 7,5 milyon xərclənib, ortada isə iş yoxdur – Dəniz suyu ilə bağlı layihə 3 ildir niyə yubanır?

admin 15/01/2026
zaur mikayıl

 

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə çevrilən “Azərsu” ASC tərəfindən 2023-cü ildən başlayaraq həyata keçirilən “Dəniz suyunun duzsuzlaşdırılması” layihəsi üzrə dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Lakin layihənin icrasına dair nəticələr hələ də məlum deyil. Müxtəlif məsləhətçi şirkətlərlə müqavilələr bağlanmasına baxmayaraq, layihənin konkret nəticəsi əldə olunmayıb. Dövlət büdcəsindən bu istiqamətə ayrılan vəsait artıq təxminən 7,5 milyon manat təşkil edir.

İqtisadçı Toğrul Maşallı bildirib ki, 2023-cü ilin avqust ayında “Azərsu” ASC və “Mekorot Water Company LTD” (İsrail) arasında “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə texniki-iqtisadi əsaslandırma və layihə tapşırığının hazırlanması, layihənin icrası ilə bağlı digər məsləhət xidmətlərinin satın alınmasına 2 milyon 839 min manat dəyərində müqavilə imzalanıb.

Ekspert bildirib ki, eyni zamanda “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” predmeti üzrə hüquqi məsləhət xidmətlərinin satın alınması üçün “BM Morrison Partners” ilə müqavilə imzalanıb və müqavilənin dəyəri 529,4 min manat təşkil edib. Toğrul Maşallı vurğulayıb ki, beləliklə, “Azərsu” yalnız 2023-cü ildə 3,37 milyon manat xərcləyib.

O deyib ki, layihənin nəticəsinə dair heç bir məlumat yoxdur və bildiyinə görə, yalnız 2024-cü ildə “Mekorot” şirkəti Azərbaycanda su qıtlığının qarşısını almaq üçün süni yağış yağdırılması ilə bağlı layihə təklif edib.

Ekspert əlavə edib ki, vaxt keçdikcə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin (İŞBST) hesabatına əsasən, 2025-ci ildə dövlət büdcəsinin investisiya xərclərindən “Dəniz suyunun duzsuzlaşdırılması ilə əlaqədar məsləhətçi şirkətin cəlb olunması” adı ilə yanvar ayında 1 milyon 20 min manat vəsait ayrılıb.

“Lakin İŞBST müqaviləni yalnız 2025-ci ilin dekabrında imzalayıb. Yenə də müqavilə “Mekorot” şirkəti ilə imzalanıb və bu dəfə layihə bir qədər konkretdir: “Abşeron yarımadasında dəniz suyunun əks osmos üsulu ilə duzsuzlaşdırılması zavodunun tikintisi”. Məbləğ isə 1 milyon 70 min manat olub, əlavə 50 min manatın mənbəyinə dair məlumat yoxdur”, – deyə Toğrul Maşallı bildirib.

Ekspert vurğulayıb ki, layihə çərçivəsində hüquqi məsləhətlərin həyata keçirilməsi üçün “Dentons Europe” (Central Asia) Limited” şirkətinin Azərbaycan filialı ilə müqavilə imzalanıb və müqavilənin dəyəri 295,5 min manat təşkil edib.

O əlavə edib ki, 2023-cü ildə vəsait ayrılmışdı, amma nəticəsi yoxdur, buna baxmayaraq yenidən eyni istiqamət üzrə vəsait ayrılıb.

“Həmçinin, İqtisadiyyat Nazirliyi də bəlli olmayan səbəblərdən eyni istiqamət üzrə vəsait ayırıb. Belə ki, iki il ardıcıl – 2024 və 2025-ci illərdə eyni “Dentons Europe” şirkəti İqtisadiyyat Nazirliyi üçün “Azərbaycan Respublikasının Abşeron rayonunda Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu Layihəsinə dair hüquqi məsləhət xidmətləri”ni həyata keçirib və bu məqsədlə iki il ərzində 820,7 min manat ödənilib”, – deyə ekspert bildirib.

Toğrul Maşallı qeyd edib ki, əlavə olaraq, İqtisadiyyat Nazirliyi ilə “McKinsey” arasında olan müqavilədə bəndlərdən biri də “Dəniz suyunun duzsuzlaşdırılması” üzrə məsləhət xidmətlərinə aiddir.

Ekspert vurğulayıb ki, beləliklə, zavod hələ tikilməyib (“Mekorot” şirkəti ilə müqavilə 2029-cu ilin sonunadəkdir), amma artıq dövlət büdcəsindən “məsləhət” adı ilə 7,5 milyon manat xərclənib./azpolitika.info

 

PAYLAŞIN:

Continue Reading

Previous: “Unibank”ın təhlükəli maliyyə balansı: Bank risk zonasındadır
Next: Körpüləri yandırmır, amma silkələyir: Paşinyanın Rusiya taktikası

OXŞAR MÖVZULAR

iran-mallar

İrandan nə alıb, ona nə satırıq? – 647 milyon dollarlıq ticarət dövriyyəmiz var

admin 16/01/2026
pensiya-sosial

Pensiya sistemindəki ədalətsizliyin yaratdığı sosial uçurum – Pensiya ilə varına var qatanlar və yoxsullaşanlar

admin 16/01/2026
menzil-h

Bakının ən bahalı küçələri açıqlandı – Evin 1 kvadratı 17 min manat

admin 16/01/2026

XƏBƏR LENTİ

  • Hakan Fidanın açıqlaması Ermənistanı qarışdırdı 16/01/2026
  • İranda 3000 nəfər saxlanıldı 16/01/2026
  • Cenevrədə WUF13-lə bağlı Logistika Sazişi imzalanıb 16/01/2026
  • Ərdoğanın mümkün namizədi açıqlandı – Gələcək prezident o ola bilər 16/01/2026
  • İran-Türkiyə: Nə dostdurlar, nə düşmən, müharibə də istəmirlər, amma… 16/01/2026
  • “Ankara və Bakı Paşinyanın qalib gəlməsini istəyir..” – “Mümkündür ki, Azərbaycan da oxşar bəyanatla çıxış etsin” 16/01/2026
  • İrandan nə alıb, ona nə satırıq? – 647 milyon dollarlıq ticarət dövriyyəmiz var 16/01/2026
  • “Google”a şok ittiham – “Valideynlər maneə kimi təqdim olunur” 16/01/2026
  • Pensiya sistemindəki ədalətsizliyin yaratdığı sosial uçurum – Pensiya ilə varına var qatanlar və yoxsullaşanlar 16/01/2026
  • Bakının ən bahalı küçələri açıqlandı – Evin 1 kvadratı 17 min manat 16/01/2026
  • Maqnezium hansı qidalarda var? – Sağlamlıq üçün 10 möcüzəvi mənbə 16/01/2026
  • İƏİT kapital bazarının inkişafı sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır 16/01/2026
  • Sosial mediada söyüş və çılpaqlığa qadağa – Etik sərhəd, yoxsa ifadə azadlığı üçün risk? 15/01/2026
  • “Əgər belə davam edərsə, Azərbaycanı çox ciddi problemlər gözləyir” – Ekspert xəbərdarlıq edir 15/01/2026
  • Qaz pulu niyə artıb – Sayğaclar artıq yazır? 15/01/2026
  • Rusiya və Çinin yalnız buraxdığı İran – Hökumətyönlü yürüşlər rəsmi Tehranı xilas edə biləcək? 15/01/2026
  • Körpüləri yandırmır, amma silkələyir: Paşinyanın Rusiya taktikası 15/01/2026
  • Məsləhətə 7,5 milyon xərclənib, ortada isə iş yoxdur – Dəniz suyu ilə bağlı layihə 3 ildir niyə yubanır? 15/01/2026
  • “Unibank”ın təhlükəli maliyyə balansı: Bank risk zonasındadır 15/01/2026
  • Ukraynadakı Britaniya sülhməramlılarının “ciddi zəifliyi” olacaq – “The Telegraph” 15/01/2026

Sağlamlıq

maqnezium

Maqnezium hansı qidalarda var? – Sağlamlıq üçün 10 möcüzəvi mənbə

admin 16/01/2026
hekim_arayis

Resepti artıq həkim yox, süni intellekt yazır – Bizi nələr gözləyir?

admin 13/01/2026
cipsi

Çipsdən niyə imtina etmək lazımdır? – Kardioloqlar açıqladı

admin 08/12/2025
komputer

Hər 45 dəqiqədən bir oturmağa ara vermək lazımdır: Hərəkətsiz bədəndə nələr baş verir?

admin 02/12/2025
ürek

Kişilərdə ürək çatışmazlığı riskini 2,5 dəfə artıran səbəb açıqlandı

admin 28/11/2025

MƏDƏNİYYƏT

not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026
ac3f6578eb_86699

Həmid Herisçi ard-arda Təbrizə səfər etməklə İran molla rejiminin tapşırıqlarını Azərbaycan Yazıçılar Birliyində həyata keçirib? – SENSASİON İDDİA

redaktor 30/12/2025
n-suri

Nazirliyin müğənnilərə təzyiqi davam edir: Nura Suriyə efir qadağası qoyuldu

admin 17/12/2025
mədən-naz

Mədəniyyət nazirliyində baş verənlərin İLGİNC UZANTISI… – “Bu təyinatın arxasında kim dayanır?”

admin 12/12/2025
eldar-hesenli

ƏRDOĞAN, XOŞ GƏLDİN AZƏRBAYCANA

admin 18/11/2025

İDMAN

koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
a-takım

Püşk atıldı: Türkiyə millisinin rəqibi bəlli oldu

admin 20/11/2025
b8a184e5-7812-4ce4-8c46-ca19ed3a546b

Türkiyə milli komandasının pley-offdakı rəqibləri bəlli olub – Püşkatma bu tarixdə keçiriləcək

admin 19/11/2025
türk-pfl

Türkiyə futbolunda mərc əməliyyatı: 17 hakim və 1 klub prezidenti saxlanıldı

admin 07/11/2025
qb-fc2

“Qarabağ” ingilislərə ŞOU GÖSTƏRDİ – Dünya bizdən DANIŞIR

admin 06/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2025 aktualinfo.org All rights reserved. | MoreNews by AF themes.