Skip to content
17/01/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 15
  • Sosial mediada söyüş və çılpaqlığa qadağa – Etik sərhəd, yoxsa ifadə azadlığı üçün risk?

Sosial mediada söyüş və çılpaqlığa qadağa – Etik sərhəd, yoxsa ifadə azadlığı üçün risk?

admin 15/01/2026
osman gündüz

Prezident İlham Əliyev xeyli müddətdir ki, müzakirə predmetinə çevrilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən yeni dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyə əsasən, kütləvi nümayiş zamanı ictimai mənəviyyatı təhqir edən, açıq hörmətsizlik ifadə edən, söyüş, əxlaqsız ifadə və jestlərə, eləcə də milli-mənəvi dəyərlərə zidd vizual məzmunun yayılması məhdudlaşdırılır.

Bu addım niyə atıldı?
Düşünmək olar ki, son illər sosial mediada və bəzi onlayn resurslarda açıq şəkildə etik çərçivəni aşan, təhqiramiz, çılpaq və aqressiv məzmunun artması bu hüquqi tənzimləməni zəruri edib.
Xüsusilə uşaqların və həssas qrupların qorunması, ictimai məkanın minimum etik standartlarla müdafiəsi baxımından qanunun məqsədi anlaşılan və məntiqlidir.

Amma dərhal da qeyd etmək istərdim ki , burada risklər də var.
Qanunda işlədilən “ictimai mənəviyyat”, “əxlaqsız ifadə”, “milli-mənəvi dəyərlərə zidd” kimi anlayışlar dəqiq tərif olunmadığı üçün subyektiv və seçmə tətbiq riski yaranır.
Məsələn, sosial şəbəkədə bir məmurun fəaliyyəti sərt və bir az da emosional dildə tənqid edilərsə, bu paylaşım “cəmiyyətə açıq hörmətsizlik” kimi qiymətləndirilərək silinə və ya müəllif məsuliyyətə cəlb oluna bilər.
Eyni yanaşma bu yanaşmalar kütləvi yayılan satira, performans sənəti, ictimai aksiyalardan görüntülərə və jurnalist materiallarına da tətbiq edilə bilər.

Jurnalistlər, blogerlər və kontent istehsalçıları üçün mesaj.
Bundan sonra tənqidlərdə ehtiyatlı olmaqda fayda var.
Söyüş, açıq təhqir və çılpaq vizual görüntülər artıq hüquqi risk və məsuliyyət yaradır. Canlı yayımlar və “story”lər də adi postlar kimi məsuliyyət daşıyır.
Fərqində olmaq lazımdır ki, onlayn mühitdə söyüş, çılpaqlıq, cəmiyyəti aşağılamağa yönəlik hərəkətlər və açıq təhqirlər artıq ifadə azadlığının forması deyil.
Faktlara, arqumentlərə və etik çərçivəyə əsaslanan tənqid isə daha təhlükəsizdir.

Qanun niyyət etibarilə etik mühiti, ictimai məkanımızı qorumağa yönəlib.
Lakin aydın izahatlar, dəqiq təfsirlər və güclü məhkəmə nəzarəti olmadan onun tətbiqi ifadə azadlığı üçün risklər yarada bilər.
Bəzi ölkələrdə bu tip yanaşmalar mövcud olsa da, çox dar çərçivədə,
dəqiq təriflərlə və məhkəmə nəzarəti altında gerçəkləşir
Təcrübə göstərir ki, demokratik ənənələr zəif olduqda, oturuşmuş sistemlər olmadıqda, məmur özbaşınalığı olduqda bu tip qaydalar hansısa məmur üçün jurnalistləri, ictimai fəalları, blogerləri və tənqidçiləri susdurmaq alətinə də çevrilə bilir.

İnanıram ki yeni normalar ölkədə kontent istehsalı mədəniyyətini yüksələdcək. Keyfiyyətli, arqumentli və etik məzmun istehsalını stimullaşdıracaq.
Ümid edirəm ictimai məkanın , “ictimai mənəviyyat”ın və milli-mənəvi dəyərlərin qorunmasıyla bağlı yeni normalar ictimai mədəniyyəti daha da yüksəldəcək, özünüsenzuraya və tənqidi səsləri susdurmaq alətinə çevrilməyəcək.

Osman Gündüz

Gununsesi.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Əgər belə davam edərsə, Azərbaycanı çox ciddi problemlər gözləyir” – Ekspert xəbərdarlıq edir
Next: İƏİT kapital bazarının inkişafı sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

OXŞAR MÖVZULAR

hakan_fidan-

Hakan Fidanın açıqlaması Ermənistanı qarışdırdı

admin 16/01/2026
elxan-ş

“Ankara və Bakı Paşinyanın qalib gəlməsini istəyir..” – “Mümkündür ki, Azərbaycan da oxşar bəyanatla çıxış etsin”

admin 16/01/2026
paş-1

Körpüləri yandırmır, amma silkələyir: Paşinyanın Rusiya taktikası

admin 15/01/2026

XƏBƏR LENTİ

  • Hakan Fidanın açıqlaması Ermənistanı qarışdırdı 16/01/2026
  • İranda 3000 nəfər saxlanıldı 16/01/2026
  • Cenevrədə WUF13-lə bağlı Logistika Sazişi imzalanıb 16/01/2026
  • Ərdoğanın mümkün namizədi açıqlandı – Gələcək prezident o ola bilər 16/01/2026
  • İran-Türkiyə: Nə dostdurlar, nə düşmən, müharibə də istəmirlər, amma… 16/01/2026
  • “Ankara və Bakı Paşinyanın qalib gəlməsini istəyir..” – “Mümkündür ki, Azərbaycan da oxşar bəyanatla çıxış etsin” 16/01/2026
  • İrandan nə alıb, ona nə satırıq? – 647 milyon dollarlıq ticarət dövriyyəmiz var 16/01/2026
  • “Google”a şok ittiham – “Valideynlər maneə kimi təqdim olunur” 16/01/2026
  • Pensiya sistemindəki ədalətsizliyin yaratdığı sosial uçurum – Pensiya ilə varına var qatanlar və yoxsullaşanlar 16/01/2026
  • Bakının ən bahalı küçələri açıqlandı – Evin 1 kvadratı 17 min manat 16/01/2026
  • Maqnezium hansı qidalarda var? – Sağlamlıq üçün 10 möcüzəvi mənbə 16/01/2026
  • İƏİT kapital bazarının inkişafı sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır 16/01/2026
  • Sosial mediada söyüş və çılpaqlığa qadağa – Etik sərhəd, yoxsa ifadə azadlığı üçün risk? 15/01/2026
  • “Əgər belə davam edərsə, Azərbaycanı çox ciddi problemlər gözləyir” – Ekspert xəbərdarlıq edir 15/01/2026
  • Qaz pulu niyə artıb – Sayğaclar artıq yazır? 15/01/2026
  • Rusiya və Çinin yalnız buraxdığı İran – Hökumətyönlü yürüşlər rəsmi Tehranı xilas edə biləcək? 15/01/2026
  • Körpüləri yandırmır, amma silkələyir: Paşinyanın Rusiya taktikası 15/01/2026
  • Məsləhətə 7,5 milyon xərclənib, ortada isə iş yoxdur – Dəniz suyu ilə bağlı layihə 3 ildir niyə yubanır? 15/01/2026
  • “Unibank”ın təhlükəli maliyyə balansı: Bank risk zonasındadır 15/01/2026
  • Ukraynadakı Britaniya sülhməramlılarının “ciddi zəifliyi” olacaq – “The Telegraph” 15/01/2026

Sağlamlıq

maqnezium

Maqnezium hansı qidalarda var? – Sağlamlıq üçün 10 möcüzəvi mənbə

admin 16/01/2026
hekim_arayis

Resepti artıq həkim yox, süni intellekt yazır – Bizi nələr gözləyir?

admin 13/01/2026
cipsi

Çipsdən niyə imtina etmək lazımdır? – Kardioloqlar açıqladı

admin 08/12/2025
komputer

Hər 45 dəqiqədən bir oturmağa ara vermək lazımdır: Hərəkətsiz bədəndə nələr baş verir?

admin 02/12/2025
ürek

Kişilərdə ürək çatışmazlığı riskini 2,5 dəfə artıran səbəb açıqlandı

admin 28/11/2025

MƏDƏNİYYƏT

not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026
ac3f6578eb_86699

Həmid Herisçi ard-arda Təbrizə səfər etməklə İran molla rejiminin tapşırıqlarını Azərbaycan Yazıçılar Birliyində həyata keçirib? – SENSASİON İDDİA

redaktor 30/12/2025
n-suri

Nazirliyin müğənnilərə təzyiqi davam edir: Nura Suriyə efir qadağası qoyuldu

admin 17/12/2025
mədən-naz

Mədəniyyət nazirliyində baş verənlərin İLGİNC UZANTISI… – “Bu təyinatın arxasında kim dayanır?”

admin 12/12/2025
eldar-hesenli

ƏRDOĞAN, XOŞ GƏLDİN AZƏRBAYCANA

admin 18/11/2025

İDMAN

koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
a-takım

Püşk atıldı: Türkiyə millisinin rəqibi bəlli oldu

admin 20/11/2025
b8a184e5-7812-4ce4-8c46-ca19ed3a546b

Türkiyə milli komandasının pley-offdakı rəqibləri bəlli olub – Püşkatma bu tarixdə keçiriləcək

admin 19/11/2025
türk-pfl

Türkiyə futbolunda mərc əməliyyatı: 17 hakim və 1 klub prezidenti saxlanıldı

admin 07/11/2025
qb-fc2

“Qarabağ” ingilislərə ŞOU GÖSTƏRDİ – Dünya bizdən DANIŞIR

admin 06/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2025 aktualinfo.org All rights reserved. | MoreNews by AF themes.