Skip to content
29/01/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 23
  • Mahir Əliyev “QLOBUS­-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır?

Mahir Əliyev “QLOBUS­-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır?

admin 23/01/2026
samux-şəh

 

Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2025-ci ildə keçirilmiş dövlət satınalmaları ətrafında araşdırmamız davam edir. Araşdırmalarla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevə ötən həftə ünvanladığımız sorğu məktublarına hələ cavab verilməyib. Buna baxmayaraq ötən həftə yaydığımız məqalədə qeyd etdiyimiz kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin satınalmalar yolu ilə müqavilə bağladığı bəzi şirkətlərlə əvvəlcədən danışıqlar aparıldığına olan şübhələr hələ qalmaqdadır.

Satınalmaların portalında 10.10.2025-ci ildə dərc edilmiş  məlumata görə Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə 16.08.2025-ci ildə başladığı kotirovka sorğusu proseduruna 06.10.2025-ci ildə yekun vurulub. Müsabiqənin qalibi “QLOBUS-23” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 77.854 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, əslində isə Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə kotirovka sorğusu proseduruna hələ 2025-ci ilin mart ayında başlayıb.

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 03.04.2025-ci ildə “İşıqlandırma işlәrinin görülmәsi üçün mal­materialların satın alınması” satın alınması mәqsәdilә Kotirovka sorğusu metodu ilә keçirilmiş satınalmada tәkliflәrin açılması üzrә tərtib olunmuş iclas protokolunda 11 tәchizatçının iştirakı ilə tәkliflәrә baxılmışdır.

Qeyd edək ki, 107059 nömrәli satınalmanın ehtimal qiyməti 97.220,20 manat müəyyən edilmişdir. Onlardan ilk dördlükdə yer alan ən sərfəli qiymət təklif etmiş təchizatıçlar aşağıdakı kimidir.

1. “GRAVİTY LTD” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 2005482561): 64280.62 AZN
2. “PANGEYA” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1404466301): 79789.24 AZN
3. “AMPER” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VOEN: 1803674831): 59009.44 AZN
4. “XӘZӘR İNŞAAT KO ” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1501130591): 61702.20 AZN

Göründüyü  kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Satınalma Komissayısı “GRAVİTY LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçmiş, daha sərfəli qiymətlər təklif etmiş təchizatçılaran təkliflərini qiymətləndirməmişdir.

Burada məqsəd nə olmuşdur. Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyinə yaxın şirkətin qalib seçilməsi. Amma Nəzarət orqanının 14 may AIBNDA/SQ-2991/2025 ci il qərarına əsasən satınalma ləğv olunmuşdur.

Nəzarət orqanı Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə keçirdiyi kotirovka sorğusunu 12.08.2025-ci ildə də ləğv edib.

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 01.09.2025-ci ildə “İşıqlandırma işlәrinin görülmәsi üçün mal­materialların satın alınması” satın alınması mәqsәdilә Kotirovka sorğusu metodu ilә keçirilmiş satınalmada tәkliflәrin açılması üzrә tərtib olunmuş iclas protokolunda 9 tәchizatçının iştirakı ilə tәkliflәrә baxılmışdır.

Qeyd edək ki, 117190 nömrәli satınalmanın ehtimal qiyməti 97.220,20 manat müəyyən edilmişdir. Onlardan ilk beşlikdə yer alan ən sərfəli qiymət təklif etmiş təchizatıçlar aşağıdakı kimidir.

1. “QLOBUS­23” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VOEN: 6901329331): 77854.00 AZN
2. “ASİYA LTD” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1400458441): 89819.00 AZN
3. “GRAVİTY LTD” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 2005482561): 54285.55 AZN
4. “Stark Group” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VOEN: 0701532381): 49326.36 AZN
5. “AKTİF ELEKTRİK” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1503631791): 59772.31 AZN

Göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Satınalma Komissiyası ən sərfəli qiymətlər təklif etmiş təchizatçılara deyil,  “QLOBUS­-23” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtini qalib seçmişdir.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “QLOBUS­-23” (VOEN: 6901329331) Mәhdud Mәsuliyyәtli Cәmiyyәtininn  05.10.2023-cü il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının , SAMUX RAYONU, İNSTİTUT qəs,  qanuni təmsilçisi kimi isə Fətəliyev Ülfət İbrahim oğlu qeyd olunub.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun görə (Maddə 10.4.) Uyğunluq göstəricilərinə cavab verməyən və (və ya) təklifləri uyğun olmayan təchizatçının belə tələblərə uyğunlaşdırılması məqsədilə uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda hər hansı dəyişiklik edilməsinə, habelə bununla bağlı hər hansı sorğuya, təklifə və icazəyə yol verilmir.

Göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Satınalma Komissiyası elektrik mallarının və işıqlandırma işlәrinin görülmәsi üzrə ixtisaslaşmış, təcrübəli, peşəkar təchizatçıların təklif etdiyi qiymətləri seçməyərək, satınalmalarda təcrübəsi, ixtisas uyğunluğu bəlli olmayan “QLOBUS­-23” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinə üstünlük vermişdir. Bu da satınalmanın təşkili zamanı təklifləri uyğun olmayan təchizatçının sənədlərinin tələblərə uyğunlaşdırılmasını deməyə əsalar verir.

Qeyd edək ki, Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevdir. O, uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 25 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyevdi. Mahir Əliyev hələ 2006–2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş Vilyam Hacıyevin kadrı olub. Mahir Əliyev daha sonra 2012-2023-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş Alı Qocayevlə işləyib. Nə sirdirsə Firdovsi Əliyev də onunla işləməyə üstünlük verib və vəsifəsində saxlayıb.

 

Aktualinfo.net

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Dövlət sektorunda iş yerləri azalır: nə baş verir?
Next: “Trampın təklifinə “yox” demək olmazdı…” – Ekspert bunun səbəblərini açıqladı

OXŞAR MÖVZULAR

xetai-t3

Eldar Əzizov xəbərdarlıq etsə də Xətaidə aparılan qanunsuz tikilinin qarşısı alınmır

admin 26/01/2026
tovuz-ryn

Tovuzda yolların əsaslı təmiri də, abadlıq işləri də şübhəli yollarla aparılır

admin 22/01/2026
sxa-katring

Son üç ildə 25 milyonluq keytring xidməti göstərən Ziyafət Fərzəliyevin rolu əslində nədir

admin 21/01/2026

XƏBƏR LENTİ

  • Respublika Neyrocərrahiyə xəstəxanasının mühafizə rəisinə DUR deyən olacaqmı?! -VİDEO 29/01/2026
  • Son beş ildə uşaqlara verilən qeyri-adi adlar – Araşdırma 29/01/2026
  • “ABŞ-nin dəstəyi Ukrayna təhlükəsizliyinin əsas təminatıdır” – “Ukraynada Fransa və Britaniya qoşunları yerləşdiriləcək…” 29/01/2026
  • Aİ və Azərbaycan Naxçıvan dəmir yolu layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlayacaq 29/01/2026
  • Cərimənin məcburi qaydada tutulması qaydası dəyişdi 29/01/2026
  • ABŞ-nin İrandakı zərbə hədəfləri açıqlandı – Ali siyasi rəhbərlik, SEPAH bazaları… 29/01/2026
  • Məhkəməyədək icraat üçün elektron kabinetlər yaradılacaq 29/01/2026
  • “Dolları istədiyim kimi qaldırıb endirə bilərəm…” – Tramp milli valyutanı oyuncağa bənzətdi 28/01/2026
  • 60 min boş iş yeri hardadır? – Agentlik sədrinin müəmmalı açıqlaması 28/01/2026
  • QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -Bu sistemdə əsas olan münasibətlər və vərdişlərdir 28/01/2026
  • Trampın 2 tələbi: İran razılaşmasa, müharibə başlayacaq 28/01/2026
  • “Dövlətçiliyimizi və suverenliyimizi sıfırlamaq qərarı verilmişdi” – Paşinyan KTMT-ni sərt tənqid etdi 28/01/2026
  • Ramazan ayı nə vaxtdan başlayır? – TƏQVİM 28/01/2026
  • Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilir 28/01/2026
  • Uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları müəyyənləşir 28/01/2026
  • Azərbaycanda elektron reseptə keçidlə bağlı mövcud vəziyyət açıqlanıb 28/01/2026
  • Azərbaycanda çətin həyat şəraitindəki uşaqları aşkarlayacaq qurum müəyyənləşir 28/01/2026
  • Azərbaycanda 3 mindən çox vətəndaşa aid fərdi məlumatların qanunsuz yayılmasının qarşısı alınıb 28/01/2026
  • Pensiyalar niyə artımla ödənilmədi? 28/01/2026
  • Bu şəkli müzakirə yaratdı – Foto 28/01/2026

Sağlamlıq

xarab-meyv

Meyvə-tərəvəz niyə tez xarab olur? – Mətbəxdə edilən ən yayğın səhv

admin 28/01/2026
çay-10

Hansı çaylar gündəlik istehlak üçün ən faydalıdır? – TOP-10

admin 21/01/2026
maqnezium

Maqnezium hansı qidalarda var? – Sağlamlıq üçün 10 möcüzəvi mənbə

admin 16/01/2026
hekim_arayis

Resepti artıq həkim yox, süni intellekt yazır – Bizi nələr gözləyir?

admin 13/01/2026
cipsi

Çipsdən niyə imtina etmək lazımdır? – Kardioloqlar açıqladı

admin 08/12/2025

MƏDƏNİYYƏT

əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026
ac3f6578eb_86699

Həmid Herisçi ard-arda Təbrizə səfər etməklə İran molla rejiminin tapşırıqlarını Azərbaycan Yazıçılar Birliyində həyata keçirib? – SENSASİON İDDİA

redaktor 30/12/2025
n-suri

Nazirliyin müğənnilərə təzyiqi davam edir: Nura Suriyə efir qadağası qoyuldu

admin 17/12/2025
mədən-naz

Mədəniyyət nazirliyində baş verənlərin İLGİNC UZANTISI… – “Bu təyinatın arxasında kim dayanır?”

admin 12/12/2025

İDMAN

çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
a-takım

Püşk atıldı: Türkiyə millisinin rəqibi bəlli oldu

admin 20/11/2025
b8a184e5-7812-4ce4-8c46-ca19ed3a546b

Türkiyə milli komandasının pley-offdakı rəqibləri bəlli olub – Püşkatma bu tarixdə keçiriləcək

admin 19/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.