Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 6
  • ABŞ İrandakı vətəndaşlarına çağırış etdi: “Ölkəni dərhal tərk edin”

ABŞ İrandakı vətəndaşlarına çağırış etdi: “Ölkəni dərhal tərk edin”

admin 06/02/2026
abş-iir-i

 

ABŞ-nin İrandakı virtual səfirliyi bu il yanvarın 15-dən bəri ikinci dəfə bu ölkədəki vətəndaşları üçün xəbərdarlıq yayıb.

Səfirliyin məlumatında artan təhlükəsizlik tədbirləri, yol bağlanmaları, ictimai nəqliyyat pozuntuları və internet blokadalarının davam etdiyi vurulanır.

“İran hökuməti mobil, şəhərdaxili və milli internet şəbəkələrinə girişi məhdudlaşdırır. Aviaşirkətlər İrana və İrandan uçuşları məhdudlaşdırmağa və ya ləğv etməyə davam edir.

ABŞ vətəndaşları bilməlidirlər ki, internet kəsintilərini davamlı ola bilər. Onlar alternativ ünsiyyət vasitələri planlaşdırmalı və əgər təhlükəsizdirsə, quru yolu ilə Ermənistana və ya Türkiyəyə getməyi nəzərdən keçirməlidirlər.

Görüləcək tədbirlər:

İranı indi tərk edin. ABŞ hökumətindən kömək gözləmədən İranı tərk etmək üçün plan qurun.

Uçuşlar ləngiyə, ləğv oluna bilər, birbaşa aviaşirkətlərinizlə əlaqə saxlayın.

Əgər İrandan çıxa bilmirsinizsə, yaşayış yeriniz və ya başqa təhlükəsiz bina daxilində etibarlı yer tapın. Qida, su, dərman və digər vacib əşyaların ehtiyatını görün.

Nümayişlərdən qaçın, ətrafınızda baş verənlərdən xəbərdar olun.

Son xəbərlər üçün yerli mediaya nəzarət edin. Planlarınızı tənzimləməyə hazır olun.

Telefonunuzu doldurulmuş saxlayın və durumunuz haqqında məlumat vermək üçün ailə və dostlarla əlaqədə olun.

İranda təhlükəsizliklə bağlı son yeniləmələri almaq üçün Smart Traveler Qeydiyyat Proqramında (STEP) qeydiyyatdan keçin”, – xəbərdarlıqda deyilir.

Tramp: “Xameneyi narahat olmalıdır”

Həmçinin bildirilir ki, ABŞ-İran ikili vətəndaşları ölkəni İran pasportları ilə tərk etməlidirlər:

“İran hökuməti ikili vətəndaşlığı tanımır və ABŞ-İran ikili vətəndaşlarına yalnız İran vətəndaşları kimi yanaşacaq. ABŞ vətəndaşları İranda sorğu-sual, həbs və saxlanma riski altındadırlar. ABŞ pasportunun göstərilməsi və ya ABŞ ilə əlaqələrin nümayiş etdirilməsi İran hakimiyyətinin birini saxlaması üçün kifayət qədər səbəb ola bilər. Öz əllərində etibarlı ABŞ pasportu olmayan ABŞ vətəndaşları İranı tərk etdikdən sonra ən yaxın ABŞ səfirliyi və ya konsulluğunda pasport üçün müraciət etməlidirlər”.

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın-2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Bundan sonra ABŞ-İran münasibətləri daha da gərginləşib. Yanvarın 15-də ABŞ-nin İrandakı virtual səfirliyi bu ölkədəki vətəndaşlarına çağırış edərək oranı dərhal tərk etməyi məsləhət görüb./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: Əliyev güclü liderdir, çalışacaq ki, İran… – Mixaylov
Next: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -FOTOLAR

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.