Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 6
  • Avropa Birliyi Türkiyənin ayağına gəlir – AB komissarı Ankaraya niyə gedib?

Avropa Birliyi Türkiyənin ayağına gəlir – AB komissarı Ankaraya niyə gedib?

admin 06/02/2026
hakan-kos

 

“Avropada sülh Türkiyə ilə güclü tərəfdaşlıq qurmaq deməkdir”

Ukrayna ilə bağlı sülh danışıqları intensivləşdikcə, Türkiyənin müharibədən sonrakı nizamda, xüsusən də Qara dəniz bölgəsində sülhməramlı və regional vasitəçi kimi potensial rolu onu Avropa Birliyi üçün vacib tərəfdaşa çevirir.

“Politico”-da dərc edilən məqalədə belə deyilir və qeyd olunur ki, Brüssel hazırda bu istiqamətdə Ankara ilə münasibətlərdə ilk addımları atır.

Münasibətləri yaxşılaşdırmaq üçün bu gün Türkiyəyə səfər edən AB-nin Genişlənmə üzrə Komissarı Marta Kos mətbuata açıqlamasında deyib: “Ukraynada sülh, xüsusən də Qara dəniz bölgəsindəki reallığı dəyişdirəcək. Türkiyə bizim üçün çox vacib tərəfdaş olacaq. Avropada sülhə və sabitliyə hazırlaşmaq Türkiyə ilə güclü tərəfdaşlıq qurmaq deməkdir”.

Yazıda qeyd olunur ki, Türkiyənin NATO-da ikinci ən böyük silahlı qüvvələri var və ölkə Aralıq dənizində, Yaxın Şərqdə mühüm strateji mövqe tutur. Ankaranın Bosfor boğazına nəzarət etməsi regional təhlükəsizliyə böyük təsir göstərir və bu, 2022-ci ilin iyul ayında Ukrayna taxılını daşıyan gəmilərin təhlükəsiz keçidini təmin edən Qara Dəniz Sazişinin bağlanmasında əsas rol oynayıb.

Türkiyə həmçinin Rusiya ilə razılaşma əldə olunarsa, Ukraynaya sülhməramlı qoşunlar göndərməyə hazır olduğunu və Qara dənizdə təhlükəsizliyin təmin edilməsində aparıcı rol oynayacağını bəyan edib.

Qəzet yazır ki, bununlıa yanaşı, son illərdə AB ilə Türkiyə arasındakı münasibətlər, xüsusilə müxalifətlə bağlı həbslər başda olmaqla, daxili siyasi məslələr səbəbindən xeyli pisləşib.

Qeyd olunur ki, Türkiyə rəsmi olaraq AB üzvlüyünə namizəd olsa da, danışıqlar 2018-ci ildən bəri dondurulub. Lakin, ABŞ Prezidenti Donald Trampın başlatdığı geosiyasi və ticarət münasibətlərindəki dəyişiklik Avropa ilə Türkiyəni yenidən bir-birinə yaxınlaşdıra bilər.

“Dünya dəyişir və tarix sürətlənməkdədir. Türkiyə ilə AB arasındakı münasibətlərin də buna uyğunlaşması lazımdır… Türkiyənin strateji məqsədi Avropa Birliyinə qoşulmaq olaraq qalır və bu, münasibətlərimizdə istiqamətverici işıq olmalıdır”, – deyə Türkiyənin AB-dəki səfiri Yaprak Balkan “Politico”-ya bildirib.

Bütün bunlara baxmayaraq, nəşr qeyd edir ki, AB üzvlüyü danışıqlarının bərpası hazırda qurumun gündəliyində deyil. Lakin Kos deyib ki, “AB Türkiyə ilə əlaqələrinə yeni baxış keçirməlidir”: “Ankaraya səfərim etimadın bərpasına və hər iki tərəf üçün iqtisadi münasibətlərimizi necə inkişaf etdirə biləcəyimizi araşdırmağa həsr olunub”.

Göründüyü kimi, Avropa xüsusilə Ukraynada yaşadığı çətinliklər, özünün hərbi acizliyi fonunda, “işi düşdüyü” üçün Türkiyənin ayağına gəlir, lakin qardaş ölkənin Avropa Birliyinə qəbuluna qətiyyən tələsmir. Ancaq zaman, şərtlər dəyişir, hadisələr olduqca sürətlə cərəyan edir və bir gün Avropa Birliyinin özünün Türkiyəyə “elçi düşməsini” görsək, buna təəccüblənməməliyik… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Tarixi silib ədəbiyyatı boğan mədəniyyət dərsi: Nazirliyin səssiz aparılan təhlükəli islahatı
Next: Qarabağ separatçılarının liderləri Ermənistana təhvil verilə bilərlərmi? – “Xarici təzyiq nəticəsində…”

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.