Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 9
  • Eldar Quliyev həm deputatdır, həm rektor… – Bu necə olur?

Eldar Quliyev həm deputatdır, həm rektor… – Bu necə olur?

admin 09/02/2026
eldarquli

 

Azərbaycanda deputatlıq fəaliyyəti ilə eyni vaxtda rektor vəzifəsini icra etmək qanunvericiliyin tələblərinə zidd olsa da, buna yeganə nümunə kimi Eldar Quliyevi göstərmək olar.

75 yaşlı Eldar Quliyev həm deputat, həm də Kooperasiya Universitetinin rektoru kimi fəaliyyət göstərir, bu barədə təhsil ocağının saytında da məlumat yer alıb. E.Quliyevin hazırda rektor olduğunu universitetin Mətbuat xidməti də saytımıza təsdiqləyib.

Məsələ ondan ibarətdir ki, Konstitusiyanın 85-ci maddəsində Milli Məclisin deputatlığına namizədlərə dair tələblər müəyyən edilib və bu tələblər deputat mandatı ilə digər vəzifələrin uzlaşmasına dair məhdudiyyətləri nəzərdə tutur. Çünki rektor vəzifəsi icraedici və inzibati səlahiyyətlərə malik olduğundan deputatlıq fəaliyyəti ilə paralel icrası qanunvericiliyin tələblərinə ziddir.

Eldar Quliyevin həm deputat, həm də rektor kimi fəaliyyət göstərməsi qanunvericiliyin tətbiqinə dair suallar yaradır.

Mövzu ilə bağlı elə Eldar Quliyevin özü ilə əlaqə saxladıq. Deputat qeyd etdi ki, Kooperasiya Universiteti balaca, özəl universitet olduğu üçün onun rektorluğu davam edir: “O vaxt dövlət universitetinin rektorları deputat olmaq istəyəndə seçim etdilər. Bizdə isə özəl universitet olduğu üçün bir söz demədilər”.

Bununla əlaqədar Milli Məclisin İntizam Komissiyasının sədr müavini Asim Mollazadənin də mövqeyini öyrəndik. O, saytımıza açıqlamasında bildirdi ki, bu məsələ indiyə qədər İntizam Komissiyasında müzakirəyə çıxarılmayıb: “Bəli, qanunla deputatın rektor kimi fəaliyyət göstərməyi qadağandır. Amma bildiyimə görə, Eldar müəllim rektorluqdan imtina edib və sadəcə olaraq orada Şura rəhbəridir, rektor deyil.

Universitet ola bilsin ki, sizə səhv məlumat verib. Bizdə olan məlumata görə, Eldar müəllim rektor deyil. Məlumat dəqiqdirsə belə, İntizam Komissiyasında bu məsələnin müzakirəsi barədə bir şey deyə bilmərəm. Məndə bu barədə məlumat yoxdur. Olmayan şeyi necə müzakirə etmək olar?!”

Məlumat üçün bildirək ki, əvvəlki illərdə deputatlığa namizəd olan bir sıra tanınmış şəxslər məhz bu səbəbdən seçim qarşısında qalıblar. Belə ki, vaxtilə Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abiyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev deputatlığa namizəd olarkən qərar verərək ya deputat mandatını seçib, ya da fəaliyyətlərinə rektor olaraq davam ediblər.

Qeyd edək ki, E.Quliyev Milli Məclisin II, III, IV, V, VI və VII çağırış üzvü olub. Hazırda parlamentin Hesablayıcı komissiyasının sədridir. O, eyni zamanda 2020-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib. /qafqazinfo.az

PAYLAŞIN:

Continue Reading

Previous: Bakıda kütləvi dava – Hücuma məruz qalan türk iş adamının Əyyubovlarla nə əlaqəsi var?
Next: Azərbaycanda notariat hərəkətləri sirrinin saxlanılması qaydaları dəyişib

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.