Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 11
  • Azərbaycanın aqrar sektoru niyə axsayır: Əcnəbi mütəxəssis çıxış yoludurmu?

Azərbaycanın aqrar sektoru niyə axsayır: Əcnəbi mütəxəssis çıxış yoludurmu?

admin 11/02/2026
395a7cd1637567753ea38552e9434ec7_Untitled-1

 

Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin kənd təsərrüfatının inkişafı ilə əlaqədar verdiyi təklif müzakirəyə yol açıb. Deputat bildirib ki, Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün ABŞ və digər ölkələrdən kənd təsərrüfatını idarə etməyi bacaran mütəxəssislər dəvət edilməlidir. 
Mütəxəssislər isə hesab edir ki, Azərbaycanda kifayət qədər bu sahəni bilən və idarə edəcək şəxslər mövcuddur. Onlar Kənd Təsərrüfatı Nazirliyindən və aidiyyəti qurumlardan kənar olduqları üçün təklifləri keçərli olmur.
ABŞ-dan mütəxəssis gətirməyə ehtiyac varmı?
Fermer Anar Abbasov Qaynarinfo-ya açıqlamasında deputatın təklifi ilə razılaşmadığını bildirib:
“Kənd təsərrüfatı sektorunda kifayət qədər yüksək səviyyəli biliyə malik, təcrübəli mütəxəssislər var. Sadəcə olaraq, bu gün vəzifədə olanlar təcrübəli mütəxəssisləri başa düşə bilmirlər. Məsələn, mən 3-4 ay əvvəl rayona səfər edən nazir müavini ilə görüşdüm. Görüşdə aqreqat məsələsini müzakirə etdim. Onlar aqreqatı texnika ilə əvəzləyirdi, yəni aqreqatı başa düşmürdülər”.
Anar Abbasov iddia edir ki, nazirlik rəsmiləri əkinçinin nə demək istədiyini düzgün anlaya bilmir:
“Tərəvəzi əkirəm, onu biçən zaman mənə subsidiya və gübrə verilməlidir. Bunları vaxtında verməsələr, məhsuldan düzgün istifadə edə bilmərəm. İkinci misal: Mənim məhsulumu 17 qəpiyə alıb, 220 km məsafədə 70 qəpiyə satırlar. Belə olarsa, kənd təsərrüfatı inkişaf etməz. Mənə şərait yaratsalar, məhsulumu 30 qəpiyə sata bilərəm. Yəni, “yaşıl koridor” açılsın. Bu gün həmin koridor bağlıdır”.
İqtisadçılar nə düşünür?
İqtisadçı ekspert Vahid Məhərrəmov isə bir müddət əvvəl kənd təsərrüfatı nazirinin niderlandlı, sonra isə israilli köməkçiləri olduğunu qeyd edib:
“Nə iş gördülər? Nəticə göz qabağındadır. Məsələ burasındadır ki, istənilən ölkənin kənd təsərrüfatında mövcud problemlər spesifikdir və həmin problemləri yalnız yerli mütəxəssislər dərindən bilir. Bu problemlər yerli ənənələr, mentalitet, millətlərin xüsusiyyətləri, kəndlilərin bilik və bacarıqları nəzərə alınaraq həll edilir. Azərbaycanın kənd təsərrüfatında mövcud problemləri yalnız yerli yüksək səviyyəli mütəxəssislər aradan qaldıra bilər. Belə mütəxəssislər var, lakin onlar hakimiyyətdə deyillər”.
İqtisadçı ekspert Rəşad Həsənov isə kənd təsərrüfatında məhsuldarlığın aşağı olduğunu bildirib:
“Kənd təsərrüfatında vəziyyətin bu cür olması ilə bağlı dərin araşdırma tələb olunur. Bu araşdırma olmadan sahənin mövcud vəziyyəti ilə bağlı fikir bildirmək çətin olar. Bazar üzrə insan kapitalı hansı səviyyədə inkişaf edib, institutlar hansı keyfiyyətdə mütəxəssislər yetişdirib – bu barədə fikir bildirmək üçün diaqnostika aparmaq mütləqdir. Nəticə isə göz qabağındadır: Məhsuldarlıq aşağıdır, intensiv təsərrüfatçılıq inkişaf etməyib. Eyni zamanda, bir çox fəaliyyət sahələri var ki, həmin sahələrdə mütəxəssisləri kənardan gətirirlər. Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstandan Azərbaycana mütəxəssislər gətirilib. Bu o deməkdir ki, əslində ölkədə müvafiq istiqamətdə kadr çatışmazlığı mövcuddur”.
Rəşad Həsənov bunun səbəblərini açıqlayıb:
“Birincisi, kənd təsərrüfatı sahəsində mənfəət normasının aşağı olmasıdır. Nəticədə aşağı gəlir, aşağı əmək haqqı və xüsusilə müstəqillik  dövründə bu sahəni əhatə edən ixtisaslar üzrə təhsil almağa meyil göstərilməyib. Çünki zəhmətin dəyəri var və təəssüf ki, ötən dövr ərzində bu sahə cəlbedici olmadı. Nəticədə bu istiqamətdə insanların meyli də aşağı düşdü. Buna paralel olaraq bu sahədə təhsil alanların keyfiyyəti də mübahisəlidir, çünki Azərbaycanda təhsil sistemində ümumi keyfiyyət problemi mövcuddur. Yəni, bunların hamısı üst-üstə gəlir. Nəticə göz qabağındadır: Ölkədə kənd təsərrüfatı üzrə kadr çatışmır. Peşəkarların cəlb edilməsində təşəbbüs göstərən şirkətlər çətinliklə üzləşirlər. Bu məqsədlə xaricdən xidmətlər idxal edilir, mütəxəssislər cəlb olunur. Təsərrüfatçılıq elmi-peşəkar əsaslarla inkişaf etməyib, ənənəvi təsərrüfatçılığa meyillilik çox yüksəkdir, intensiv modelə keçilməyib. Və bu istiqamətdə təşəbbüslər də çox zəifdir. Nəticədə Azərbaycan kənd təsərrüfatı üzrə ən zəif məhsuldarlığa malik ölkələrdən biridir”.
Azərbaycana mütəxəssislər hansı ölkələrdən gəlməlidir?
Rəşad Həsənov düşünür ki, kənd təsərrüfatı sahəsində uğurlu nəticələrə baxsaq, Niderland, Kanada və ya İsrail təcrübələrinə də müraciət edə bilərik:
“İsraildə kənd təsərrüfatı sahəsində əhalinin cəmi 1,5%-i işləyirsə, onların iqtisadiyyatda yaratdığı dəyər 5-6%-dən yuxarıdır. Niderlandda əhalinin cəmi 1%-i kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, onların iqtisadiyyatda yaratdığı dəyər 10% civarındadır. Azərbaycanda isə əhalinin 36%-i kənd təsərrüfatında işləyir, iqtisadiyyatdakı pay isə cəmi 5%-dir. Yəni, bu o deməkdir ki, sadaladığımız ölkələrin təcrübəsinin Azərbaycana gətirilməsi və eyni zamanda, mütəxəssislərin cəlb edilməsi kənd təsərrüfatında dönüş yarada bilər. Həqiqətən də bu istiqamətdə ciddi siyasət ortaya qoyularsa, hədəfə çatmaq olar. Məsələ yalnız mütəxəssisin gətirilməsi ilə bitmir. Müvafiq istiqamətdə mütəxəssis də gəlməli, resurslar təyin olunmalı və imkanlar yaradılmalıdır”.
Ekspertin fikrincə, son illərdə aqrar sektorun ən böyük problemi suya çıxışdır:
“Quraqlıq bu istiqamətdə ciddi problem yaradır. Suyun ədalətli bölüşdürülməsi özü ciddi çağırışlardan biridir. Əgər bunlar təmin olunmayacaqsa, mütəxəssisə əziyyət verməyə dəyməz. Azərbaycanın bu istiqamətdə artıq ciddi problemlərlə üzləşdiyini nəzərə alsaq, kənd təsərrüfatı sahəsində addımlar atmağa ehtiyac var”.
PAYLAŞIN:

Continue Reading

Previous: Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı
Next: Elmira Axundovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu

OXŞAR MÖVZULAR

tap-qaz

Marko Tonequtti: “Avropanın Azərbaycandan əlavə qaz həcmlərinə ehtiyacı var”

admin 05/03/2026
bank-merk

Azərbaycan Mərkəzi Bankı Rəqəmsal Valyuta Platforması tətbiq edəcək

admin 27/02/2026
karqo-t

Azərbaycanla ticarət əlaqələrinin güclü olduğu ölkələr (SİYAHI)

admin 17/10/2025

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.