Skip to content
02/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 16
  • Serbiyanın “Politika” ictimai-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub

Serbiyanın “Politika” ictimai-siyasi qəzetində Ağdam şəhəri haqqında məqalə dərc olunub

admin 16/02/2026
serb-qez

 

Serbiyanın “Politika” ictimai-siyasi qəzetində Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhəri haqqında məqalə dərc olunub.

“Kranlar və minalar arasında – Qafqazın Xirosiması” başlıqlı reportajda, əsasən, Ağdamdan bəhs olunur.

Reportajda Ağdamın işğaldan əvvəlki vəziyyəti, əhalisinin sayı, Ermənistanın işğalı dövründə xarabalıqlara çevrilərək, “ruhlar şəhəri” adlandırılması və işğaldan azad edildikdən sonra Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa-quruculuq işlərindən bəhs olunub.

Bildirilib ki, Ağdam vaxtilə Qarabağ bölgəsinin canlı və inkişaf edən şəhərlərindən biri olub. Birinci Qarabağ müharibəsi zamanı şəhər Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçib, azərbaycanlı əhali isə oranı tərk etməyə məcbur olub.

Reportajda daha sonra otuz ilə yaxın işğal dövründə Ağdamın infrastruktursuz, dağıdılmış və yaşayışsız vəziyyətdə olmasına diqqət çəkilib.

Bərpa-quruculuq mərhələsinə keçdikdə isə vurğulanıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini azad etdikdən sonra regionun yenidən qurulması və məskunlaşdırılması prosesinə başlayıb. Bu çərçivədə Bakı ilə Ağdam arasında dəmiryol əlaqəsi yenidən istifadəyə verilib.

Diqqətə çatdırılıb ki, şəhərdə yağışlı havaya baxmayaraq, hər tərəfdə ağır tikinti texnikası və kranlar görünür. Uzun illər ərzində “Qafqazın Xirosima”sı adlandırılan şəhər indi xarabalıqlardan qurtulur və yenidən qurulur. Bərpa prosesi isə yolların, elektrik və su xətlərinin, məktəblərin, xəstəxanaların və yaşayış binalarının tikintisini əhatə edir.

Qeyd olunur ki, hökumət öz yurduna qayıdan əhaliyə yeni mənzillər, iş imkanları təqdim edir, sənaye zonalarının və sosial obyektlərin yaradılması planlaşdırılır. Şəhərin mərkəzində artıq müasir binalar ucaldılır. Həmçinin uzun illər Bakıda oynamağa məcbur qalmış “Qarabağ” futbol klubunun stadionunun da bərpası planlaşdırılır.

Lakin quruculuq işlərinin önəmi göstərilməklə yanaşı, bərpa prosesinə müəyyən qədər mane olan amil – mina problemi də müəllifin diqqətindən qaçmayıb. O bildirib ki, münaqişə illərində ərazilərdə çoxlu sayda mina basdırılıb və bu, yenidənqurma prosesini çətinləşdirir. Ərazilərin minalardan təmizlənməsi vaxt aparan və təhlükəli prosesdir və bunun tam başa çatdırılması üçün uzun illər lazım ola bilər.

Müəllif yazır ki, Ağdam bu gün həm böyük tikinti meydançasını, həm də təhlükəli mina sahələrini xatırladır, kranlar və minalar arasında həyat tədricən bu əraziyə qayıdır və bir vaxtlar “Qafqazın Xirosima”sı adlandırılan şəhər yeni mərhələyə qədəm qoyur.

PAYLAŞIN:

Continue Reading

Previous: “Epşteyn faylları”ndakı 300-dən çox məşhurun adını açıqladı – Siyahıda özü də var
Next: Region ölkələrinin turizm gəlirləri açıqlandı – Azərbaycan neçənci sıradadır?

OXŞAR MÖVZULAR

az-arm-şahin

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb

admin 29/04/2026
WhatsApp Image 2026-04-28 at 17.27.56 (2)

Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

admin 29/04/2026
zel-ilham-qebele

Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir?

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.