“New York Post” nəşri yazır ki, icazəsiz “Starlink” terminallarının bloklanmasından sonra Rusiyanın canlı qüvvə itkiləri tammiqyaslı müharibənin başlanğıcından bəri ən yüksək həddə çatıb.
Məlumat ABŞ və Ukrayna kəşfiyyat mənbələrinə istinadla təqdim olunub.
Ukrayna Silahlı Qüvvələrinin xüsusi kəşfiyyat bölməsinin komandiri, leytenant Denis Yaroslavskinin sözlərinə görə, bloklamadan sonrakı üç-dörd gün ərzində Rusiya tərəfi hücum əməliyyatlarını xeyli azaldıb.
Nəşr qeyd edir ki, analitiklərin fikrincə, Rusiyanın döyüş imkanlarının hər hansı zəifləməsi cəbhədə balansı Ukraynanın xeyrinə dəyişə bilər. “Starlink”-in deaktiv edilməsi Rusiya ordusunun rabitə sistemlərinə və əməliyyat taktikasına da təsir göstərib.
Məqalədə həmçinin Rusiya ordusunun pilotsuz aparatları bölməsi olan “Rubikon”un fəaliyyətinin də məhdudiyyətlərdən sonra kəskin azaldığı vurğulanır. Bildirilir ki, bu bölmə dronlarının məsafəsini artırmaq və hücumları koordinasiya etmək üçün “Starlink”-dən istifadə edirdi. /azpolitika.info
