Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 20
  • Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

Mehmanın Mehdiyev və FSB etirafı – Niyə “rusca”?

admin 20/02/2026
emin-mehman

Azərbaycana qarşı hibrid müharibənin əsas elementlərindən olan informasiya təxribatına start verilib. Birbaşa ölkə rəhbərliyinin hədəf seçildiyi infotəxribatlara daha öncə də cəhdlər edilmiş – 2017-ci ildən etibarən, Avropada fəaliyyət göstərən “söyüş müxalifəti” tərəfindən başlanılmışdı. Bütün əxlaq normalarını alt-üst edən “söyüş müxalifəti”nin missiyasını hazırda Emin və Mehman Hüseynov qardaşları davam etdirir, lakin birincilərdən fərqli olaraq, daha geniş miqyasda. Bunun iki texniki səbəbi var.

– Hüseynov qardaşları süni intelektdən və müasir texnologiyalardan geniş şəkildə istifadə etməklə dezinforasiya kampaniyası aparır;

– Onların arxasında Azərbaycana qarşı maraqları uzlaşan müxtəlif tərəflərin birləşdiyi qüvvə var.

Hüseynov qardaşlarının xarici qüvvələrə bağlı olduğu hələ 2014-cü ildə Eminin İsveçrə səfirliyində gizlənməsi və bu ölkənin rəsmiləri tərəfindən ölkədən çıxarılması zamanı isbat olunmuşdu. Ölkədən getdikdən sonra Emin Hüseynov Soros şəbəkəsi və erməni diasporunun direktivləri ilə hərəkət etdiyini gizlətmədi. Onun Avropanın müxtəlif strukturlarında Soros və erməni lobbisinə bağlı siyasətçilərin Azərbaycana qarşı qəbul edilən qərarlarında/qətnamələrində aktiv iştirakı, 2020-ci il Vətən müharibəsi zamanı ordumuzla bağlı ermənilərin xeyrinə dezinformasiyalar yayması, müharibədən sonra Qarabağdakı separatçılara dəstək məqsədilə “Rəsmi Bakı erməniləri blokadada saxlayır” tipli təbliğat aparması da belə fəaliyyətinin nümunələrindəndir. Mehman Hüseynov isə ölkədə olduğu müddətdə qardaşının tapşırıqlarına əsasən sororçular və erməni diasporunun Azərbaycana qarşı kampaniyaları üçün “arqumentlər” toplamaqla məşğul olub.

Bu kontekstdə Hüseynov qardaşlarının Azərbaycana qarşı start verdikləri informasiya təxribatının arxasında Soros şəbəkəsi və erməni diasporunun dayandığını görmək, anlamaq üçün eynəyə ehtiyac yoxdur. Emin və Mehman Hüseynov bu prosesdə yalnız icraçı olan piyadalardır. “İnformasiya təxribatı niyə indi aktivləşdirildi” sualının cavabları da bunu deməyə əsas verir.

Birincisi, Hüseynov qardaşlarının “peşkası” olduğu Soros şəbəkəsinin beynəlxalq müstəvidə çətin vəziyyətə düşməsidir;

Tampın USAİD, NED kimi təşkilatların fəaiyyətini məhdudlaşdırmasından sonra zəifləyən Soros şəbəkəsi təsir imkanlarını saxlamaq məqsədilə əks-hücumlara cəhd edir. Azərbaycanın əsas hədəf kimi seçilməsi də belə cəhdlərdən biridir və təsadüfi deyil:

– Vaşinqtonun Bakı ilə sıx münasibətləri təkcə ABŞ-Azərbaycan xəttində yox, bütövlükdə Cənubi Qafqazda Tramp Administrasiyasının mövqelərini gücləndirir;

– ABŞ-ın vasitəçiliyi ilə reallaşan Bakı-İrəvan sülh prosesi Soros şəbəkəsinin Ermənistandakı mövqelərini, xüsusilə Paşinyan hakimiyyətinə yatırdıqları “siyasi investisiya”nı sual altına salıb;

– Azərbaycan eyni zamanda, Tramp Administrasiyasının Orta dəhliz marşrutunun keçdiyi coğrafiyadakı mövqelərinin güclənməsi, Soros şəbəkəsinin dəhliz üzərindəki ölkələrdə sıxışdırılması risklərini yaradıb.

Azərbaycan bu prosesin açar ölkəsidir və rəsmi Bakının hibrid müharibə üsulları ilə hədəf seçilməsi beynəlxalq qarşıdurmanın tərkib hissəsi kimi görünür.

İkincisi, Soros şəbəkəsi ilə sinxron fəaliyyət göstərən erməni diasporu/lobbisi Bakıya qarşı hücumların benefisiarlarındandır.

Dünya erməniliyini narahat edən əsas məsələ Qarabağ münaqişəsinə son qoyulması və Azərbaycan-Ermənistan sülh proqramıdır. Çünki Qarabağın azad edilməsindən sonra bütün ideoloji planları zədələnən erməni diasporu anlayır ki, Bakı və İrəvanın yekun sülh sazişi imzalamasından sonra onların mövcudluq prinsipləri sual altına düşəcək. İndiyə qədər “böyük ermənistan” ideologiyası üzərindən hərəkət edən diaspor Qarabağın işğalını bu planda ilk “qələbə” kimi qələmə verir, erməniləri bir çətir altında toplayırdı, artıq bu perspektivlər alt-üst olub.

Hüseynov qardaşlarının aktivləşdirilməsi və heç bir əxlaq sərhədi tanımadan hücuma keçmələri bu qüvvələrin sonuncu “saman çöpündən” yapışmaq cəhdidir. Bu kontekstdə Emin Hüseynovu Azərbaycandan aparan və hazırda yaşadığı İsveçrədə baş verənlər də diqqət çəkir. 2023-cü ildə parlamentdə irəli sürülən “Swiss Peace Initiative for Nagorno-Karabakh” (“Dağlıq Qarabağ üzrə İsveçrə Sülh Təşəbbüsü”) layihəsi yenidən aktivləşdirilib. Erməni diasporu/lobbisinin təşəbbüsü olan bu layihənin yenidən dövriyyəyə daxil edilməsi, Qarabağdan könüllü şəkildə Ermənistana qayıdan ermənilərin “zorakılığa məruz qalması” iddiaları, “ermənilərin yenidən Qarabağa qayıdışı” narrativinin ortaya atılması fonunda bu ölkədə mənzillənən Hüseynov qardaşlarının apardığı təxribat kampaniyası eyni planın tərkib hissəsidir.

Burada ilk baxışda görünməyən, lakin bütün baş verənlərdə maraqlı olan bir tərəf də var: Rusiya.

Hüseynov qardaşlarının Avropada fəaliyyət göstərməsi Moskvanın prosesdə yer almasına şübhələr yarada bilər, xüsusilə Qərblə qarşıdurma fonunda. Hərçənd, detallar diqqətdən yayınmır. Və üç amil Hüseynov qardaşlarının təxribat kampaniyasında Rusiyanın da mövcudluğunu deməyə əsas verir.

a) Mediada Hüseynov qardaşlarının kampaniyasının Rusiyanın Azərbaycana qarşı hibrid hücumlarının tərkib hissəsi olduğu haqda məlumatlar yayılıb. Hətta bu cəhdin uğursuz olduğunu anlayan Moskvanın Rusiyada yaşayan tanınmış azərbaycanlı ailənin prosesə daxil edilməsi planının olduğu deyilir;

b) Mehman Hüseynovun şübhə oyandıran etirafı var. O bildirir: “Lazımi informasiyaları mənə ötürüblər. Bunun kim olduğu maraqlı deyil, istər Ramiz Mehdiyev olsun, istər Rusiya kəşfiyyatı”. Hətta iddia edir ki, bu informasiyaların alınması üçün bəzi keçmiş iş adamlarının dəstəyindən istifadə edib. Onu da etiraf edir ki, informasiyanın ötürülməsi zamanı yazışma rus dilində aparılıb. Bu etiraf diqqəti Rusiyanın üzərinə yönəldir.

c) Azərbaycana qarşı terror xarakterli informasiya təxribatının aparılmasında Rusiyanın Soros şəbəkəsi və erməni diasporu/lobbisi ilə maraqları tamamilə uzlaşır.

Regionda yaranan yeni reallıqlar, xüsusilə rəsmi Bakının həyata keçirdiyi siyasət Rusiyanın əsrlərdir davam edən Cənubi Qafqaz strategiyasını məhv edib. Proseslərin ardıcıllığına nəzər yetirdikdə də Moskvanın bölgədən tamamilə uzaqlaşması şərtlərinin yetişdiyini görəmək olur.

Qarabağ münaqişəsinin həlli və erməni separatizminin məhv edilməsi Rusiyanın Cənubi Qafqaz strategiyasında istifadə etdiyi əsas kartını sıradan çıxardı. Hərçənd, Kreml ümidlərini itirməmişdi və üç faktor üzərindən regionda mövcudluğunu qoruyacağını düşünürdü.

1. Bakı-İrəvan xəttində sülh prosesinin moderatorluğunu etmək;

2. Zəngəzur dəhlizində iştirak etmək imkanı;

3. Azərbaycan daxilindəki “beşinci kolon”un mövcudluğunu davam etdirməsi.

Lakin ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmalar Moskva üçün “soyuq duş” effekti yaratdı.

– Azərbaycan və Ermənistan ABŞ-ın iştirakı ilə sülh sazişi parafladı: Ukrayna bataqlığına gömülmüş Moskva Vaşinqton qarşısında geri çəkilmək məcburiyyətində qaldı;

– Bakı və İrəvan Zəngəzur dəhlizini TRİPP layihəsi kimi razılaşdırdı və ABŞ dəhlizin əsas təminatçısına çevrildi;

– Ramiz Mehdiyevin çevriliş planının ifşa edilməsi ilə “beşinci kolon”un bütün resursları – hakimiyyət daxilində və siyasi müxalifətdəki uzantıları meydandan təmizləndi;

Bu mənzərə Rusiyanın Cənubi Qafqazda qurduğu 200 illik strategiyasının çöküşüdür. Moskva reallıqla barışmaq istəmir, xüsusilə AZAL-ın təyyarəsinin vurulmasından etibarən Bakıya qarşı başlanan təzyiq – kiber hücumlar, informasiya kampaniyaları, ekspert cameəsi və media üzərindən edilən təhdidlərin səbəbi də budur. Hüseynov qardaşlarının informasiya təxribatı isə bu hücumlara yeni istiqamətin əlavə edildiyi kimi görünür. Aydındır ki, Soros şəbəkəsi və erməni diasporunun təsirində olan Hüseynov qardaşlarından Rusiya da istifadə edir. Mehman Hüseynovun etirafı bütün daşları yerinə qoyur.

Lakin bütün bu cəhdlər klassik imperativ yanaşmadan başqa bir şey deyil və nə Cənubi Qafqaz əvvəlki regiondur, nə də Azərbaycan həmin ölkə. Artıq bölgədə Rusiyasız gələcəyin qurulması prosesinə start verilib. Moskva ya yeni reallıqları qəbul etməli, təxribatlardan əl çəkərək, əməkdaşlıq müstəvisində addımlar atmalıdır, ya da regiondan tamamilə kənarda qalacaq. Və bu kənarlaşma təkcə Cənubi Qafqazla məhdudlaşmayacaq, Orta dəhliz coğrafiyasında da Rusiyanı eyni nəticələr gözləyir./axar.az

 

Müəllif
Asif Nərimanlı
PAYLAŞIN:

Continue Reading

Previous: “Azərbaycanda bu sahədə mütəxəssis yoxdur, analizlər isə od qiymətinədir” – Adil Qeybulla
Next: Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir

OXŞAR MÖVZULAR

milli-meclis-yeni

Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi

admin 01/05/2026
şahin-mus

Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı

admin 30/04/2026
nev-york

Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.