Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 23
  • Mil düzündə “qadağan olunmuş ov” iddiaları: BƏƏ-nin hakim ailəsinin üzvünə imtiyaz verilir?

Mil düzündə “qadağan olunmuş ov” iddiaları: BƏƏ-nin hakim ailəsinin üzvünə imtiyaz verilir?

admin 23/02/2026
ereb77-

 

Şirvan şəhərində yerləşən Təbəssüm Oteli ətrafında qanunsuz ov iddiaları yenidən gündəmə gəlib. Yerli sakinlərin bildirdiyinə görə, hoteldə qalan əcnəbi ovçular hər gün avtomobillərlə Mil düzünə – Biləsuvar və Sabirabad istiqamətinə yollanır, ərazidə ov fəaliyyəti ilə məşğul olurlar.

Hoteldə qalan ovçuların işlərini “Səyid” adlı Suriya vətəndaşı görür. Məlumatda qeyd olunur ki, bəzgək quşlarını tutaraq “şeyx”ə təqdim edən də məhz odur. Sakinlərin sözlərinə görə, onlardan nə etdikləri soruşulduqda “Pulumuz var, edirik. Şeyx xüsusi qonaqdır” cavabı verilib.

Qırmızı Kitab növü və açıq suallar

Qeyd edək ki, bəzgək (bustard) Azərbaycanda Qırmızı Kitaba daxil edilmiş növdür və onun ovlanması cinayət məsuliyyəti yaradır. Rəsmi məlumata görə, hər bir ovlanmış və ya tutulmuş bəzgək üçün təbiətə dəymiş ziyan 330 AZN məbləğində hesablanır.

Lakin yerli mənbələr iddia edir ki, Təbəssüm Otelində onlarla bəzgək quşu saxlanılır və onların qızılquşlara yem kimi istifadə edildiyi bildirilir. Mil düzündə isə ovçuluq təsərrüfatının olmadığı vurğulanır. Bu isə sual yaradır: əgər ov qanunidirsə, hansı əsasla və hansı icazə ilə həyata keçirilir?

“Araşdırma aparılıb, fakt aşkar edilməyib”

Məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidməti bildirib ki, 17 fevral 2026-cı il tarixində səhər saatlarında hotel ərazisinə baxış keçirilib və ovlanmış bəzgək quşlarına rast gəlinməyib:

“Qeyd olunan görüntülərin nə zaman çəkilməsi və qanun pozucularının kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırmalar davam etdirilir”.

Ancaq yerli sakinlər bildirirlər ki, artıq üç həftədən çoxdur Mil düzündə Qırmızı Kitab növü olan quşların ovlanması davam edir və bununla bağlı real tədbir görülmədiyi müşahidə olunur.

Ov edən şəxslər kimlərdir?

İddialara görə, Mil düzündə ov edənlər arasında BƏƏ vətəndaşları var. Onlardan birinin adı Şeyx Zayed kimi təqdim olunur – onun BƏƏ-nin hakim ailəsinin üzvü, Şeyx Məhəmmədin oğlu olduğu bildirilir. Digər qardaşının – Abdullanın BƏƏ-də media naziri olduğu, eləcə də Şeyx Saif ilə birlikdə son beş ildə mütəmadi olaraq Azərbaycana bəzgək ovuna gəldikləri iddia edilir.

Həmçinin, Rashid Bin Hatha Al Marar adlı şəxsin də hazırda ölkəmizdə ovda olduğu sosial media paylaşımları ilə açıq şəkildə görünür. Onun BƏƏ-də iri xurma istehsalçılarından biri olan Tamrco şirkətinin təsisçisi olduğu bildirilir. İddialara görə, o, üç il əvvəl Acınohur ərazisində nadir Qafqaz durnasını ovlayaraq foto paylaşmışdı.

Qanun nə deyir?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258-ci maddəsinin 3.2-ci bəndinə əsasən, qadağan olunmuş yerlərdə və ya vaxtda, yaxud qadağan edilmiş üsullarla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən ov etmə xeyli miqdarda ziyan vurduqda:

6000 manatdan 9000 manatadək cərimə,

və ya 2 ildən 5 ilədək azadlığın məhdudlaşdırılması nəzərdə tutulur.

Bununla yanaşı, praktikada bəzi hallarda qanunsuz əməllərə görə xarici vətəndaşların məsuliyyətə cəlb edildiyi faktlar da mövcuddur.

İctimaiyyət qarşısında iki əsas sual dayanır:

Əgər ov qanunsuzdursa, niyə operativ və prinsipial tədbir görülmür?

Əgər rəsmi icazə varsa, niyə bu barədə ictimaiyyətə açıq məlumat verilmir?

Bəzi vətəndaşlar ironik şəkildə bildirirlər ki, əgər bu ov fəaliyyəti faktiki olaraq davam edirsə və qarşısı alınmırsa, onda bəzgək ovunun leqallaşdırılması, rəsmi rüsumların müəyyən edilməsi və prosesin şəffaflaşdırılması daha məntiqli olardı.

Hazırda isə əsas gözlənti aidiyyəti qurumların məsələni obyektiv araşdırması, qanun qarşısında hamının bərabərliyi prinsipinin təmin olunması və Azərbaycanın təbiət sərvətlərinin qorunması istiqamətində konkret addımlar atılmasıdır./Ecofront

 

PAYLAŞIN:

Continue Reading

Previous: Dul qadınlar və yetimlər ölkəsi – Ukraynada demoqrafik vəziyyət fəlakət həddinə çatıb
Next: Neftçalanın qış otlaq torpaqları – Başçının əsas qazanc yeri…

OXŞAR MÖVZULAR

anar-arxkom

Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

admin 15/04/2026
yeni_klinika

Yeni Klinikada böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

admin 14/04/2026
şapka mamed

“Aqrarkredit”lə “Azərinşaatservis” arasında milyonluq qalmaqal: Əmlaklar hara yoxa çıxıb?

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.