Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 26
  • Sui-qəsdlər, yanğınlar, partlayışlar, diversiyalar – Rusiya 4 ildə Avropaya qarşı nələr edib?

Sui-qəsdlər, yanğınlar, partlayışlar, diversiyalar – Rusiya 4 ildə Avropaya qarşı nələr edib?

admin 26/02/2026
rus-terror

 

Kreml Ukrayna ilə genişmiqyaslı müharibənin dörd ili ərzində Avropa ərazisində azı 151 hibrid hücum təşkil edib. Bu barədə “International Centre for Counter-Terrorism” (ICCT) və “Globsec” layihəsinin birgə təhlilində bildirilir.

Araşdırmada hibrid hücumlar dedikdə müxalifətçilərə və xaricə qaçmış xüsusi xidmət əməkdaşlarına qarşı sui-qəsd cəhdləri, hücumlar, adam oğurluqları, yanğınlar, partlayışlar, diversiyalar, vandalizm və ictimai asayişin pozulması nəzərdə tutulur.

Ən çox hücum – 64 fakt 2024-cü ildə qeydə alınıb. 2025-ci ilin ikinci yarısı və 2026-cı ilin əvvəlində isə Avropada 12 hibrid hücum qeydə alınıb. Tədqiqatçıların məlumatına görə, yalnız bir hücum birbaşa Rusiya xüsusi xidmət əməkdaşları tərəfindən təşkil olunub, digər doqquz halda isə onlarla əlaqəli icraçılar cəlb edilib.

Ən çox diversiya faktı (31) Polşada qeydə alınıb və hesabatda bu ölkənin Rusiya hibrid əməliyyatlarının əsas hədəfi olduğu vurğulanır.

Fransada hesablama dövrü ərzində 20, 2025-ci ilin ortalarından sonra isə daha 5 insident baş verib;

Litva və Almaniyada dörd il ərzində hərəsində 15 hadisə;

Böyük Britaniyada 12;

Estoniyada isə 11 insident qeydə alınıb.

Hesabat müəllifləri ümumilikdə 172 icraçı müəyyən ediblər. Onların 95 faizinin əvvəllər Rusiya xüsusi xidmət orqanları ilə rəsmi əlaqəsi olmayıb. Bununla belə, yalnız 58 faizi əslində kimin tərəfindən koordinasiya olunduğunu bilib.

Araşdırmaya görə, hibrid əməliyyatların icraçıları arasında ən çox ukraynalılar olub. Həmçinin Avropa vətəndaşlığı olan ruslar, eləcə də mühacirətdə yaşayan belaruslar, moldovalılar, bolqarlar və serblər də iştirak ediblər.

İcraçıların təxminən yarısı hücumun törədildiyi ölkədə yaşamayıb və ora xüsusi olaraq gəlib. Əksəriyyət Moldova Respublikası, Serbiya və Bolqarıstandan səfər edib.

ICCT və Globsec əsas motivasiya kimi maliyyə qazancını göstərir. İcraçıların əksəriyyəti 30–35 yaş aralığında olub, iş tapmaqda çətinlik çəkib, aşağı maaş alıb və ya borclu olub. 11 nəfər 18 yaşdan kiçik olub, ən gənci 16 yaşında idi. Onların bir qismi Ukrayna ərazisindən böyüklərin müşayiəti olmadan qaçmış və həssas vəziyyətdə olub.

Ən azı 12 icraçının ultra-sağ icmalarla əlaqəsi olub, 44 nəfərin isə keçmişdə məhkumluğu qeydə alınıb.

Cəlbetmə məkanları kimi həbsxanalar, sərhədlər, iş axtarışı saytları göstərilir. Ən çox ünsiyyət isə Telegram üzərindən aparılıb. Əvvəlcə sadə tapşırıqlar üçün kiçik məbləğlər ödənilib, daha sonra tapşırıqların mürəkkəbliyi artdıqca mükafat da yüksəlib – iri yanğınlar və ya partlayıcı maddələrlə hücumlara qədər.

Məlumata görə, icraçıların təxminən 90 faizi ən azı bir şəriklə hərəkət edib, bəzən isə daha böyük qruplar şəklində fəaliyyət göstərib.

Bir çox hallarda diversiyalar bir neçə yüz avroya həyata keçirilib. Lakin hücumun törədildiyi ölkədə yaşayan və “ideoloji” motivli hesab edilən 26 nəfərə mürəkkəb əməliyyatlar üçün bir neçə min avro təklif olunub.

Belə şəxslərdən biri – Rusiya və Almaniya vətəndaşı Diter Ş. – 2025-ci ildə Almaniyada dəmir yolunda diversiyalara görə altı il həbs cəzasına məhkum edilib. O, 2014–2016-cı illərdə Ukraynanın şərqində prorusiya silahlı birləşmələrin tərəfində döyüşüb.

Hesabat müəllifləri qeyd edirlər ki, 2018-ci ildən etibarən Avropadan 600-dən çox Rusiya agentinin çıxarılmasından sonra diversiya əməliyyatlarının miqyası artıb. Diplomatik örtük altında fəaliyyət göstərən kəşfiyyat əməkdaşlarını itirən Kreml Avropada mülki şəxslərin verbovkasına üstünlük verməyə başlayıb. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb
Next: Prezident İlham Əliyev və Mehriban Əliyeva Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.