Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 2
  • “İnflyasiya var, ipoteka ilə ev alın…” – “Qiymətlər ucuzlaşmayacaq, amma artım da dayanacaq”

“İnflyasiya var, ipoteka ilə ev alın…” – “Qiymətlər ucuzlaşmayacaq, amma artım da dayanacaq”

admin 02/03/2026
menzil-men

 

Mənzil sahibi olmaq Azərbaycanda yüzminlərlə vətəndaş üçün əsas məqsədlərdən biridir. Amma son illərdə daşınmaz əmlak bazarında qiymətlərin sürətlə artması bu arzunu reallaşdırmağı daha da çətinləşdirib. Xüsusilə paytaxt və ətraf bölgələrdə mənzil qiymətlərinin kəskin yüksəlməsi alıcıların seçim imkanlarını məhdudlaşdırır.

Gələcəkdə mənzil bazarında qiymətlər azalacaq, yoxsa daha da artacaq? Mənzil bazarındakı bu vəziyyət gənclərin gələcək planlarına necə təsir edir? Hansı addımlar qiymətlərin sabitləşməsinə və alıcılar üçün rahatlığa səbəb ola bilər?

Mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, qiymət artımının bir neçə səbəbi var. Onun sözlərinə görə, ötən il Mərkəzi Bankın açıqladığı məlumatlardan belə görünür ki, son 5 ildə mənzillərin qiymətində təxminən 50%-ə yaxın artım qeydə alınıb.

“Qiymət artımının əsas səbəb odur ki, tikinti materiallarının qiyməti yüksəlir. İkinci səbəb isə tikinti sektorunda şəffaflığın tam şəkildə təmin edilməməsidir. Başqa bir səbəb odur ki, regionlardan paytaxta və onun ətrafına gələnlərin sayı artır, lakin yeni mənzillərin sayı əhalinin artım sürətinə uyğun gəlmir. Nəticədə bazarda tələb təklifi üstələyir və bu da qiymətlərə təsir edir. Ölkədəki mövcud iqtisadi göstəriciləri və yaxın dövrün proqnozlarını nəzərə alsaq, yaxın 2-3 ildə mənzil bazarında ucuzlaşmanın olmayacağını deyə bilərik. Hesab edirəm ki, ucuzlaşma olmasa da, mənzil bazarında qiymət artımı nisbətən səngiyəcək”.

Ekspert xatırladıb ki, bu il ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilib: “Ehtimal etmək olar ki, paytaxt ərazisində olan yüz minlərlə qeydiyyatsız mənzilin qeydiyyata alınması ilə bağlı müəyyən addımlar atılacaq. Bu da mənzil bazarında təklifi artıra bilər. Digər bir səbəb isə işğaldan azad olunmuş ərazilərə köçürülən insanların sayının tədricən artmasıdır. Keçmiş məcburi köçkünlərdən boşalan mənzillər də birbaşa və ya dolayı yolla mənzil bazarına daxil olur. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın illərdə ciddi qiymət artımı müşahidə olunmayacaq. Amma mənzillərin gənclər üçün əlçatan olması üçün təkcə qiymətlərin sabit qalması və ya aşağı düşməsi kifayət deyil. Çünki mövcud qiymətlər hətta bir qədər aşağı düşsə belə, gənclər üçün əlçatan olmayacaq. Gənclərin mənzil sahibi olması üçün kənar dəstək, xüsusən də dövlət dəstəyi lazımdır. Hesab edirəm ki, gənclərin güzəştli ipoteka kreditlərinə əlçatanlığı genişləndirilməlidir”.

Ekspert qeyd edib ki, belə vəziyyətdə gənclər üçün ən uyğun çıxış yolu ilk növbədə sabit gəlir formalaşdırmaq və rəsmi gəliri artırmaqdır. Çünki ipoteka imkanları məhz rəsmi gəlirə əsaslanır. “Gənclərə tövsiyəm odur ki, əgər rəsmi işləri varsa və bu, kredit götürməyə imkan verirsə, ipoteka ilə mənzil sahibi olsunlar. Dünyada müşahidə olunan mövcud iqtisadi-siyasi vəziyyət onu göstərir ki, yaxın illərdə sabitlik tam təmin olunmayacaq. Bu isə Azərbaycan iqtisadiyyatına da təsir edəcək. Azərbaycan bir çox məhsulları xaricdən idxal edir. Bu səbəbdən ölkə iqtisadiyyatı idxal inflyasiyasının təzyiqi altındadır. Manatın məzənnəsinin inzibati yollarla qorunmasına və digər sərt tədbirlərə baxmayaraq, qiymət artımının sürətləndiyini müşahidə edirik. Qiymətlər artırsa, deməli inflyasiya var. İnflyasiya varsa, deməli manat real dəyərini itirir. Bu halda manatla uzunmüddətli ipoteka krediti əldə etmək gənclər üçün müəyyən mənada əlverişli fürsət yarada bilər.

Məsələn, bir gənc bu gün 30 illik, faizlə birlikdə 150 min manat ipoteka krediti götürüb mənzil sahibi ola bilər. Ola bilsin ki, hazırkı əmək haqqına görə 150 min manat onun üçün böyük məbləğdir. Amma təsəvvür edin ki, 10 il keçir və inflyasiya səbəbindən maaşlar artır, qiymətlər qalxır, amma həmin gəncin banka olan borcu nominal olaraq eyni qalır. Yəni 150 min manatın real dəyəri aşağı düşür. Bu səbəbdən 10-15 ildən sonra ödəniləcək aylıq məbləğ real ifadədə daha az yük təşkil edə bilər. Bu baxımdan uzunmüddətli ipoteka müəyyən şərtlər daxilində gənclər üçün əlverişli ola bilər”./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: İran-ABŞ gərginliyində Çin faktoru: Pekin hansı həddə qədər dəstək verəcək?
Next: Surroqat ana biznesi – Azərbaycanlı qadınların qlobal bazarda görünməmiş aktivliyi

OXŞAR MÖVZULAR

söküntü-1

Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya

admin 16/04/2026
vergi-v

Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi

admin 16/04/2026
ət-m

Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.