Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 2
  • Kreml üçün ƏCƏL ZƏNGİ: Növbəti hədəf arxa cəbhəsi dağılan Putindir?

Kreml üçün ƏCƏL ZƏNGİ: Növbəti hədəf arxa cəbhəsi dağılan Putindir?

admin 02/03/2026
pt-mdr

Bir müddət əvvələ qədər Kreml özünü güvən içində hiss edirdi. Vladimir Putin üçün dünya xaotik görünə bilərdi, amma bu xaosun içində dəyişməyən bir sabitlik vardı: onun çevrəsi. Putin inanırdı ki, yaxın tərəfdaşlar sıradan çıxmır, rejimlər çökmür, “öz adamları” qorunur. Bu inam üzərində həm Ukrayna müharibəsi planlandı, həm də Qərblə uzunmüddətli qarşıdurma strategiyası quruldu. Amma hadisələr Putinin hesabladığı kimi getmədi  ardıcıllıqla, biri-birinin ardınca həlqə qırılmağa başladı.

Əvvəl Bəşər Əsəd getdi. Bu, təkcə Dəməşqdə hakimiyyət dəyişikliyi deyildi. Bu, Rusiyanın Yaxın Şərqdəki “son dayanıqlı qalası”nın çökməsi idi. Putin Əsədi illərlə qorumuşdu, onun üzərindən Qərbə meydan oxumuşdu, Aralıq dənizinə çıxışını bu xətt üzərində saxlamışdı. Əsədin getməsi ilə Moskva ilk dəfə açıq şəkildə gördü ki, Kremlin verdiyi “təhlükəsizlik zəmanəti” artıq işlək deyil.

Sonra Nikolas Maduro faktoru sıradan çıxdı. Bu mərhələ xüsusilə simvolik idi. Maduro Rusiya üçün Latın Amerikasında sadəcə bir müttəfiq deyildi, ABŞ-a qarşı nümayiş etdirdiyi “uzaqdan zərbə” aləti idi. Onun neytrallaşdırılması Moskvanın qlobal qarşıdurma xəritəsində böyük bir boşluq yaratdı. Kreml başa düşdü ki, artıq Vaşinqtonu müxtəlif qitələrdə eyni vaxtda məşğul saxlamaq imkanları daralır.

Və nəhayət, ən ağır zərbə gəldi – Əli Xamenei getdi. Bu, Putinin hesablamalarında heç vaxt real ssenari kimi qəbul edilmirdi. Kreml əmin idi ki, İran modeli toxunulmazdır, ali lider qorunur, sistem qapalıdır və Xameneinin varlığı Rusiya üçün strateji sığortadır. Çünki İran Putinin Ukrayna bataqlığında ilişib qaldığı bir vaxtda arxa cəbhə rolunu oynayırdı, Qərbi Yaxın Şərqdə gərgin saxlayırdı, Moskvanın təzyiq yükünü paylaşırdı. Xameneinin sıradan çıxması ilə bu sığorta bir anda yox oldu və İran idarə olunan müttəfiqdən riskli, qeyri-sabit məkana çevrildi.

Bu ardıcıllıq təsadüf deyil. Əsəd, Maduro, Xamenei – hamısı Putinin güvəndiyi, “bizimkilər yıxılmaz” dediyi fiqurlar idi. Hamısı da eyni dövrdə, Putinin Ukraynada bataqlığa saplandığı mərhələdə sıradan çıxdı. Ukrayna müharibəsi Rusiyanı təkcə hərbi və iqtisadi baxımdan zəiflətmədi, Putinin bütün qlobal manevr imkanlarını iflic etdi. Kreml artıq eyni vaxtda bir neçə cəbhəni idarə edə bilmir və bu zəiflik domino effekti yaradıb.

Bu prosesin ən diqqətçəkən tərəfi isə Çin faktorudur. Pekin açıq şəkildə qarşı çıxmasa da, məsafəni artırır. Çin Putinin uduzan müharibəsinə ortaq olmaq istəmir, sanksiyalı, qeyri-sabit Rusiyanın yükünü üzərinə götürməyə tələsmir. Bu isə o deməkdir ki, Putin artıq təkcə Qərblə yox, potensial strateji tərəfdaşın soyuq hesabları ilə də üz-üzədir.

Beləliklə, mənzərə aydındır: Putin Ukraynada ilişib qalıb, müttəfiqləri bir-bir sıradan çıxır, Çin məsafə saxlayır və Kremlin yaratdığı “toxunulmaz liderlər klubu” dağılıb. Bu artıq ayrı-ayrı böhranlar yox, vahid xətt üzrə gedən tənəzzüldür. Xameneinin aqibəti isə bu zəncirin ən açıq mesajıdır uzunmüddətli, şəxslərə bağlı avtoritar sistemlər bir nöqtədən sonra qoruna bilmir.”

İndi sual artıq “kim getdi?” deyil. Sual budur: bu ardıcıllıq harada dayanacaq? Əsəd getdi, Maduro getdi, Xamenei getdi. Ukrayna bataqlığı isə Putini yerində saxlayır, manevr imkanlarını bağlayır. Bu şərtlər altında dünya getdikcə daha ucadan eyni sualı verir: növbəti həlqə haradan qırılacaq və Putinin özü bu zəncirin hansı nöqtəsində dayanır?/yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Next: Pensiyaçılara şad xəbər: Sovet dövründə iş stajınız varsa…

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.