Skip to content
04/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 4
  • Kassa şirkətləri sahibkarları necə “sağır”? – Əlavə pul nə üçün yığılır?

Kassa şirkətləri sahibkarları necə “sağır”? – Əlavə pul nə üçün yığılır?

admin 04/03/2026
kassa-ap

 

Azərbaycanda xüsusilə kiçik sahibklarlara qarşı istismarçı münasibət heç kimə sirr deyil. Əhalinin alıcılıq qabiliytyətinin və iqtisadi aktivliyin az, vergilərin, DSMF ödənişlərinin, icarə haqlarının, bank kredit faizlərinin və s. yüksək olması zatən sahibkarın vəziyyətini gündən-günə ağırlaşdırır. Bu üzdən kiçik sahibkarların çoxu borc içində batır.

Ancaq buna məhəl qoyan yoxdur, üstəlik sahibkar rəsmi vergi ödənişlərindən əlavə “uçaskovı”dan “sanipidemstansiya”ya qədər bir çox yerlərə “haqq ödəyir”…

Ancaq sahibkarın yaxasından yapışan təkcə bunlar deyil. Məlum olduğu kimi, nəzarət- kassa aparatları ən kiçik mağazalardan iri supermarketlərə qədər hər kəs üçün məcburidir. Bu kassaların ən ucuzunun qiyməti isə 400 manatdan başlayır. Sahibkar onun pulunu öz cibindən verir. Üstəlik də ayda 18-20 manat həmin kassanı satan şirkətə “xidmət haqqı” ödəyir. Ancaq bu “xidmətin” nədən ibarət olduğu bəlli deyil. Kasanın ən xırda detalında belə problem yaranırsa, sahibkara həmin detal və xidmət əlavə pulla satılır.

Üstəlik, redaksiyamıza sahibkarlardan daxil olan məlumata görə, son günlər sahibkarlardan əlavə olaraq “proqramın yenilənməsi” adı ilə hər kassaya görə 50 manat pul yığılır. Bu barədə konkret olaraq “Omnitech” adlı kassa aparatı satışı və xidmətilə məşğul olan şirkətin müştəriləri – sahibkarlar məlumat veriblər.

Qeyd olunur ki, şirkətin əməkdaşları bir-bir sahibkarların obyektlərindən kassaları toplayıb aparırlar. Həmin vaxt sahibkardan 50 manat əlavə “xidmət haqqı” alınır və heç bir rəsmi ödəniş çeki verilmir. Bir gündən sonra “proqramı yenilənən” kassalar geri qaytarılır. Sahibkar isə haqlı olaraq soruşur ki, əgər bir şirkət “proqram yenilənməsi” adı ilə hansısa texniki əməliyyatı belə əlavə pulla edirsə, o zaman aylıq xidmət haqqı nə üçün yığılır? Daha bunun harası, nəyi xidmət oldu?

Məsələ ilə bağlı “Omnitech” şirkətilə əlaqə saxladıq. Operator bizi şirkət rəhbərliyilə əlaqələndirəcəyini, suallarımızı rəhbərliyə verə biləcəyimizi dedi. Lakin nə qədər gözləsək də, rəhbərlikdən cavab verən olmadı…

Qeyd edək ki, 2025-ci ilin məlumatlarına görə, respublika üzrə uçotda olan 1.6 milyona yaxın vergi ödəyicisi var ki, onların da 87 faizi fiziki şəxs, 13 faizi hüquqi şəxsdir. Bunların çox böyük əksəriyyəti, azı 90 faizi kassa aparatlarından istifadə edir. Ölkə üzrə kassa xidməti göstərən şirkətlərin sayı isə heç 10-a çatmır. Bu, o deməkdir ki, hər kassa şirkətinə ortalama 100 mindən çox müştəri düşür. Bunların hərəsini 50 manata vursaq, hər şirkət üçün 5 milyon mantdan artıq qazanc deməkdir. Bu pullar hara gedir və sahibkar niyə əlavə olaraq bu cür yüklənməlidir?

Əlbəttə ki, belə şirkətklərin əksəriyyəti təsadüfi adamlara aid deyil. Yoxlasanız, çoxunun əsl sahibi hansısa keçmiş, yaxud indiki yüksək vəzifəli vergi işçisi, yaxud başqa bir iri məmur çıxacaq. Bu isə o deməkdir ki, nə qədər ki, özəl sektor, iş, biznes aləmində əsas söz məmur-oliqarx tayfasına aid olacaq və dövlətin sahibkara münasibəti dəyişməyəcək, kiçik sahibkar ağ gün görməyəcək… /azpolitika.info 

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Next: ABŞ və İsrailin gizli planı İFŞA EDİLDİ: İranı vətəndaş müharibəsinə sürükləyirlə

OXŞAR MÖVZULAR

kendteser1

Kəndlidən ucuz çıxan məhsul Bakıda niyə bahalaşır? – Əsl səbəblər

admin 04/05/2026
derman (1)

Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? – Yeni mexanizm GÜNDƏMDƏ

admin 04/05/2026
2022-07-14-09-19-40sJ0KhkqSemVvCuXPYZKD_file

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Kəndlidən ucuz çıxan məhsul Bakıda niyə bahalaşır? – Əsl səbəblər 04/05/2026
  • Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq? 04/05/2026
  • Qordon Azərbaycana və İlham Əliyevə heyranlığını açıqladı: “Onlar bizə nümunədir” 04/05/2026
  • Makron “qırmızı xətti” keçmək istəyir – Bakıdan sərt cavab gözlənilir 04/05/2026
  • ETSN beynəlxalq tədbirin təşkili üzrə təcrübəsi olmayan şirkətlə müqavilə bağladı – 445 min manat dəyərində 04/05/2026
  • İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq 04/05/2026
  • 2026-cı ilin ən yaxşı yeni avtomobilləri 04/05/2026
  • Regiona soyuqlar gəlir: hava kəskin soyuyacaq 04/05/2026
  • FHN Şin çayında bəndatma işlərini niyə dayandırdı – ADSEA niyə tədbir görmür 04/05/2026
  • ADB prezidenti: Hazırkı enerji böhranı pandemiyanın nəticələrini üstələyir 04/05/2026
  • Azərbaycanda saxta dərmanlar necə aşkarlanacaq? – Yeni mexanizm GÜNDƏMDƏ 04/05/2026
  • Putinin reytinqi düşür, Kreml narahatdır! 04/05/2026
  • Televizora və telefona baxaraq yatmağın ZƏRƏRLƏRİ 04/05/2026
  • Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub 04/05/2026
  • ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək 04/05/2026
  • Gübrə bahalaşır: Dünayada aclıq və sosial iğtişaşlar gözlənilir 04/05/2026
  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.