Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 6
  • Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!

Yevlax şəhər 7 nömrəli məktəbdə “yoxlama” adlı ŞOU:xanım direktora “DUR” deyən olacaqmı?!

admin 06/03/2026
yevlax7

 

Məktəbin direktoru 8 illik fəaliyyəti dövründə iki universitetdə təhsil alıb(?)

YYevlax rayonunda təhsilin durumu ilə bağlı yazmışdıq. Bu həftənin ilk günü tirajladığımız “Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə, vətənə xəyanət həddi, yoxsa,…???-TƏFƏRRÜAT” sərlövhəli yazımız həm Yevlax ictimaiyyəti, həm də yevlaxlı təhsil işçiləri tərəfindən yüksək səviyyədə qaşılanmış və təqdir edilmişdir.

Bundan sonra yevlaxlı oxucularımız tərəfindən Yenixeber.org-a rayonda təhsilin durumu ilə bağlı yeni məlumatlar daxil olmağa başlamış və davam etməkdədir. Hələlik bu məlumatlardan biri haqqında…

                   Məktəb direktorunun komik davranışları

Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəb, daha doğrusu məktəbin xanım direktoru Ülviyyə Ağayevanın fəaliyyəti ilə bağlı məlumatlar təkcə rəngarəngliyi ilə deyil, həm də doğurduğu suallarla fərqlənir…

Belə ki, məlumata görə, 05.02.2026-cı il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəbdə şikayətlər əsasında yoxlama aparılmışdır. Yoxlamanın səhər saatlarında başladığı və gecə saatlarına qədər davam etdiyi bildirilir.

Araşdırmalarla, bəzi laborantların, eləcə də inklüziv sinifdə dərs deyən müəllimlərin əmək haqqlarının qeyri-qanuni şəkildə üçdə iki hissəyə endirilməsi aşkarlanmışdır. Hətta bu müəllimlərin Ülviyyə Ağayevanın əmri ilə dərs dedikləri siniflərə buraxılmadığı da müəyyən olunmuşdur.

Bildirilir ki, Ü. Ağayeva məktəbin təsərrüfat müdirini təhqir etmiş və onu məcburi şəkildə inventar sənədlərini imzalamağa məcbur etmişdir. Məlumatda da  qeyd edilir ki, Ü. Ağayeva təhqirdə sərhəd tanımır. İndiyədəkr məktəbin bir neçə müəllimini iclas zamanı kollektiv qarşısında təhqir edib.

Həmçinin analıq məzuniyyətində olan informatika müəlliminin bir stavka dərsinin laborant tərəfindən keçirildiyi də yoxlama zamanı aşkar edilmişdir.

Məktəbin gənclər təşkilatının rəhbərinin orta təhsil diplomu ilə işlədiyi qeyd olunur. Bu isə nə dərəcədə qanunidir, bilənlər bilir. Belə görünür ki, məktəbin direktorunun öz qanunları var…

Ü. Ağayeva məktəbdə keçirilən dillərlə də bağlı ayrı-seçkilik yaradır, dil müəllimlərini qarşı-qarşıya qoyur. Məktəbin WhatsApp qrupunda müəllimlərə qarşı təhqiredici sözlər yazır. Nəticədə məktəb kollektivi iki de-fakto hissəyə bölünüb.

Ü. Ağayeva sevmədiyi müəllimləri hətta öz otağına belə buraxmır və onları dərslərlə təmin etmir. Ən əsası isə ailəsi olmayan, övladlarını tək böyüdən qadın müəllimlərə qarşı xüsusilə aqressiv münasibət göstərir.

Direktor hesab edilən bu şəxsin davranışları artıq bir çoxları üçün komik görünür. Yuxarıda qeyd etdiyimiz yoxlama aparılan gün 10 və 11-ci sinif şagirdləri də əsl sinif rəhbərlərinin kim olduğunu öyrənmişlər. Məlum olmuşdur ki, kollec təhsilli müəllimlər sinifləri idarə edir, sənədlərdə isə sinif rəhbərləri kimi başqa müəllimlərin adı göstərilir. Halbuki  məlum qanunvericiliyə görə, kollec məzunu olan müəllim 10 və 11-ci siniflərə sinif rəhbəri təyin edilə bilməz. Bu cür üç sinif aşkarlanmışdır və maraqlıdır ki, hələ də belə davam etməkdədir.

Yoxlama zamanı məktəbin inventar sənədlərində mövcud göstərilən, lakin əslində olmayan printerlər, kompüterlər və digər avadanlıqların da olmadığı müəyyən edilmişdir.

Həmçinin müəllimlərə əvvəlcədən xəbərdarlıq edilmədən verilmiş töhmətlər də üzə çıxmışdır.

Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumata görə, Ü. Ağayeva məktəbdə direktor vəzifəsini daha yüksək vəzifəyə keçmək üçün bir tramplin kimi istifadə edir. Onun 8 illik direktor fəaliyyəti dövründə iki universitetdə təhsil aldığı bildirilir: Prezident yanında Dövlət İdarəçilik Akademiyasında və hazırda isə ADA Universitetində təhsil alır.

Sual olunur: Ü. Ağayeva bu ikinci ali təhsilləri niyə sıravi müəllim işlədiyi dövrdə almamışdır? Bu bir məktəb direktoru üçün fiziki olaraq, nə dərəcədə mümkündür?  ADA Universitetində təhsil haqqının kifayət qədər yüksək olması da öz yerində…

Həmçinin kimya və biologiya otaqlarının laboratoriya kimi deyil, adi sinif otaqları kimi istifadə edildiyi müəyyən olunmuşdur. Halbuki bu otaqlar yalnız kimya və biologiya dərsləri zamanı istifadə edilməlidir. Əks halda bu vəziyyət şagirdlərin sağlamlığı üçün təhlükə yarada bilər.

Yoxlamanın nəticəsi isə sadə bir töhmət olub. Bəs niyə şiddətli töhmət yox? Çünki onun artıq iki şiddətli töhməti var.

Sonda isə daha bir sual doğur: bu yoxlama, daha doğrusu bu dramatik şou nəyə və kimə lazım idi?(Yenixeber.org)

PAYLAŞIN:

Continue Reading

Previous: İranda komandanlıq yoxdur, Azərbaycana zərbə… – Naumov
Next: ABŞ-nin bacarmadığı ucuz silah… – Amerika ordusu böyük problemlə qarşılaşıb

OXŞAR MÖVZULAR

esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.