Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 15
  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?

Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?

admin 15/03/2026
ev_menzil_b

 

Elan saytlarında görünüşü ecazkar, qiyməti isə bazar səviyyəsindən xeyli aşağı olan həyət evləri alıcıların marağını çəkir. Lakin “ucuz ətin şorbası olmur” deyirlər. Bu tipli evlərin keyfiyyəti ilə bağlı ciddi şübhələr var. Bəzi hallarda bünövrəsi kifayət qədər möhkəm olmayan, keyfiyyətsiz materiallardan istifadə edilmiş tikililərə rast gəlinir ki, bu da qısa müddətdə konstruktiv problemlərə yol aça bilər. Hətta iddia olunur ki, Bakıda orta güclü zəlzələ baş verəcəyi təqdirdə belə evlər yüksək risk altındadır. 
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllimi, texnika üzrə fəlsəfə doktoru Məhəmməd Musayev  “Kaspi” qəzetinə verdiyi müsahibədə bildirmişdi ki, “makler evləri” potensial təhlükələrdir. O, iddia edirdi ki, zəlzələ olsa, “makler evləri”nin hamısı uçacaq.
Əmlak eksperti Firdovsi Xəlilov deyir ki, son illərdə, xüsusilə 2020-ci ildən sonra, çoxmənzilli yaşayış binalarında dövlət nəzarət mexanizmləri ciddi şəkildə formalaşdırılıb: “Beton və armaturların keyfiyyətinə ciddi diqqət yetirilir, tikintinin standartlara uyğunluğu yoxlanılır, binaların iç-içə tikilməməsi və sıxlıqlarına nəzarət olunur. Lakin fərdi yaşayış evlərinin tikintisinə eyni səviyyədə nəzarət mexanizmi yoxdur. Vətəndaş yalnız evini tamamladıqdan sonra çıxarış üçün müraciət edir. O zaman ölçülər götürülür və sənəd verilir. Yəni tikinti prosesində normativlərin və keyfiyyət standartlarının yerinə yetirilib-yetirilmədiyi yoxlanmır”.
Mütəxəssis bildirir ki, makler inşaatçı deyil. Onun əsas vəzifəsi bir şirkətə və ya şəxsə aid əmlakın satışını həyata keçirməkdir: “Kobud hesablamalarla izah etsək, təmirli fərdi yaşayış evinin  çöldən ölçülməklə kvadratmetri təxminən 500 manatdan başlayır. Qiymət təmir növündən, landşaft işlərindən, ərazinin abadlaşdırılmasından və bəzən hovuz kimi əlavə infrastrukturdan asılı olaraq dəyişir. Bakı ərazisində torpağın bir sotu çıxarışla ucuz variantları götürsək, 10-15 min manat arası dəyişir. Məsələn, dörd sot torpaq alınıb və orada 100 kvadratmetrlik ev tikilib. Torpağın qiyməti 40 min manatdırsa, evin tikintisi 90 min manata başa gəlir. Həyət, landşaft, qaz və su təchizatı ilə birlikdə evin minimum maya dəyəri 100 min manat civarında olur. Əgər belə bir evi 60-70 min manata satırlarsa, deməli, burada şübhəli məqam var. Tikilidə və ya sənədləşmədə problemlər, keyfiyyətsiz materiallar və ya normativlərə əməl edilməməsi riski mövcuddur. Bu, alıcı üçün potensial təhlükədir”.
Ekspert bildirir ki, tikinti başa çatdıqdan sonra vətəndaşların çoxu inşaatın keyfiyyətindən xəbərdar ola bilmir: “Problemlər proses tamamlandıqdan sonra üzə çıxır və əsasən iki növə ayrılır. Birincisi, inşaatın keyfiyyətsizliyi ilə bağlı məsələlər, ikincisi isə sənədlə əlaqədar problemlər. Bəzi hallarda inşaat qanunsuz yerlərdə aparılır. Dövlət balansında olan torpaqlarda, göllərin doldurulmuş ərazilərində, su axarları boyunca. Hazırda Abşeron rayonunun bəzi ərazilərində doldurulmuş göl sahələrində tikinti aparılan torpaqlar mövcuddur. Belə ərazilərdə yaşayış mümkün deyil. Tikilmiş binalar təhlükəsizlik baxımından sökülməli və sakinlər təxliyə olunmalıdır”.
Mütəxəssis tövsiyə edir ki, vətəndaşlar ev alarkən evin və torpağın sənədlərinə diqqət yetirsinlər. Hər ikisinin çıxarışı və qanuni sənədləri olmalıdır: “İkincisi, inşaatın keyfiyyətinə diqqət yetirsinlər. Əgər alıcı bu sahədə kifayət qədər təcrübəyə malik deyilsə, üçüncü tərəf kimi qiymətləndiricilər və ya inşaat təcrübəsi olan şirkətlərdən xidmət ala bilər”.
Bəs bu evlərdə gələcəkdə meydana gələ biləcək problemlərə görə məsuliyyət kimə aiddir?
Vəkillər Kollegiyasının üzvü, vəkil Vahid Hacı-zadə deyir ki,  alıcı mütləq torpaq sahəsinin çıxarışını və təyinatını yoxlamalıdır. Torpaq yaşayış üçün nəzərdə tutulmayıbsa, həmin ərazidə ev tikintisi qanunsuz sayılır: “Tikinti üçün müvafiq icazələrin və fərdi yaşayış evi üçün çıxarışın mövcudluğu da vacibdir. Həmçinin tikintini aparan şəxsin və ya şirkətin hüquqi statusu və əvvəlki fəaliyyəti araşdırılmalıdır”.
Vəkil bildirir ki, əgər almaq istədiyi evlə bağlı qüsurlar aşkar edilirsə, alıcı müstəqil tikinti-texniki ekspertiza keçirə bilər: “Rəsmi ekspertiza rəyi əsasında satıcıdan qüsurların aradan qaldırılması, dəymiş ziyanın ödənilməsi və ya müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət etmək mümkündür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır”.
Keyfiyyətsiz tikinti üçün məsuliyyət kimə aiddir məsələsinə gəldikdə isə, vəkil vurğulayır ki, əsas məsuliyyət tikintini həyata keçirən podratçıya və ya evi satan şəxsə aiddir: “Əgər makler həm tikinti, həm də satış prosesində iştirak edibsə, onun da məsuliyyəti yarana bilər. Müqavilədə keyfiyyət öhdəlikləri göstərildiyi halda məsuliyyətin sübutu daha asan olur. Keyfiyyətə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin”.
Vəkil qeyd edib ki, alıcı alqı-satqıdan əvvəl texniki baxış keçirməli, mütəxəssis cəlb etməlidir: “Müqavilə notarial qaydada bağlanmalı, ödənişlər rəsmi və sənədləşdirilmiş şəkildə həyata keçirilməlidir. Şifahi razılaşmalar sonradan hüquqi problem yarada bilər. Tikinti qüsurları üzrə kompensasiya isə məhkəmə qərarı əsasında təmin olunur: “Bunun üçün ekspertiza rəyi, müqavilə və ödənişi təsdiq edən sənədlər təqdim edilməlidir. Məhkəmə satıcını maddi zərərin ödənilməsinə, təmir işlərinin aparılmasına və ya müqavilənin ləğvinə məcbur edə bilər”.
PAYLAŞIN:

Continue Reading

Previous: İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi?
Next: Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək

OXŞAR MÖVZULAR

bir-kart

Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi

admin 30/04/2026
elektron-xid

Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib

admin 30/04/2026
manat_mü

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

admin 30/04/2026

XƏBƏR LENTİ

  • Bir ekosistemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi 30/04/2026
  • Elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən edəcək pilot layihələrin əhatə dairəsi müəyyənləşib 30/04/2026
  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.