Gürcüstanda və Ermənistanda avtomobil yanacağının pərakəndə satış qiymətləri fevrala nisbətdə ortalama 20-25% artıb. Enerji bazarları üzrə ixtisaslaşan Böyük Britaniyanın “Argus” agentliyinin 23 mart tarixinə olan məlumatına görə, avtomobil yanacaqlarının 1 litri aşağıdakı kimidir:
Ai-92 – 1,06 dollar – 1.80 AZN
Ai-95 – 1.14 dollar – 1.94 AZN
Ai-98 – 1.35 dollar – 2.29 AZN
Dizel Avro 5 – 1.19 dollar – 2.02 AZN
CNG – 0.67 dollar – 1.14 AZN
“Argus” qeyd edir ki, Gürcüstana martda yanacaq Rumıniya və Bolqarıstan neft emalı zavodlarından tədarük edilib. “Ai-92” markalı benzin isə Azərbaycandan Gürcüstanın dövlət müəssisələrinin ehtiyacı üçün alınıb.
Ermənistanda 1 litr yanacağın pərakəndə satış qiymətləri “Ai-92” üçün 1,27 dollar, Ai-95 üçün 1.32 dollar və Dizel Avro 5 üçün 1,38 dollar təşkil edib.
Azərbaycanda isə 2026-cı ilin əvvəlindən etibarən qiymətlər belədir:
Ai-92 – 1.15 AZN (təxminən 0.68 dollar)
Ai-95 – 1.60 AZN (təxminən 0.94 dollar)
Ai-98 – təxminən 2.30 AZN (təxminən 1.35 dollar)
Dizel – 1.10 AZN (təxminən 0.65 dollar)
Məlumatı şərh edən iqtisadçı İlham Şaban bildirib ki, Azərbaycanın daxili bazarında “Avro 5” standartda yanacaq satılmır, ona görə də qonşu ölkələrdəki qiymətlərlə müqayisə aparmaq çətindir.azpolitika.info
