Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 6
  • Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılması üzrə layihənin təsdiqlənmə müddətini dəyişdirib

Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılması üzrə layihənin təsdiqlənmə müddətini dəyişdirib

admin 06/04/2026
dunya-bank

 

Dünya Bankı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama şəbəkəsində qaz sızmalarının aşkarlanması və aradan qaldırılması mexanizminin investisiya maliyyələşdirilməsi layihəsinin Direktorlar Şurasında təsdiqlənmə tarixini dəyişdirib.

Dünya Bankının məlumatına görə, layihəyə baxılma tarixi əvvəlcə aprelin 23-ə planlaşdırılsa da, sonradan bu tarix bu ilin mayın 21-nə keçirilib.

Layihənin ümumi dəyəri 15 milyon ABŞ dolları təşkil edir.

Təşəbbüsün məqsədi “Azəriqaz”ın istismar etdiyi qazpaylayıcı şəbəkədən metan emissiyalarının azaldılması, həmçinin şirkətin aktivlərin idarə edilməsi sahəsində potensialının gücləndirilməsidir.

Dünya Bankının qiymətləndirməsinə görə, “Azəriqaz” köhnəlmiş infrastruktur səbəbindən əhəmiyyətli qaz sızmaları ilə üzləşir və bu infrastrukturun böyük hissəsi 50 ildən çox istismar edilir. Sızmaların həcmi ildə təxminən 160 milyon kubmetr qaz təşkil edir ki, bu da 107 kiloton metan (CH₄) ekvivalentinə bərabərdir. Təhlil göstərir ki, həcm baxımından bu sızmaların təxminən 80 %-i yeddi il ərzində nisbətən sadə və iqtisadi cəhətdən səmərəli tədbirlər hesabına aradan qaldırıla bilər.

Bankın məlumatına görə, qlobal istiləşmə potensialı (GWP) əmsalının 28-ə bərabər götürülməsi ilə layihənin icrası istixana qazı emissiyalarını ildə təxminən 2,4 milyon ton CO₂-ekvivalentinə qədər azaltmağa imkan verəcək.

Layihə çərçivəsində “Azəriqaz”ın qazpaylayıcı sistemində qaz sızmalarının müəyyənləşdirilməsi və aradan qaldırılması (LDAR) üzrə ixtisaslaşmış maliyyə mexanizmi yaradılacaq. O, “GFMR trest” fondundan əldə ediləcək ilkin qrant hesabına işə salınacaq. Qrantın alıcısı, həmçinin qrant və Fond hesablarının sahibi SOCAR olacaq. “Azəriqaz” isə yeganə benefisiar və layihənin gündəlik icrası və idarə edilməsinə cavabdeh olan icraçı təşkilat olacaq.

Sızmaların aşkarlanması və təmiri üzrə razılaşdırılmış tədbirlərin həyata keçirilməsi üçün maliyyə vəsaitləri SOCAR-dan “Azəriqaz”a yönləndiriləcək. Bu isə metan emissiyalarını mərhələli şəkildə azaltmağa imkan verəcək. Layihə “Azəriqaz”ın Bakıda qaz sızmalarının baza xəttinin formalaşdırılması üzrə pilot proqramının təcrübəsinə əsaslanacaq.

Uzunmüddətli təsirin təmin edilməsi üçün mexanizmin əsas elementi sızmalarının aradan qaldırılmasından sonra əldə olunan qənaət nəticəsində formalaşan maliyyə gəlirlərinin böyük hissəsinin yenidən Fonda yönəldilməsi olacaq. Bu, “Azəriqaz”ın aktivlərinin sonrakı bərpası üçün əlavə kapitalın səfərbər edilməsinə imkan verəcək.

Bundan əlavə, ilkin mərhələdə GFMR vəsaitləri, sonrakı mərhələdə isə Fondun resursları şirkətin OGMP 2.0 standartına uyğun olaraq emissiyaların monitorinqi, hesabatlılığı və verifikasiyası (MRV) sahəsində potensialının artırılmasına yönəldiləcək. Dünya Bankının qiymətləndirməsinə görə, qrant maliyyələşməsi “Azəriqaz”ın məhdud maliyyə imkanları səbəbindən digər hallarda həyata keçirilməsi mümkün olmayan tədbirlərin reallaşdırılmasına şərait yaradacaq və metan emissiyalarının azaldılmasını cari onillikdə təmin edəcək.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan XİN: Qarabağ mövzusu Rusiya-Ermənistan münasibətlərində müzakirə predmeti ola bilməz
Next: Rəsmi işi olmayanların NƏZƏRİNƏ: Yardım almaq mümkündürmü?

OXŞAR MÖVZULAR

manat_mü

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

admin 30/04/2026
qeza-ilham

Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?..

admin 30/04/2026
adnaa

ADNA-da törədilən terror aktından 17 il ötür

admin 30/04/2026

XƏBƏR LENTİ

  • “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? 30/04/2026
  • Şahin Mustafayev hansı erməni iş adamları ilə görüşüb?- Paşinyan onun doğulduğu kəndə “səfəri” barədə danışdı 30/04/2026
  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.