Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 7
  • Harada ev tikmək qadağandır? – Siyahı açıqlandı

Harada ev tikmək qadağandır? – Siyahı açıqlandı

admin 07/04/2026
çertyoj

 

Xəbər verdiyimiz kimi, paytaxtın Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında (Keşlə qəsəbəsi) kollektor üzərində tikilmiş ikimərtəbəli ev artıq tamamilə sökülüb, xəttin bərpasına başlanılıb.

Ev sahibi Səbuhi Məmmədov bildirib ki, o, evi 13 il əvvəl alsa da, tikilinin kollektorun üzərində yerləşdiyindən xəbərsiz olub.

Bəs vətəndaşlar ev alarkən və ya tikinti apararkən nələrə diqqət etməlidir? Hansı ərazilərdə yaşayış məqsədilə tikinti qadağandır?

Aşağıdakı zonalarda yaşayış evlərinin tikintisinə icazə verilmir:

Tarixi və mədəni abidələrin mühafizə zonaları

Avtomobil yollarının kənarları

Hərbi obyektlərə yaxın ərazilər

Su mühafizə zonaları

Magistral boru xətləri və kollektorların üzəri

Yüksək gərginlikli elektrik xətləri keçən sahələr

Sürüşmə və digər təhlükəli geoloji zonalar

Neft və qaz kəmərlərinin ətrafı

Dəmiryolllarının ətrafı:

– I, II, III, IV və V kateqoriyalı dəmir yolunun tökmə yatağının hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyi zamanı mühafizə zonalarının ölçüləri 20-52 metr arasında dəyişir.

– Eyni zamanda dəmir yolunun mühafizə zonası dəmir yolunun kənarında, sağ və sol hissələrində yerləşən relsdən hər tərəfə hesablanır.
Avtomobil yollarının ətrafı:

– Tökmələrdə və qazmalarda yerləşən I dərəcəli dörd hərəkətli, II dərəcəli iki hərəkətli, III dərəcəli iki hərəkətli, IV dərəcəli iki hərəkətli, V dərəcəli bir hərəkətli avtomobil yolları yatağın hündürlüyündən (metrlə) və qazma yatağının dərinliyindən (metrlə) asılı olaraq yerin eninə mailliyi nəzərə almaqla mühafizə zonalarının ölçüləri dəyişir.

Elektrik xətləri keçən ərazilər:

– Gərginliyi 1000 voltadək olan elektrik şəbəkəsinin mühafizəsi üçün müəyyən edilir:

– Hava elektrik ötürücü xətləri boyunca (binalarda ayrılan qollar istisna olmaqla) kənar naqillərin (onların meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən 2 m aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi, o cümlədən hava elektrik ötürücü xətləri arasında olan torpaq sahəsi;

– Kabel xətləri şəhərlərdə səkilərin altından keçdikdə bina və qurğulara doğru 0,6 m aralı və küçənin işlək hissəsinə doğru 1 m aralı paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi;

– Hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, aşağıdakı cədvəldə göstərilən məsafələrdə:
Un, kV- xətlərin gərginliyi L.m – məsafələr

Qeyd: kənar naqillərin (sağ və sol naqillərin meyl etməmiş vəziyyətdə) yer səthinə proyeksiyasının hər tərəfindən hesablanır.

a) Yeraltı elektrik ötürücü xətləri boyunca kənar kabellərin hər iki tərəfindən 1 m aralı yerləşən, şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi nəzərdə tutulur.

Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qaydalarin tələblərinə riayət edilməklə kənd təsərrüfatı və digər işlərin aparılması məqsədilə istifadə oluna bilər.

Su mühafizə zonaları:

Belə ki, su mühafizə zonaları aşağıdakı kimi hesabalnır:

– çaylar və göllər üzrə – yay dövründə orta illik su səviyyəsi həddindən;

– su anbarları üzrə – suyun normal yığılma səviyyəsindən;

– Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi üzrə – suyun maksimum səviyyəsi həddindən;

– bataqlıqlar üzrə – onların sərhədlərindən;

Çayların başlanğıcından uzunluğu boyu su mühafizə zonalarının minimum eni onların ayrı-ayrı hissələri üzrə aşağıdakı hədlərdə qəbul edilir:

– uzunluğu 10 km-dək olduqda 50 m;

– uzunluğu 10 km-dən 50 km-dək olduqda 100 m;

– uzunluğu 50 km-dən 100 km-dək olduqda 200 m;

– uzunluğu 100 km-dən 200 km-dək olduqda 300 m;

– uzunluğu 200 km-dən 500 km-dək olduqda 400 m;

– uzunluğu 500 km-dən artıq olduqda 500 m.

Göllərin və su anbarlarının su mühafizə zonalarının minumum eni aşağıdakı hədlərdə götürülür:

– akvatoriyasının sahəsi 2 kv.km-dək olduqda 300 m;

– akvatoriyasının sahəsi 2 kv.km-dən artıq olduqda 500 m;

1. Magistral və təsərrüfatlar arası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minumum eni onların su buraxma qabiliyyətindən aslı olaraq aşağıdakı hədlərdə qəbul edilir:

– 3 kb m /san qədər olduqda 5 m;

– 3-10 kb m /san olduqda 10 m;

– 10-30 kb m /san olduqda 25 m;

– 30-50 kb m/san olduqda 60 m;

– 50 kb m/san artıq olduqda 100 m.

Şəhərlərdə və yaşayış məntəqələrində təsdiq olunmuş baş plana uyğun müəyyən edilir. Bağlı kollektorlarla axıdılan çayların hissələri üzrə su mühafizə zonaları müəyyən edilmir.
Çaylar, göllər, su anbarları və digər su obyektləri üzrə sahil mühafizə zolaqlarının minimum eni aşağıdakı ölçülərdə müəyyən edilir.

Sututarlarının balıqçılıq təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edən hissələrində sahil mühafizə zolaqlarının eni sahilyanı torpaqların mailliyi və digər xüsusiyyətlərindən asılı olmayaraq 100 metrdən az olmamaq şərti ilə müəyyən edilir.

Qeyd: Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

Neft kəmərləri keçən ərazilər:

İxrac neft boru və magistral boru kəmərləri xətti boyunca mühafizə zonası üçün nəzərdə tutulan torpaq sahələri:
– İxrac neft boru və magistral boru kəmərlərinin xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrılır;

– kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrılır;

– çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası üçün ayrılır;

– kənd təsərrüfatı yararlı olan torpaq sahələrindən keçən, çoxlu sayda qarışıq boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metr mühafizə zonası üçün ayrılır;

– kondensatın saxlanılması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.

– baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının, neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstəriilən obyektlərin sərhədlərindən hər tərəfə 100 metr olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.

Məsləhətləşmə zonası: çay keçidinin yuxarı və aşağı axarları üçün 3 km. məsləhətləşmə zonası nəzərdə tutulur.

Məsləhətləşmə zonası Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılacaq müvafiq prosedur əsasında tənzimlənir.

Mayeləşdirilmiş qazları saxlamaq üçün QDS-də yerləşdirilmiş çənlərdən QDS-ə aid olmayan binalara və tikililərə qədər olan minimum məsafə./bakupost.az

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib
Next: Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri…

OXŞAR MÖVZULAR

manat_mü

Azərbaycanda əməkhaqqı sistemi dəyişir

admin 30/04/2026
qeza-ilham

Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?..

admin 30/04/2026
adnaa

ADNA-da törədilən terror aktından 17 il ötür

admin 30/04/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib 30/04/2026
  • Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var 30/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi dəyişir 30/04/2026
  • SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR 30/04/2026
  • Böyük GÖZLƏNTİ – Prezident SƏRƏNCAM verdi, sonra?.. 30/04/2026
  • Sahibkarlar üçün YENİLİK: Binaların “AĞILLI” idarə olunması 30/04/2026
  • ADNA-da törədilən terror aktından 17 il ötür 30/04/2026
  • XTQ-nin yaradılmasından 27 il ötür 30/04/2026
  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.