Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 7
  • Kredit bazarında yeni mexanizm: Bu sistemdən kim nə qazanacaq?

Kredit bazarında yeni mexanizm: Bu sistemdən kim nə qazanacaq?

admin 07/04/2026
bank-kredit
Kreditləşmə sahəsində proseslərin rəqəmsallaşdırılması və məlumat mübadiləsinin operativliyinin artırılması istiqamətində yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur. Bu çərçivədə kredit qərarlarının verilməsi prosesinin avtomatlaşdırılması və kreditlərin verildiyi andan etibarən tarixçədə dərhal əks olunmasını təmin edən yeni Ani qeydiyyat sisteminin bu il iyulun 1-nə qədər istismara verilməsi planlaşdırılır.
Bundan əlavə, cari ilin sonuna qədər vətəndaşların öz maliyyə davranışlarını idarə etməsinə imkan verən özünəqadağa xidmətinin istifadəyə verilməsi də nəzərdə tutulur.
Bəs, yeni mexanizmlər Azərbaycan kredit bazarı üçün nə dərəcədə əhəmiyyətlidir? Kredit tarixçəsinin real vaxtda yenilənməsi banklar üçün nəyi dəyişəcək? Özünəqadağa xidməti vətəndaşlar üçün nə qədər effektiv olacaq?
Tətbiq ediləcək mexanizmlərin mahiyyətini, üstünlüyünü və çatışmazlığını izah edən İsmayıl Məmmədov vurğulayıb ki, ilk olaraq bu dəyişiklikləri klassik “rəqəmsallaşma” kimi qiymətləndirmək metodoloji səhv olardı. Çünki bu, kredit bazarında informasiya infrastrukturunun yenidən qurulmasıdır:
“Yəni, bazarın “mikro mexanikasını”, riskin qiymətləndirilmə modelini, institutların davranışını  fundamental şəkildə dəyişir. “Reaktiv sistemdən” “proaktiv və proqnozlaşdırıcı sistemə” çevirir”.
İsmayıl Məmmədovun sözlərinə görə, ani qeydiyyat sistemi, kredit tarixçəsinin real vaxtda yenilənməsi və özünəqadağa xidməti mexanimzləri birlikdə kredit bazarında yeni bir dövrün başlanğıcını qoyacaq:
“İndiyə qədər kredit bazarının ən böyük zəifliyi məlumat gecikməsi idi. Məsələn, bir şəxs eyni gün ərzində bir neçə bankdan kredit götürə bilərdi və banklar bunu yalnız bir neçə gün sonra görə bilirdi. Bu isə “gizli borclanma” və sistem üçün ciddi risk demək idi. Yeni sistem bu boşluğu aradan qaldırır. Kredit verildiyi anda məlumat bütün sistemdə görünəcək. Banklar artıq “təxminlə” deyil, real vaxt məlumatı ilə qərar verəcək”.
Ekspertin sözlərinə görə, yaradılacaq yeni sistemlə, bir növ banklar müştərini davamlı izləyəcək:
“Əvvəllər bank müştərini yalnız kredit verilən anda qiymətləndirirdi. Bu, bir növ “şəkil çəkmək” kimi idi, yəni bir anlıq vəziyyəti əks etdirirdi. İndi isə sistem dəyişir. Banklar müştərini davamlı izləyəcək. Risk real vaxtda yenidən qiymətləndiriləcək. Müştərinin borcu qəfil artırsa sistem bunu dərhal görəcək. Ödəniş davranışı dəyişərsə bank əvvəlcədən reaksiya verəcək”.
İsmayıl Məmmədov qeyd edib ki, bunların sonunda problemli kreditlər azalacaq, bankların zərərləri aşağı düşəcək. Bu isə kredit bazarında intizamı ciddi şəkildə artıracaq:
“Bəs bankların riskləri azaldıqca nə baş verir” sualına cavab olaraq ekspert bildirir ki, nəticə olaraq bank daha az ehtiyat saxlayır, zərər ehtimalı aşağı düşür, risk primi azalır. Bu isə uzunmüddətli perspektivdə kredit faizlərinə aşağı yönlü təzyiq yarada bilər. Yəni, daha şəffaf sistem daha ucuz kredit potensialını yaradır”.
Yeni sistemdə vətəndaşlar üçün yaradılacaq  özünüqadağa mexanizmi haqqında da danışan İsmayıl Məmmədov vurğulayıb ki, ən maraqlı yenilik vətəndaşlar üçün nəzərdə tutulmuş özünəqadağa mexanizmidir. Bu sistemdə şəxs “özü-özünə mənim adıma kredit verilməsin”, deyir. Bu sistem xüsusilə aşağıdakı hallar üçün aktualdır:
“İmpulsiv alış-veriş edənlər, borc yükü artıq olanlar, maliyyə intizamı zəif şəxslər üçün, insanlar çox vaxt düzgün maliyyə qərarı vermir. Bu, iqtisadi deyil — psixoloji məsələdir. Davranış iqtisadiyyatı göstərir ki, insanlar qısamüddətli istəklərə uduzur, uzunmüddətli zərərləri nəzərə almır”.
İsmayıl Məmmədovun sözlərinə görə, özünəqadağa isə bir növ “özünü qoruma mexanizmi”dir:
“Yəni, insanlar əvvəlcədən qərar verir ki, gələcəkdə səhv etməsin. Bu üç mexanizmi birlikdə qiymətləndirdikdə ortaya aydın mənzərə çıxır:
– Kredit bazarı daha şəffaf olur.
– Banklar daha düzgün qərar verir
– Risklər azalır
– Vətəndaşlar daha məsuliyyətli borclanır
Beləliklə “daha çox kredit” yox,”daha sağlam kredit sistemi” qurulur”./Qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Nazirlər Kabineti niyə susur? – İnfrastruktur dağılır, əhali köməksiz, məmurlar isə vecsizdir…
Next: Azərbaycan istənilən ssenariyə hazır olmalıdır

OXŞAR MÖVZULAR

gömrük-keçid

Quru sərhədlər bu şəxslər üçün açıla bilər

admin 17/04/2026
avto-b-

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir?

admin 17/04/2026
mehkeme_2025_____

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.