Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 13
  • Əliyev, Paşinyan və Kobaxidze GÖRÜŞƏ bilər – Qafqazda TARİXİ zirvə

Əliyev, Paşinyan və Kobaxidze GÖRÜŞƏ bilər – Qafqazda TARİXİ zirvə

admin 13/04/2026
qafqaz-3

 

“Üç Cənubi Qafqaz respublikası liderlərinin məşvərət xarakterli yüksəksəviyyəli sammitini hazırlamaq olar”.

Bunu “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan, təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında deyib.

Bu ideya regionda sabitliyin davamlı olması üçün cəlbedici görünür. Prezident İlham Əliyev “Qafqaz Evi” ideyasını bir neçə il əvvəl gündəmə gətirib. Ona görə də Azərbaycan, Gürcüstan və Ermənistan liderlərinin Tiflisdə görüşü istisna deyil. Region ətrafında mürəkkəb bir durumun hökm sürdüyü vaxtda niyə də Əliyev- Paşinyan-Kobaxidze sammiti reallaşmasın? Əgər liderlərin ayrı-ayrılıqda, ikilikdə görüşləri olubsa, birgə zirvə də mümkündür.

Hikmət Hacıyev Qəbələdə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələri ilə görüşüb - FOTO   - VİDEO

Deputat Elşad Musayevin sözlərinə görə, belə bir görüş gələcəkdə mümkündür. Prezident İlham Əliyevin Qafqazda sülh ideyasının elə bunu ehtiva etdiyini deyən millət vəkili vurğulayıb ki, liderlərin görüşü regionda dayanıqlı təhlükəsizlik, iqtisadi inkişaf və yeni əməkdaşlıq formatı vəd edir:

“Keçmiş Qarabağ münaqişəsi 30 ildən çox bölgədə bu əməkdaşlıq formatına imkan verməyib. Ermənistan işğalçılıq siyasəti ucbatından bu fürsəti itirib. Halbuki Bakı-Ceyhan-Tiflis kəmərindən və digər regional layihələrdən yararlana bilərdi. Necə ki bu gün yaranan sülh şəraitində Azərbaycanın enerji məhsulları Ermənistana ixrac olunur, həmçinin ölkəmizdən keçməklə Rusiya və Qazaxıstan taxılı çatdırılır. Amma Ermənistanın ozamankı rəhbərləri ölkəni belə bir iqtisadi perspektivdən məhrum ediblər. İndi yeni reallıqda Azərbaycan, Gürcüstan və Ermənistan yeni əməkdaşlıq modeli qura bilər. Bu da həm siyasi-iqtisadi, həm təhlükəsizlik üçün vacibdir. Hətta “3+3″ formatı da aktual olaraq qalmaqdadır”. Deputat əlavə edib ki, liderlər müxtəlif platformalarda ikitərəfli görüşlər keçirir, üçtərəfli danışıqlar da mümkündür, hətta bunun üçün vasitəçiyə ehtiyac da yoxdur.

Siyasi ekspert Ramiyə Məmmədova isə Cənubi Qafqaz ölkələrinin yeni dövrə qədəm qoyduğunu bildirərək təklif olunan formatda görüşü istisna etmir. Onun fikrincə, tərəflər sülh mətnini paraflayıb, Bakı tranzit embarqosunu götürüb, yekun sülh müqaviləsi üçün İrəvandan son addımın atılması gözlənilir ki, bu da reallaşacaq:

“O halda Tiflisdə üç liderin tarixi görüşü niyə də olmasın?! Azərbaycan və Ermənistan liderlərinin görüşmək problemi yoxdur və bir çox tədbirlərdə danışıqlar aparılıb. Məncə, gürcü tərəfi bu təşəbbüslə çıxış edə bilər. Bu gün Gürcüstan Zəngəzur dəhlizindən yararlanmaq və digər məsələlərdə iştirak şansı əldə edə bilər. Eyni zamanda, liderlər təhlükəsizliyin dayanıqlı olması üçün müzakirələr apara bilər. Yəni heç zaman olmadığı qədər tarixi fürsət yaranıb. Hətta cənab Prezident bu yaxınlarda Tiflisdə bəyan edib ki, Cənubi Qafqaz ölkələri bu şansı əldən verməməlidir. Nəzərə alaq ki, ətrafımızda gərginliklər var, bununla yanaşı üç Qafqaz ölkəsi bölgədə sülhü daimi edə bilər”. /musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Bəzi dövlət qulluqçuları üçün yeni etik davranış qaydaları tətbiq ediləcək
Next: Palata sədri: “Bağlanmış müqavilədə artıq xərclərin aparılması ilə bağlı 13 qurumda nöqsanlar aşkarlanıb”

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.