Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 15
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda?

Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda?

admin 15/04/2026
türk-tütün

 

Türkiyədə tütün məhsullarına qarşı sərt məhdudiyyətlərin tətbiqi ilə bağlı geniş müzakirələr başlayıb. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən hazırlanmış yeni qanun layihəsi ölkədə tütün istifadəsinin mərhələli şəkildə aradan qaldırılmasını, 2040-cı ilə qədər isə tam imtinanı nəzərdə tutur.
Türkiyə mətbuatının, o cümlədən “Hürriyet” qəzetinin məlumatına görə, hazırlanan layihə çərçivəsində tütün məmulatlarının yalnız istifadəsi deyil, eyni zamanda istehsalı, satışı və idxalı da tam şəkildə qadağan oluna bilər. Bu isə ölkədə siqaret və digər tütün məhsulları bazarında köklü dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir.

Məlumata əsasən, qanun layihəsi birdən-birə qadağa deyil, mərhələli keçid modelini nəzərdə tutur. İlk mərhələdə siqaret çəkməyə qadağaların genişləndirilməsi planlaşdırılır. Məlumata göprə qadağalar yalnız klassik siqaretlərlə məhdudlaşmayacaq. Bura aşağıdakı məhsulların da daxil edilməsi nəzərdə tutulur: elektron siqaretlər (veip cihazları), qəlyanlar, tütün qızdırıcı sistemlər, sintetik nikotin tərkibli məhsullar, eləcə də orqanik nikotin əsaslı alternativlər.

Kafe və restoranlarda siqaret çəkmək qadağası ləğv edilib? - DİN-dən  açıqlama

Beləliklə, tütün sənayesinin bütün alternativ formalarının da hüquqi çərçivədə məhdudlaşdırılması planlaşdırılır.
Qanun layihəsində pozuntulara görə sərt maliyyə sanksiyaları da nəzərdə tutulur. Məlumata görə, qaydaları pozanlara 1 milyon lirədən 10 milyon lirəyə qədər (təxminən 20–200 min avro) cərimələr tətbiq edilə bilər. Bundan əlavə, biznes subyektlərinin lisenziyalarının ləğvi,
tütün satışı ilə məşğul olan obyektlərin fəaliyyətinin dayandırılması, inzibati məsuliyyət tədbirləri kimi ciddi nəticələr də gündəmdədir.
Həmçinin turistlər və fiziki şəxslər üçün də yeni məhdudiyyətlər nəzərdə tutulur. Tütün məhsullarının saxlanması, alınması və ölkəyə gətirilməsi ilə bağlı inzibati cərimələrin tətbiqi ehtimalı da müzakirə olunur. Qeyd olunur ki, bu layihə hələ yekun şəkildə qəbul edilməyib və müzakirə mərhələsindədir. Lakin ekspertlər hesab edir ki, belə bir təşəbbüs qəbul olunarsa, bu, Türkiyədə ictimai sağlamlıq siyasətində ən radikal dəyişikliklərdən biri ola bilər.

Bəs Azərbaycanda da tütün məhsullarının tam qadağan edilməsi mümkündürmü, olmalıdırmı?

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa danışıb. Millət vəkili qeyd edib ki, Azərbaycanda da artıq bu istiqamətdə addımlar  atılıb:
“Biz çalışmalıyıq ki, bu məsələlərdə Azərbaycan tütün istehsalçılarını zərərə uğratmadan, eyni zamanda cəmiyyətin tütünə bağlı olan hissəsinin davranışının dəyişməsi istiqamətində, daha çox sağlamlıq yönümlü düşüncənin formalaşması üçün ciddi addımlar ataq. Bu çərçivədə müəyyən planlarımız da mövcuddur. Xüsusilə elektron siqaretlərin qadağan olunması ilə bağlı mövqeyimiz dəfələrlə ifadə olunub və eyni zamanda tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması da bu istiqamətin tərkib hissəsidir.İndi Türkiyədə təqdim olunan nümunələri də biz izləməli və araşdırmalıyıq. Amma burada vacib bir məqam var ki, hər bir fenomenin olduğu kimi tətbiq olunması kimi bir yanaşma yoxdur. Yəni hər model olduğu kimi köçürülə bilməz. Ən azından bizim maraqlarımıza uyğun olacaqsa, əhalinin sağlamlığına real fayda verəcəksə, biz həmin təcrübələri dəyərləndirə bilərik. Bu baxımdan yalnız Türkiyənin deyil, digər ölkələrin də təcrübələrindən istifadə etməyə çalışacağıq” /musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

OXŞAR MÖVZULAR

kulek_turbin

Azərbaycanda bərpa olunan enerji kəskin artıb

admin 15/04/2026
pasinyan-yeni

Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…”

admin 15/04/2026
bank-krd

Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.