Skip to content
27/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Aprel
  • 27
  • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır

Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır

admin 27/04/2026
qkom rzayae

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi-31 ünvanında yerləşən Bakı Slavyan Universitetinin 1 saylı yataqxanasında, məskunlaşmış məcburi köçkünlərin 10 ədəd yanmış, 11 ədəd ziyan çəkmiş mənzillərinin, dəhlizlərin və pilləkən qəfəslərinin təmiri üzrə  bir mənbədən satınalma metodu tətbiq etməklə “Union Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 226.100,5 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 13.04.2026-ci ildə dərc edilib.

BU satınalmada bir mənbədən satınalma metodunun tətbiq edilməsi bir sıra suallar doğurur, əsaslı şübhələr yaradır.

Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, fərdi yaşayış evlərinin təmiri işlərinin satın alınması məxfi məlumatla əlaqəli satınalma hesab oluna bilməz. Bu səbəbdən də, Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin satınalma prosedurunu bu şəkildə keçirməsi yuxarıda qeyd etdiyimiz kimi, bir sıra şübhələr yaradır. Əsas şübhələr isə qurumun satınalma müqaviləsi bağladığı şirkətlə bağlıdır.

Qeyd edək ki, bu sözügedən şirkətlə “Qaçqınkom”a tabeli qurumlar arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Belə ki, Dövlət Komitəsinin Mənzil İstismar Departamenti də 03.12.2025-ci ildə Gəncə şəhərində salınmış məcburi köçkün qəsəbəsində fərdi yaşayış evlərinin təmiri üzrə “Union Group”  MMC ilə 315.059,52 manat dəyərində müqavilə bağlayıb.

Göründüyü kimi “Qaçqınkom”a tabeli qurumlar son beş ayda “Union Group”  MMC ilə ümumi dəyəri 541 159 manat dəyərində iki müqavilə bağlayıb.  Bəs bu şirkət haqqında nə kimi məlumatlar var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında  “UNION GROUP” (VÖEN: 1503236181) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 28.06.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ 1 , ev.50F, m.50F, qanuni təmsilçisinin isə Qasımzadə Tural Cəmşid oğlu olduğu qeyd edilib.Rəhimov Bayram Yusif oğlu, Abuzərli Ümid Tahir oğlu, Kərimli Vüsal Şamil oğlu müxtəlif vaxtlarda MMC-nin qanuni təmsilçiləri olublar.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC-nin müvafiq lisenziya alması barədə məlumat yoxdu.

MMC-nin qanuni təmsilçiləri kimlardi. Tural Qasımzadə haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 2018-2019-cu illərdə “Union Group” MMC-nin qanuni təmsilçisi olmuş Abuzərli Ümid Tahir oğlu Salyan rayonunun keçmiş icra başçısı Tahir Kərimovun oğludur. Kərimli Vüsal Şamil oğlu da Tahir Kərimovun qohumudur. Mediada yayılan iddialara görə, şirkət elə Tahir Kərimova məxsusdur.

Qeyd edək ki, Tahir Kərimov 2006-2011-ci illərdə Daşkəsən rayonunun, 2011-2016-cı illərdə isə Salyan rayonunun icra başçısı vəzifəsində işləyib. O, 2015-ci ildə gül-çiçək altından keçməsi ilə gündəmə gəlmişdi. Elə bu olaydan sonra da tutduğu vəzifədən azad edilib. Vəzifəsindən azad edildikdən iki sonra “Union Group” MMC-ni təsis edib.

Xüsusilə qeyd etmək istərdik ki, “Union Group” MMC satınalmalarda yalnız Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli qurumların tenderlərini udub. Bu isə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə keçmiş icra başçısının isti münasibətlərindən irəli gəldiyini göstərir. Müvafiq sahədə təcrübəsi, lisenziyası olmayan bir şirkətlə bir mənbədən satınalma müqaviləsinin bağlanılması dolayısı ilə yaşıl işıq yandırmaq deməkdir. Təbii ki, bu şəraiti də Komitə sədri Rövşən Rzayev yaradır.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyətin direktoru Rafiq İbrahimovdur. O, bu vəzifəyə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin əmri ilə 2029-cu ilin fefralında təyin edilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayevin ən yaxın adamlarından biri sayılır.

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: 1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?)
Next: Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib

OXŞAR MÖVZULAR

ferid-idgenc

Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur

admin 24/04/2026
zaur mikayıl

Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib

admin 23/04/2026
niyazi-b

Gəncədə aşkarlanan qanunsuzluqlara bu şirkətlər də ortaqdı – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi”

admin 22/04/2026

XƏBƏR LENTİ

  • Regionlara investisiya: Hansı sahələrin inkişafına daha çox ehtiyac var? 27/04/2026
  • “Satınalmaların 60 faizi ilin sonunda keçirilir” – Hesablama Palatasının sədri nöqsanlardan danışdı 27/04/2026
  • Qəbul balları endirilir? 27/04/2026
  • Azərbaycanda “lizinq” ləğv olunur? 27/04/2026
  • Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməz 27/04/2026
  • İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər 27/04/2026
  • Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR 27/04/2026
  • QMİ: Eçmiədzinin Xankəndidə qanunsuz tikilinin sökülməsi haqda bəyanatı dezinformasiyanın təzahürüdür 27/04/2026
  • Vüqar Gülməmmədov: “Qarabağda tikinti layihələrində səmərəlilik prinsipləri tam gözlənilməyib” 27/04/2026
  • Tehran diplomatiyası: Kreml üzərindən yeni manevr 27/04/2026
  • Sui-qəsd, yoxsa şou? – “Bu, Trampla bağlı daha bir saxta atışmadır…” + FOTO 27/04/2026
  • “Müəllim özü məsələni həll edə bilmir” – Məleykə Abbaszadə 27/04/2026
  • Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi? 27/04/2026
  • Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib 27/04/2026
  • Rövşən Rzayev keçmiş icra başçısı Tahir Kərimovun şirkətinə yaşıl işıqlar yandırır 27/04/2026
  • 1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:dövlət qurumu vasitəçi rolunda(?) 27/04/2026
  • Psixoloqlardan məktəblərdəki təhlükə ilə bağlı SOS siqnalı: Uşaqlar niyə zorakılığa əl atırlar? 27/04/2026
  • Xaricdən mal sifariş verənlərə VACİB XƏBƏR: Gömrükdən sərt dəyişiklik 27/04/2026
  • “Hilton”da atəş Trampın xeyrinə oldu – İki mühüm səbəb 27/04/2026
  • “Axios”: İran ABŞ-yə Hörmüz boğazının açılmasını nəzərdə tutan yeni təklif göndərib 27/04/2026

Sağlamlıq

süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026

MƏDƏNİYYƏT

1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.