Skip to content
14/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 12
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir?

Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir?

admin 12/05/2026
makronn

 

Fransa prezidenti Emmanuel Makronun Ermənistana karnavalı xatırladan səfəri ermənilərin gözündə özünün “xilaskar” obrazını canlandırmağa hesablanmışdı. Və ölkəsində siyasi legitimliyi sual altına düşmüş bir lider üçün bu, olduqca acınacaqlı mənzərə idi. Çünki Makron İrəvan küçələrində sözün həqiqi mənasında şou sərgiləyirdi: gah musiqi alətində ifa etməyə çalışır, gah səhər qaçışı edir, gah da vaxtını restoranlarda keçirirdi. Makron bununla ermənilərə “xilaskar qəhrəman” kimi görünmək istəyirdi.

Analoji mənzərə 6 il öncə – 2020-ci ildə İkinci Qarabağ müharibəsində də müşahidə edilmişdi. Fransa prezidenti müharibədə Ermənistanı xilas etmək, torpaqlarını işğaldan azad edən Azərbaycanın qarşısını almaq istəsə də, məkrli planları baş tutmadı. Makron indi özünü sanki Ermənistanı “xilas” etmiş kimi aparır. Halbuki, Prezident İlham Əliyevin də dediyi kimi, “gücləri var idisə, həmin vaxt bunu edərdilər”.

Dövlət başçısı Zəngilanda çıxışı zamanı bu məsələyə xüsusilə toxundu.

“Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər”, – Prezident ad çəkməsə də, söhbətin Makrondan getdiyi bəllidir.

Makron İrəvandakı şousu ilə uçuruma yuvarlanan reytinqini xilas etməklə yanaşı, Fransanın neokolonialist siyasətini Cənubi Qafqaza yaymaq niyyətindədir və bu planda ağasız yaşaya bilməyən Ermənistan əsas vasitədir. Qarabağ münaqişəsinin bitməsindən və Azərbaycanla sülh prosesinin irəliləməsindən sonra da Ermənistanın “ağa axtarışı” bu ölkənin dövlətçilik ənənələrinin olmadığını bir daha ortaya çıxardı. Dünənə qədər Rusiyanı ağa kimi görən Ermənistanın indi Fransanın simasında yenisini tapdığı görünür. Ermənilərə ağalıq edən Fransanın da əsas məqsədi Afrikada itirdiyi təsir imkanlarını Cənubi Qafqazda kompensasiya etməkdir.

Makronun İrəvana gəlişi, yaratmaq istədiyi obraz Fransanı Azərbaycan-Ermənistan sülh danışıqlarında “təminatçı”ya çevirməyə, prosesdə “ermənilərin xilaskarı” rolunda çıxış etməyə və Cənubi Qafqazda təsir imkanlarını gücləndirməyə hesablanıb. Halbuki, Fransanın Cənubi Qafqaz da daxil olmaqla müxtəlif bölgələrdə həyata keçirdiyi rol qan və müharibə ilə nəticələnib.

Fransa 2012-ci ildən sonra Ukrayna-Rusiya münaqişəsində vasitəçilərdən biri kimi aktiv rol oynamağa başladı. Hərçənd, bu vasitəçilik nə münaqişənin həllinə imkan yaratdı, nə də sülhü təmin etdi. Əvəzində Fransa bu prosesdən geosiyasətdə güclənmək naminə istifadə etdi. 2012-2016-cı illərdə Fransa “sülhü təmin etmək” adı ilə Maliyə (Serval əməliyyatı) və Mərkəzi Afrika Respublikasına (Sanqaris əməliyyatı) hərbi müdaxilə etdi. Nə sülh əldə edildi, nə də problemlər. Əvəzində Fransanın keçmiş “müstəmləkəçilik siyasəti” Qitədə daha da gücləndi.

2017-ci ildə hakimiyyətə gələn Emmanuel Makronun əsas istiqaməti də Afrikada təsir imkanlarını saxlamaq və münaqişələrdən qazanc əldə etmək olub. Sonuncu dəfə Rusiya-Ukrayna müharibəsi başlamamışdan öncə Fransa “sülh naminə” vasitəçilik etmək cəhdlərinə baş vurdu və təbii ki, niyyəti enerji maraqlarından tutmuş Avropada “siyasi güc” olmağa qədər çoxsaylı hədəfinə nail olmaq idi. Makronun cəhdləri baş tutmadı, müharibə başladı.

Eyni mənzərə Cənubi Qafqazda da yaşanıb. 30 il ərzində bu ölkənin “vasitəçilik” etdiyi Qarabağ məsələsi sülh danışıqları ilə yox, müharibə ilə həll edildi, çünki məqsəd problemi həll etmək yox, Ermənistanın maraqlarını müdafiə etmək idi və işğalçı ölkə cəzasızlıq mühitindən yararlanaraq, işğala son qoymur, əksinə, Azərbaycana qarşı yeni işğal planları hazırlayırdı. Nəticə etibarilə 44 günlük müharibə baş verdi, Azərbaycan Fransanın da iştirak etdiyi “vasitəçilik missiyası”nın edə bilmədiyini, etmək istəmədiyini həyata keçirdi – münaqişəyə son qoydu, torpaqlarını azad etdi.

İndi Azərbaycanın təşəbbüsü ilə regionda sülh perspektivləri yaranıb. Makron isə ağalıq etməyə çalışdığı Ermənistan üzərindən prosesə daxil olmaq və sülh gündəliyini dağıtmaq niyyətindədir. Bu, Fransanın neokolonialist siyasətinin tərkib hissəsidir. Bu cəhdlər təkcə regiondakı sülh gündəliyinə təhlükə yaratmır, eyni zamanda, Ermənistan üçün də arzuolunmaz risklər vəd edir./publika.az

PAYLAŞIN:

Continue Reading

Previous: Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi
Next: Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb

OXŞAR MÖVZULAR

türk-arm-tic

Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir?

admin 13/05/2026
kaz-enerji

Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib

admin 13/05/2026
fransa_ordu

Bu ölkə Ermənistanı daim silahlandıracaq

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026
  • Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…” 13/05/2026
  • Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq? 13/05/2026
  • Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir? 13/05/2026
  • Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…” 13/05/2026
  • Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər 13/05/2026
  • WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq 13/05/2026
  • DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir? 13/05/2026
  • Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir? 13/05/2026
  • Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı 13/05/2026
  • Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb 13/05/2026
  • Azərbaycanda kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib 13/05/2026
  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.