Skip to content
14/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 13
  • DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
kup-fifa

 

Məlum olduğu kimi, artıq 2026-cı il FIFA Dünya Çempionatının başlamasına sayılı günlər qalıb.

Bu mundial tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Dünya çempionatı iyunun 11-də start götürəcək və final oyunu iyulun 19-da baş tutacaq.

Açılış qarşılaşması isə Mexiko şəhərində ev sahibi Meksika yığması ilə Cənubi Afrika arasında baş tutacaq oyunla start götürəcək.

Qeyd edək ki, maraqlı qruplardan biri də elə məhz Meksikanın da yer aldığı A qrupudur. Çünki burada ev sahibi Meksika ilə yanaşı, sürpriz etməsi gözlənilən Cənubi Koreya yığması, Avropanın təhlükəli kollektivlərindən sayılan Çexiya yığması və fiziki gücü ilə seçilən Cənubi Afrika milli komandası yer alır.

Qrup komandalarının heyət dəyərlərinə baxsaq, “Transfermarkt”-ın məlumatına görə, ən bahalı kollektiv Çexiya yığmasıdır.

Avropa təmsilçisinin ümumi heyət dəyəri 176,8 milyon avro qiymətləndirilir. Cənubi Koreya 136,75 milyon avro ilə ikinci sıradadır. Ev sahibi Meksikanın heyət dəyəri 79,8 milyon avro təşkil edir. Cənubi Afrika isə 41,15 milyon avro ilə qrupun ən aşağı bazar dəyərinə malik komandasıdır.

Buna baxmayaraq, analitiklər və mərc şirkətləri A qrupunun əsas favoriti kimi məhz Meksikanı göstərirlər. Bunun əsas səbəbi ev sahibi amili, iqlimə uyğunlaşma üstünlüyü və azarkeş dəstəyidir. Hazırkı proqnozlara görə, Meksikanın pley-off mərhələsinə yüksəlmək ehtimalı təxminən 89 faiz hesab olunur. Çexiyanın növbəti mərhələyə çıxmaq şansı 75 faiz, Cənubi Koreyanın 69 faiz, Cənubi Afrikanın isə 39 faiz qiymətləndirilir.

Qrup liderliyi uğrunda əsas mübarizənin isə Meksika ilə Çexiya arasında keçəcəyi gözlənilir. Çexiya son illərdə Avropa futbolunda daha balanslı və taktiki oyun sərgiləyən kollektivlərdən biri kimi qiymətləndirilir. Komandanın heyət dəyərinin yüksək olması da futbolçuların Avropanın aparıcı liqalarında çıxış etməsi ilə bağlıdır.

Cənubi Koreya isə sürətli keçidlərə əsaslanan oyunu ilə təhlükəli rəqib hesab olunur. Asiya təmsilçisi xüsusilə intizamlı müdafiəsi və əks-hücum futbolu ilə seçilir. Son mundiallarda nümayiş etdirdiyi performans da göstərir ki, komanda favoritlərə problem yaratmaq potensialına sahibdir.

Cənubi Afrika isə qrupun ən zəif komandası kimi göstərilsə də, futbol ekspertləri bu kollektivin fiziki gücünü və atletik oyununu əsas təhlükə faktorlarından biri sayırlar.

A qrupunda keçiriləcək ilk oyunların təqvimi belədir:

11 iyun

– Meksika – Cənubi Afrika (Mexiko şəhəri)

– Çexiya – Cənubi Koreya (Qvadalaxara)

Qeyd edək ki, turnirə bir aydan az vaxt qalmasına baxmayaraq, artıq bir sıra milli komandalar ciddi itkilərlə üzləşib. Son iki ay ərzində bəzi aparıcı futbolçular zədələr səbəbindən mundialdan kənarda qalıb./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir?
Next: WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq

OXŞAR MÖVZULAR

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026
  • Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…” 13/05/2026
  • Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq? 13/05/2026
  • Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir? 13/05/2026
  • Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…” 13/05/2026
  • Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər 13/05/2026
  • WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq 13/05/2026
  • DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir? 13/05/2026
  • Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir? 13/05/2026
  • Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı 13/05/2026
  • Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb 13/05/2026
  • Azərbaycanda kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib 13/05/2026
  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.