Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 13
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

admin 13/05/2026
adil-qobustan

 

Qobustan rayonun Qaracüzlü kənd sakinlərindən Kamal Kamilov və digərləri tərəfindən dövlət başçısına və aidiyyatı qurum rəhbərlərinə, bir nüsxəsi də redaksiyamıza göndərilmiş 08 may tarixli müraciətində dövlət əhəmiyyətli məsələ qeyd edilmişdir. Müraciət müəllifləri qeyd edirlər ki, yaşadıqları kənd ərazisində ümumi sahəsi 1000 ha olan aqrar park yaradılmasına hələ 2017-ci ildən qərar verilmişdir.  Bu Aqroparkda taxılçılıq, 100 ha üzüm bağı salınması, həmçinin 100 başlıq cins heyavandarlıq kompleksiinin, mini süd emalı zavodunun inşası nəzərdə tutulmuşdur.  Aqroparkın su təchizatı üçün layihələndirmə işləri aparılır. Bu iş üçün Qaracüzlü kəndindən 14 km məsafədən su xətti çəkilməsi və bu ərazidə tikiləcək dəryaçaya suyun axıdılması nəzərdə tutulur. Sakinlər eyni zamanda məlumat üçün bildirirlər ki, aqroparkın salınması üçün nəzərdə tutulan işlərin heç biri görülməmişdir. Ayrılmış 1000 ha sahədə yalnız dəmyə arpa səpini işləri aparılmışdır. Vəssəlam.

 Nəzərdə tutulan işlərin görülməməsi bizdə böyük narahatçılıq yaradır. Ona görə bu işlərin görülməməsinin araşdırılması zərurəti yaranmışdır. Yəni Qaracüzlü kənd aqroparkına vəsait ayrılıb, amma aidiyyatı üzrə xərclənməyib.

Xahiş edirik ki, şikayət ərizəmiz xüsusi nəzarətə götürəsiniz və hansı səbəbdən Qaracüzlü kənd Aqroparkında nəzərdə tutulan işlərin görülmədiyinin səbəblərini müəyyən edəsiniz.”  

 Bəli, apardığımız araşdırma və yerli sakinlərlə müzakirə zamanı məlum olmuşdur ki, 2017-ci ildən bəri ümidlə gözləyən kənd sakinləri sadəcə xəyal qırıqlığına uğradıqlarının fərqindədirlər. Belə ki, kənddə taxılçılığın, üzümçülüyün, heyvandarlığın  inkişafı üçün nəzərdə tutulan və eləcə də süd emalı zavodunun yaradılması fonunda yerli sakinlərin də işlə təmin olunacaqlarına bəslənən ümidləri puça çıxmışdır. Sakinlər bu ilin mayın əvvəlində Qobustan rayon İcra Hakimiyyətində cənab başçı Adil Məmmədovun da bu məslə ilə bağlı qəbullarında olduqlarını qeyd edirlər. A. Məmmədov nəzərdə tutulan işlərin görülməməsindən sadəcə xəbərsiz olduğunu qey etmişdir. Qəbuldan sonra vətəndaşlar dövlət başçısına müraciət etmişlər.

      BƏS REALLIQ  NECƏDİR?

https://azertag.az/xeber/qobustanda_1000_hektar_sahede_aqropark_yaradilacaq-1039901

Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqropark yaradılacaq.Bunu 01 mart 2017-ci il tarixində Qobustan rayon İcra Hakimiyyətindən AzərTAC-a rəsmi olaraq bildirmişlər: Rayon icra hakimiyyətindən bildirilib ki, “aqroparkda əsasən taxıl və yem bitkiləri əkiləcək. Burada, habelə 100 hektarda üzüm bağı da salınacaq. Həmçinin 100 başlıq cins heyvandarlıq kompleksinin, mini süd emalı zavodunun inşası da nəzərdə tutulur. Qeyd edilib ki, aqroparkın su təchizatı üçün layihələndirmə işləri aparılıb. Layihəyə əsasən, Qozluçaydan 14 kilometr məsafədən su xətti çəkiləcək və su ərazidə tikiləcək dəryaçaya axıdılacaq. Buradan isə nasoslarla sahələrə vurulacaq.”

Bəli, verilən rəsmi məlumat da bir daha təsdiq edir ki, Qobustan rayonun Qaracüzlü kənd ərazisində Aqroparkın salınması nəzərdə tutulmuşdur. Apardığımız digər araşdırmalardan isə məlum olmuşdur ki, kəndə gedən yolun təmir olunması üçün vaxtilə kənd bələdiyyəsinin sədri işləmiş Musayev Əlikram adlı şəxs özünə məxsus olan 72 baş iribuynuzlu mal qarasını sataraq 2,5 km məsafəyə qədər yol çəkilməsi üçün mişar daşı qırıqlarının səpilməsi və üzərindən frezlənmiş asphalt materiallarının daşınaraq yol halına salınmasına çalışmışdır. O 2024-cü ildə işi başa çatdırmamış və vəfat etmişdir. Ona yol çəkilməsini kimin tapşırdığı isə hələlik bizlərə məlum deyildir. Lakin bizə o da məlum olmuşdur ki, 2017-ci ildən 2025-ci ilə qədər Qaracüzlü kənd ərazisində müasir tipli Aqroparkın salınması üçün dövlət büdcəsindən mərhələ mərhələ 58 milyon manat vəsait ayrılaraq layihənin “HƏYATA” keçməsi üçün xərclənmişdir. Sakinlərin verdikləri məlumatdan isə aydın olur ki, kəndin  girəcəyində sol tərəfdə yalnız köhnədən qalma bir soyuducu anbar vardır. Qalan işlərin faktiki görülməsinin isə hələlik şahidi olmamışıq.

Bəli, “görünən kəndə bələdçi lazım olmadığı kimi”,  kağız üzərində görülən işə  və mənimsənilən milyonlara da bir işıq salmaq lazımdır ki, onlar reallıqda görünsünlər.

Ümid edirik ki, dövlətin hüquq-mühafizə orqanları Qaracüzlü kənd sakinlərinin qaldırdıqları məslənin ciddiliyini, yəni dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq dərhal araşdırmaya başlayacaq və baş vermiş külli-miqdarda mənimsəmə faktına tezliklə hüquqi qiymətini verəcəkdir.

Qeyd edək ki,  06 Fevral 2025-ci ildə mediaya açıqlamasında  İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib ki,  2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlərə başlanılıb, 2-si dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb.

Onun sözlərinə görə, hazırda 22 rayon üzrə 66,3 min ha ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür. “23 aqropark artıq fəaliyyətə başlayıb, 1 aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. Aqroparklardan 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. Aqroparkların ümumi layihə dəyəri 1,1 milyard manat təşkil edir ki, bunun da faktiki olaraq 0,9 mlrd. manatı özəl investisiya şəklində layihələrin reallaşdırılmasına yatırılıb.
Bununla yanaşı indiyədək aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 158,9 milyon manat dövlət dəstəyi göstərilib. Bugünədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142,4 milyon manat güzəştli kredit ayrılıb. İnvestisiya təşviqi sənədi almış 17 aqropark isə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib”.

Göründüyü kimi aqroparkın yaradılması istiqamətində dövlət tərəfindən işlər görülür, milyonlarla manat vəsaitlər ayrılır. Amma 2017-ci ildə Qobustan rayonunun Qaracüzlü kəndi ərazisində 1000 hektar sahədə aqropark yaradılacağı barədə məlumat yayılsa da heç bir iş görülməmişdir. Kənd sakinlərinin narazılığına səbəb olan da budur. Onlar iddia edirlər ki, aqroparkın yaradılmasına ayrılan milyonlar talan edilmişdir. Qobustan rayon İcra hakimiyyətinin başçısı isə sakinlərə bu işlərdən xəbərsiz olduğunu bildirmişdir.

Qeyd edək ki, Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədovdur. O, 26.04.2011-ci il tarixdən sözügedən vəzifənin başındadır. Adil Məmmədov 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı,  25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı,  26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı olmuşdur.

Göründüyü kimi Adil Məmmədov müxtəlif rayonda olmaqla düz 32 ildir ki, İcra başçısı vəzifəsində çalışır. Artıq 15 ildir başçısı olduğu Qobustan rayon sakinlərinin Adil Məmmədovla bağlı sosial şəbəkələrdə və elektron mediada kifayət qədər şikayətləri yayılıb.

 

Aktualinfo-nun araşdırma qrupu

PAYLAŞIN:

Continue Reading

Previous: Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib
Next: Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ

OXŞAR MÖVZULAR

meyveli-ebulf

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı

admin 12/05/2026
omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026
bşih-temirt

Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa…

admin 07/05/2026

XƏBƏR LENTİ

  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026
  • Deputatdan mühüm təşəbbüs – “Bu cərimələr aqrar inkişafa mane olur…” 13/05/2026
  • Paytaxtda taksilərdə “BakıKart” ilə ödəniş etmək mümkün olacaq? 13/05/2026
  • Azərbaycanda nadir rast gəlinən tendensiya: Mənzil bazarında nə baş verir? 13/05/2026
  • Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…” 13/05/2026
  • Benzinlə bağlı vacib xəbər: Qiymət artımı qaçılmaz ola bilər 13/05/2026
  • WUF13 akkreditasiya kartlarının verilməsinə mayın 14-də başlanılacaq 13/05/2026
  • DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir? 13/05/2026
  • Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir? 13/05/2026
  • Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı 13/05/2026
  • Türkiyə və Ermənistan arasında birbaşa ticarət üçün hazırlıqlar tamamlanıb 13/05/2026
  • Azərbaycanda kənd və meşə təsərrüfatı texnikaları sahəsində yeni dövlət standartları qəbul edilib 13/05/2026
  • İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib 13/05/2026
  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.