Skip to content
14/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 14
  • Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
kenan-aşurlu

 

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən Gömrük balansında olan tərəzilərin quraşdırılması üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satınalınması üzrə 03.11.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “KON-LAY PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 50.976 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 04.05.2026-cı ildə dərc edilib.

Şərtlər toplusuna görə MMC 28.04.2027-ci ilə qədər Sədərək tırpark, Sədərək Gömrük Postun, Şahtaxtı Gömrük Postu, Astara Modul tipli Dövlət Sərhəd Buraxılış məntəqəsi və Qırmızı Körpü Gömrük Postu ərazisində 1. Topoqrafiya 2. Geologiya 3. Memarlıq həlli 4. Konstruksiya 5. Texnologiya 6. Tikintinin təşkili 7. Elektrik təchizatı 8. Video müşahidə 9. Rabitə təchizatı 10. Ekspertiza layihənin müdafiəsi 11. Smeta sənədlərinin hazırlanması işlərini həyata keçirməlidir.

Qeyd edək ki, “Azərterminalkompleks” Birliyi tərəfindən nəzərdə tutulmuş layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satınalmasında ehtimal olunan qiyməti 111.285,39 manat müəyyən edilib.

Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq “Azərterminalkompleks” Birliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “KON-LAY PROJECT” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Azərterminalkompleks” Birliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, hətta 50 faizdən də aşağı qiymət təqdim etmiş  “KON-LAY PROJECT”  MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Burada maraqlı başqa bir durum da var. Yuxarıda qeyd etdiyimiz kimi, bu məlumat satınalmaların portalında 04.05.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, bu müqavilə bağlandıqdan bir neçə gün sonra, daha dəqiq 13.05.2026-ci ildə satınalmaların portalında yeni məlumat dərc edilib. Nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliy tərəfindən “KON-LAY PROJECT”  MMC sənəd saxtalaşdırdığına görə 12.05.2026-ci il tarixdən etibarsız təchizatçılar siyahısına alınıb.

Nəzarət orqanı tərfindən etibarsız təchizatçılar siyahısına salınmış MMC barədə daha nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KON-LAY PROJECT”  (VÖEN: 1301807111) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.11.2008-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ,  YASAMAL RAYONU, HƏSƏNBƏY ZƏRDABİ PR., ev.78, m.20, qanuni təmsilçisinin isə Həsənov Anar Əzimxan Qasımov Xalid Ağamalı oğlu olduğu qeyd edilib.

MMC-nin instagram sosial şəbəkə hesabında sənaye və mülki binalarının memarlıq və layihələndirilməsi, interyer və eksteryer dizayn, landşaft, smeta, gtəmir-tikinti işləri ilə məşğul olduğu göstərilir.

Medianın 2014-cü ildə yaydığı məlumata görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakıdakı bəzi çoxmərtəbəli binaların qanunsuz tikintisinə etiraz əlaməti olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı meriyasına müraciət edərək bildirib ki, tikintisinə yeni başlanılmış bəzi obyektlərin tikinti layihələrinin tərkibi mövcud norma və standartların tələblərinə cavab verməsə də, həmçinin həmin obyektlərin ərazidə yerləşdirilməsi şəhərsalma baxımından əsaslandırılmasa da, tikinti layihələri şəhər memarlıq xidməti tərəfindən razılaşdırılıb. Komitə göstərilən obyektlərin layihələrində müvafiq dəyişikliklərin aparılmasını və yaxud bu obyektlərdə tikinti işlərinin müvafiq qaydada dayandırılmasını xahiş edib.

Eyni zamanda layihəçilərə “Kon-Lay Project” MMC və digər layihəçi şirkətlərə xəbərdarlıq edilib ki, bir daha şəhərsalma reqlamentinin pozulması ilə sifarişçinin arzusuna uyğun olaraq tikinti obyekti layihələndiriləcəyi təqdirdə onların lisenziyası müvafiq qaydada dayandırılacaq.

Göründüyü kimi, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi həm şəhərsalma reqlamentinin pozulması ilə sifarişçinin arzusuna uyğun olaraq tikinti obyekti layihələndirən, həm də sənəd saxtalaşdıran bir MMC ilə ehtimal qiyməti 50 faizdən də aşağı olan satınalma müqaviləsi bağlamışdır

Qeyd edək ki, “Kon-Lay Project” MMC 2025-ci ildə bəzi dövlət qurumları tərəfindən keçirilmiş 25 satınalmanın qalibi olub. Mediada MMC-nin qalibi olduğu satınalmalarda şübhəli məqamların olduğu iddia edilir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti ilə Xocavənd rayonunun Hadrut, Sos, Tağaverd, Qırmızı Bazar qəsəbəsi, Quzey Xırman və Xanoba kəndlərinin fərdi yaşayış evlərinin əsaslı təmir işlərinin layihələndirilməsi üzrə 2.417.831,8, Füzuli rayonu ərazisində yerləşən Dövlətyarlı kəndinin layihəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə 358.838, Dövlətyarlı kəndi ərazisində “Ağıllı kənd”in tikintisinin 1-ci mərhələsi üzrə tikinti işlərinə müəllif nəzarəti xidmətinin aparılması üzrə isə 257.830 manat dəyərində 3 müqavilə bağlayıb.

İndi kim zəmanət verə bilər ki, “Kon-Lay Project” MMC daha əvvəllər də qalibi olduğu satınalmalarda sənəd saxtalaşdırmayıb, tenderləri danışıq yolu ilə əldə etməyib?

Qeyd edək ki,  Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin rəisi Kənan Aşurludur.  Kənan Aşurlu uzun illər Fövqəlada Hallar Nazirliyində işləyib. O, 2019-cu ilin sonunadək Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. 2022-ci ilin avqust ayında  “Azərterminalkompleks” Birliyinə rəhbər təyin olunub. 2024-cü ilin yanvarında Prezident İlham Əliyevin Sərəncamına əsasən gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Xatırladaq ki, Kənan Aşurlu 2022-ci ilin iyunun 20-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılmış gömrük general-mayoru Ehtiram Xəlilovun yerinə təyin edilib. 

2026-ci ilin aprelində Hesablama Palatasının audit hesabatında “Azərterminalkompleks” Birliyində maliyyə və uçot pozuntuları aşkarlandığı bildirilir. Hesabatda yazılıb ki, “2023-cü ildə digər pozuntu isə Komitənin Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında yerləşən yeni inzibati binasının tikintisi ilə bağlı müəyyən edilib.

Belə ki, “Azərterminalkompleks” Birliyi tərəfindən Komitənin yeni inzibati binasının tikintisi çərçivəsində bağlanılmış müqavilələr üzrə aparılmış hesablaşmalarda kapitallaşdırılmalı olan dəyər 17 milyon 988,8 min manat olduğu halda, maliyyə uçotu sənədlərində bu məbləğ 2 milyon 733,9 min manat az əks etdirilib. Binanın tikintisi üzrə əvvəlki təchizatçılarla bağlanmış müqavilələrin icra olunmayan hissəsinə görə sonrakı təchizatçı ilə bağlanılmış müqavilələrin tərkibində iki müqavilə üzrə bəzi işlərin qiymətləri də artırılıb. Nəticə olaraq xərclər şişirdilib”- məlumatda deyilir.

 

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: Hikmət Hacıyev: Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir
Next: Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

OXŞAR MÖVZULAR

tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026
adil-qobustan

Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

admin 13/05/2026
meyveli-ebulf

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Dövlət torpaqları üzrə yeni güzəştlər: Kimlər daha çox faydalanacaq? 14/05/2026
  • QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı 14/05/2026
  • Xüsusi icra məmurları bu hallarda cərimələnəcək – DETALLAR 14/05/2026
  • Qazaxıstanlı politoloq: Azərbaycan Türk dövlətləri arasında inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir 14/05/2026
  • Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək? – DİM sədri açıqladı 14/05/2026
  • Özünüməşğulluq proqramı Qubada niyə gecikir? Sakinlərdən etiraz 14/05/2026
  • Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu 14/05/2026
  • WUF13: Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək 14/05/2026
  • Rəhbərliyi “silinən” “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar… 14/05/2026
  • WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başladı 14/05/2026
  • Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi 14/05/2026
  • Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə 14/05/2026
  • Hikmət Hacıyev: Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir 14/05/2026
  • 700 min vətəndaşın maaşı arta bilər – Qanunda dəyişiklik… 14/05/2026
  • Emin Əmrullayev: “Əsas prioritet universitetlərin əmək bazarı ilə uyğunluğunun gücləndirilməsidir” 14/05/2026
  • Elçin Əmirbəyov Kambocaya səfər edib, bir sıra görüşlər keçirib 14/05/2026
  • Hikmət Hacıyev: Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər 14/05/2026
  • Fərhad Məmmədov: Ermənistan cəmiyyəti revanşistlərə səs versə, bu, regional geosisayətə təsir edəcək 14/05/2026
  • Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb 14/05/2026
  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.