Skip to content
14/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 14
  • Rəhbərliyi “silinən” “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar…

Rəhbərliyi “silinən” “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar…

admin 14/05/2026
azerlotoreya_

 

Xəbər verdiyimiz kimi, “Azərlotereya” ASC-nin rəsmi internet səhifəsində yerləşdirilən “Hesabatlar” bölməsində qurumun ötən illər üzrə fəaliyyətini əks etdirən sənədlər təqdim olunsa da, son dövrlər üzrə məlumatlarda ciddi boşluq müşahidə edilir.

Belə ki, hazırda portalda yalnız 2018-2024-cü illəri əhatə edən arxiv sənədləri mövcuddur.

32gun.az olaraq biz də bu səbəbdən sonuncu təqdim edilən 2024-cü il hesabatını analiz etməyə çalışdıq. Lakin qarşıya çıxan mənzərə ASC-nin son dövrlərdə “şəffaflıqdan” yayınması üçün tutarlı “bəhanə”sinin olmasını sübut edir.

Qazanılan milyonlar şirkətdən necə çıxarılır? Dividend siyasəti

Hesabatın ən diqqətçəkən məqamı şirkətin əldə etdiyi mənfəəti daxili inkişafa deyil, sürətlə kənara çıxarmasıdır. Belə ki, qurum 2024-cü ili 61,8 milyon manat xalis mənfəətlə başa vursa da, dərhal 52,2 milyon manat məbləğində dividend ödənişi həyata keçirib. Bu o deməkdir ki, şirkət qazandığı hər manatın 84 qəpiyini dividend şəklində çıxarıb (yəni mənfəətin biznesi böyütmək və ya ehtiyat yaratmaq üçün şirkətdə saxlanılmayıb, birbaşa səhmdarlara paylanılması). 2023-cü ildə bu rəqəmin 22,3 milyon manat olduğunu nəzərə alsaq, mənfəətin paylanma sürətinin iki dəfədən çox artması müəyyən suallar doğurur.

Borc Bataqlığı: Debitor borclarının kəskin artımı

Şirkətin maliyyə dayanıqlığı üçün ən böyük təhlükələrdən biri debitor borcları, yəni tərəfdaşların “Azərlotereya”ya olan ödənməmiş borclarıdır. Hesabat göstərir ki, bu borclar cəmi bir il ərzində 5,3 milyon manatdan rekord həddə — 13,9 milyon manata yüksəlib. Alacaqların bu qədər sürətlə artması şirkətin idarəetmə mexanizmindəki boşluqlardan və vəsaitlərin toplanmasında yaranan ciddi problemlərdən xəbər verir. Bu, kağız üzərində mənfəət görünsə də, realda nağd pulun şirkətdən kənarda “donub qalması” deməkdir.

Reklam və marketinq xərclərindəki “iştaha”

Qurumun xərclər bölməsində reklam və marketinqə ayrılan vəsaitlərin miqyası da tənqidə açıqdır. 2023-cü ildə reklam üçün 15,6 milyon manat xərcləyən ASC, 2024-cü ildə bu məbləği 20,6 milyon manata çatdırıb. Satışların artırılması məqsədilə xərclənən bu qədər böyük vəsaitin nə dərəcədə səmərəli olduğu və hansı kanallara yönləndirildiyi maliyyə hesabatlarında qaranlıq qalır. Xüsusilə İT və sistem dəstəyi xərclərinin də 13,1 milyondan 21,9 milyon manata yüksəlməsi əməliyyat xərclərinin nəzarətdən çıxdığı təəssüratını yaradır.

Öhdəliklərin ağırlığı və nağd pul azalması

Hesabatın aktivlər və öhdəliklər hissəsi də ürəkaçan deyil. Şirkətin cəmi öhdəlikləri 67,4 milyon manatdan 76,2 milyon manata qədər artıb. Xüsusilə uduşlar üzrə kreditor borclarının 22,1 milyon manata çatması, qurumun üzərindəki maliyyə yükünün ağırlaşdığını sübut edir. Bütün bunların fonunda ilin sonunda şirkətin əlindəki nağd pul vəsaitlərinin 40,1 milyon manatdan 39,3 milyon manata düşməsi, böyük mənfəət rəqəmlərinə baxmayaraq, şirkətin real likvidlik vəziyyətinin zəiflədiyini göstərir.

news/2026_05_14/ekran_sekli_2026_05_14_012857_1778711194.png

Görünən odur ki, “Azərlotereya” ASC şəffaflıqdan daha çox mənfəətin sürətli “bölüşdürülməsi” və xərclərin artırılması yolu ilə fəaliyyət göstərir ki, bu da dövlət əhəmiyyətli bir qurum üçün ciddi risklər vəd edir.

***

İdarəetmədə İnformasiya “blokadası”

Qurumun “şəffaflıqdan yayınma” strategiyasının növbəti nümunəsi rəhbərlik siyahısının saytdan silinməsidir. Hazırda portalda nə İdarə Heyəti, nə də Müşahidə Şurasının üzvləri barədə məlumat tapmaq mümkündür.

XATIRLATMA: “Misli.az”-ın reklamında erməni əsilli qumarbaz Dan Bilzerian qalmaqalı

2022-ci ildə “Azərlotereya” ASC-nin “Misli.az” platforması sosial şəbəkədə böyük uduş qazanan şəxsin görüntülərini paylaşarkən fon musiqisi olaraq Doğu Swag-ın “Maşallah” mahnısından istifadə edib. Lakin mahnının nəqarətində adı çəkilən Dan Bilzerian, 2018-ci ildə Azərbaycanın o vaxtkı işğal altındakı torpaqlarına qanunsuz səfər edərək Ermənistana silah yardımı və hərbi dəstəyi ilə yadda qalan qalmaqallı bir simadır. Təxminən 235 milyon dollar sərvəti olan erməni əsilli bu dünyaca məşhur qumarbaz və “poker kralı” həm də qeyri-etik həyat tərzi ilə tanınır ki, belə bir şəxsin adının yerli mərc saytının reklamında hallanması o dövrdə ciddi ictimai reaksiyaya səbəb olmuşdu.

news/2026_05_14/ekran_sekli_2026_05_14_012841_1778711194.png
news/2026_05_14/ekran_sekli_2026_05_14_012832_1778711194.png
news/2026_05_14/ekran_sekli_2026_05_14_012823_1778711194.png

Ayaz MusaKöylü, (32gun.az)

PAYLAŞIN:

Continue Reading

Previous: WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başladı
Next: WUF13: Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək

OXŞAR MÖVZULAR

qht-qrant

QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı

admin 14/05/2026
əəsmn-1

Özünüməşğulluq proqramı Qubada niyə gecikir? Sakinlərdən etiraz

admin 14/05/2026
neftçi-mtk-

“NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU

admin 13/05/2026

XƏBƏR LENTİ

  • Dövlət torpaqları üzrə yeni güzəştlər: Kimlər daha çox faydalanacaq? 14/05/2026
  • QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı 14/05/2026
  • Xüsusi icra məmurları bu hallarda cərimələnəcək – DETALLAR 14/05/2026
  • Qazaxıstanlı politoloq: Azərbaycan Türk dövlətləri arasında inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir 14/05/2026
  • Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək? – DİM sədri açıqladı 14/05/2026
  • Özünüməşğulluq proqramı Qubada niyə gecikir? Sakinlərdən etiraz 14/05/2026
  • Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu 14/05/2026
  • WUF13: Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək 14/05/2026
  • Rəhbərliyi “silinən” “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar… 14/05/2026
  • WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başladı 14/05/2026
  • Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi 14/05/2026
  • Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə 14/05/2026
  • Hikmət Hacıyev: Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir 14/05/2026
  • 700 min vətəndaşın maaşı arta bilər – Qanunda dəyişiklik… 14/05/2026
  • Emin Əmrullayev: “Əsas prioritet universitetlərin əmək bazarı ilə uyğunluğunun gücləndirilməsidir” 14/05/2026
  • Elçin Əmirbəyov Kambocaya səfər edib, bir sıra görüşlər keçirib 14/05/2026
  • Hikmət Hacıyev: Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər 14/05/2026
  • Fərhad Məmmədov: Ermənistan cəmiyyəti revanşistlərə səs versə, bu, regional geosisayətə təsir edəcək 14/05/2026
  • Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb 14/05/2026
  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.