Skip to content
14/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 14
  • Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026
tibb univer

 

Azərbaycan Tibb Universiteti tərəfindən Azərbaycan Tibb Universitetinin Onkoloji kinikasında 2026-ci il üzrə tibbi tullanıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması üzrə kotirovka sorğusuna yekun vurulub. Müsabiqənin qalibi “GSL SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 18.804,48 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 05.05.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

Qeyd edək ki, “GSL SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə orta sahibkarlıq kateqoriyasına aiddir. Qanun orta sahibkarlıq subyekti kimi “GSL SERVICE”  MMC-ni kotirovka sorğularında iştirakına yol vermir.

Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48.2.-ci maddəsinə görə ehtimal olunan qiymətdən asılı olaraq, kotirovka sorğusu metodu aşağıdakı təchizatçılar arasında keçirilir və yalnız onların təklifləri qiymətləndirilir: 48.2.1. ehtimal olunan qiymət 30 000 manatadək olduqda – mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar.

Göründüyü kimi Azərbaycan Tibb Universiteti ilə “GSL SERVICE”  MMC arasında bağlanılmış satınalma müqaviləsində qanunun tələbləri pozulub. Belə ki, Qanun orta sahibkarlıq subyekti kimi “GSL SERVICE” MMC-nin kotirovka sorğularında iştirakına yol vermədiyi halda  Tibb Universitetinin Satınalma Komissiyası buna yol vermişdir.  Bu da keçirilmiş satınalma prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, son bir neçə gündə bəzi dövlət qurumları tərəfindən “GSL SERVICE”  MMC-nin  satınalmalardan kənarlaşdırılması bu şübhələri daha da artırır.

“Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” publik hüquqi şəxsi tərəfindən 05.05.2026-cı ildə satınalmaların portalında dərc edilmiş məlumatda deyilir: “Tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin” satın alınması ilə əlaqədar 26.02.2026-ci il tarixində keçirilmiş Kotirovka sorğusunda “GSL Service” MMC təqdim etdiyi qiymət təkliflərinə əsasən “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 35.1.1-ci maddəsinə əsasən, təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə (orta sahibkarlıq kateqoriyasına mənsub olduğu) müsabiqədən kənarlaşdırılmışdır.

“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 08.05.2026-cı ildə portalda dərc edilmiş məlumatda isə qeyd edilir ki, “Hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satınalınması” ilə əlaqədar 01.05.2026-cı il tarixində keçirilmiş açıq tender müsabiqəsində GSL SERVİCE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.1 təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə; 35.1.3. təchizatçı uyğunluq göstəriciləri barədə qeyri-dəqiq və natamam verdiyi məlumatı bu Qanunun 23.11-ci maddəsində qeyd olunan müddət ərzində aradan qaldırmadıqda – maddəsinə uyğun olmadığından müsabiqədən kənarlaşdırılır.

Bu məlumatlardan da göründüyü ki, yuxarıda göstərdiyimiz tibb müəssələri tibbi tullanıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması üzrə keçirdikləri satınalmalardan GSL SERVİCE” MMC -ni kənarlaşdırmışlar. Amma Azərbaycan Tibb Universiteti eyni satınalma predmeti üzrə sözügedən MMC-nin qalib seçmişdir.

Qeyd edək ki, buradan əlavə suallar da ortaya çıxır. Belə ki, Azərbaycan Tibb Universitetinin Onkoloji kinikasında göstəriləcək tibbi xidmətlərin sayı haqqında dəqiq məlumat olmadığı halda əmələ gələcək tibbi tullantıların miqdarı əvvəlcədən necə müəyyən edilib? Şirkətin yandırma poliqonu, yandırma qurğusu varmı, yoxsa proses Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “Tullantıların İdarəedilməsi Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhərinin yaxınlığındakı poliqonda həyata keçirilir, “GSL Service” MMC sadəcə bir vasitəçidir.

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti tərəfindən satınalmalarda yol verilən bu kimi şübhəli məqamlara aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız sorğu cavabsız qaldı. Buna baxmayaraq əks tərəf kimi mövqelərini dərc etməyə hazırıq.

 

Aktualinfo.net

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama
Next: Fərhad Məmmədov: Ermənistan cəmiyyəti revanşistlərə səs versə, bu, regional geosisayətə təsir edəcək

OXŞAR MÖVZULAR

kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
adil-qobustan

Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

admin 13/05/2026
meyveli-ebulf

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Dövlət torpaqları üzrə yeni güzəştlər: Kimlər daha çox faydalanacaq? 14/05/2026
  • QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı 14/05/2026
  • Xüsusi icra məmurları bu hallarda cərimələnəcək – DETALLAR 14/05/2026
  • Qazaxıstanlı politoloq: Azərbaycan Türk dövlətləri arasında inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir 14/05/2026
  • Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək? – DİM sədri açıqladı 14/05/2026
  • Özünüməşğulluq proqramı Qubada niyə gecikir? Sakinlərdən etiraz 14/05/2026
  • Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu 14/05/2026
  • WUF13: Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək 14/05/2026
  • Rəhbərliyi “silinən” “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar… 14/05/2026
  • WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başladı 14/05/2026
  • Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi 14/05/2026
  • Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə 14/05/2026
  • Hikmət Hacıyev: Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir 14/05/2026
  • 700 min vətəndaşın maaşı arta bilər – Qanunda dəyişiklik… 14/05/2026
  • Emin Əmrullayev: “Əsas prioritet universitetlərin əmək bazarı ilə uyğunluğunun gücləndirilməsidir” 14/05/2026
  • Elçin Əmirbəyov Kambocaya səfər edib, bir sıra görüşlər keçirib 14/05/2026
  • Hikmət Hacıyev: Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər 14/05/2026
  • Fərhad Məmmədov: Ermənistan cəmiyyəti revanşistlərə səs versə, bu, regional geosisayətə təsir edəcək 14/05/2026
  • Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb 14/05/2026
  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.