Skip to content
14/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 14
  • Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu

Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu

admin 14/05/2026
kotej

 

Yay mövsümünün yaxınlaşması ilə Azərbaycanın turizm bölgələrində kirayə ev və bağ evlərinin qiymətlərində artım müşahidə olunur.

Araşdırmamıza görə xüsusilə Quba, Qusar, Şəki, Qəbələ, İsmayıllı, Lənkəran və Nabran kimi istirahət zonalarında gündəlik və aylıq kirayə qiymətləri ötən aylarla müqayisədə daha yüksək təklif edilir.

Yay aylarında bölgələrə turist axınının artması bazarda qiymətlərə birbaşa təsir edir. Daşınmaz əmlak bazarında fəaliyyət göstərən mütəxəssislər xüsusilə may ayının sonundan etibarən kirayə evlərə tələbatın sürətlə artdığını bildirirlər. Bu səbəbdən ev sahibləri qiymətləri mərhələli şəkildə qaldırmağa başlayırlar.

Müşahidələr göstərir ki, hazırda bəzi turizm rayonlarında günlük kirayə verilən bağ evlərinin qiyməti 80-100 manatdan başlayır. Daha komfortlu və hovuzlu evlərdə isə qiymətlər 300-500 manata qədər yüksəlir. Bayram günləri və həftəsonlarında isə qiymətlər daha da artır.

Əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, qiymət artımına təsir edən əsas amillərdən biri təklifin tələbi tam qarşılamamasıdır. Yay mövsümündə ailələrin bölgələrdə istirahətə üstünlük verməsi kirayə bazarında aktivliyi artırır. Bundan başqa, hotellərdə qiymətlərin yüksəlməsi də bəzi turistlərin fərdi ev və kotteclərə yönəlməsinə səbəb olur.

Son aylarda ölkədə kirayə mənzil bazarında ümumi bahalaşma müşahidə edilir. Yay mövsümü yaxınlaşdıqca bu artım daha da sürətlənir.

Bölgələrdə xüsusilə günlük kirayə bazarı daha sürətlə bahalaşır. Ötən illərlə müqayisədə bu il erkən rezervasiyaların sayında da artım var. Turizm şirkətləri bildirirlər ki, bəzi məşhur istirahət məkanlarında iyun və iyul ayları üçün evlərin bir hissəsi artıq bron edilib.

Mütəxəssislər vətəndaşlara yay mövsümündə yüksək qiymətlərlə qarşılaşmamaq üçün əvvəlcədən rezervasiya etməyi tövsiyə edirlər. Onların fikrincə, mövsüm tam başladıqdan sonra həm seçim imkanları azalır, həm də qiymətlər daha yüksək olur.

Rəsmi statistikalar da kirayə bazarında artımı təsdiqləyir. Son məlumatlara əsasən, ölkədə kirayə mənzillərin orta qiymətində illik artım qeydə alınıb. /milli.az

PAYLAŞIN:

Continue Reading

Previous: WUF13: Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək
Next: Özünüməşğulluq proqramı Qubada niyə gecikir? Sakinlərdən etiraz

OXŞAR MÖVZULAR

torpaq-dvlt

Dövlət torpaqları üzrə yeni güzəştlər: Kimlər daha çox faydalanacaq?

admin 14/05/2026
icra memuru

Xüsusi icra məmurları bu hallarda cərimələnəcək – DETALLAR

admin 14/05/2026
meleyke_abbaszade

Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək? – DİM sədri açıqladı

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Dövlət torpaqları üzrə yeni güzəştlər: Kimlər daha çox faydalanacaq? 14/05/2026
  • QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı 14/05/2026
  • Xüsusi icra məmurları bu hallarda cərimələnəcək – DETALLAR 14/05/2026
  • Qazaxıstanlı politoloq: Azərbaycan Türk dövlətləri arasında inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir 14/05/2026
  • Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək? – DİM sədri açıqladı 14/05/2026
  • Özünüməşğulluq proqramı Qubada niyə gecikir? Sakinlərdən etiraz 14/05/2026
  • Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu 14/05/2026
  • WUF13: Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək 14/05/2026
  • Rəhbərliyi “silinən” “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar… 14/05/2026
  • WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başladı 14/05/2026
  • Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi 14/05/2026
  • Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə 14/05/2026
  • Hikmət Hacıyev: Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir 14/05/2026
  • 700 min vətəndaşın maaşı arta bilər – Qanunda dəyişiklik… 14/05/2026
  • Emin Əmrullayev: “Əsas prioritet universitetlərin əmək bazarı ilə uyğunluğunun gücləndirilməsidir” 14/05/2026
  • Elçin Əmirbəyov Kambocaya səfər edib, bir sıra görüşlər keçirib 14/05/2026
  • Hikmət Hacıyev: Bəzi ölkələr dekolonizasiya məsələsinə müqavimət göstərirlər 14/05/2026
  • Fərhad Məmmədov: Ermənistan cəmiyyəti revanşistlərə səs versə, bu, regional geosisayətə təsir edəcək 14/05/2026
  • Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb 14/05/2026
  • Solovyovun çıxışının arxasında nə dayanır? – Politoloqdan diqqətçəkən açıqlama 13/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.