Skip to content
15/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 15
  • 1986-cı ildən sonra ən böyük böhran: ABŞ ordusu can verir?

1986-cı ildən sonra ən böyük böhran: ABŞ ordusu can verir?

admin 15/05/2026
usa-armi
Dünyada ən çox qəhrəmanlıq və təbliğat filmlərinə mövzu olmuş ABŞ ordusu xüsusilə son 25 ildə qlobal miqyasda üstünlüyü ilə seçilir. Lakin ABŞ mediasında yayımlanan köşə yazıları və xəbərlərdə, xüsusilə Ukrayna və İranda baş verən hadisələrin orduda modernizasiya, hətta “inqilabi dəyişiklik” ehtiyacını ortaya çıxardığı qeyd olunur. Bəs ABŞ Silahlı Qüvvələrini bu qədər ciddi yenilənməyə vadar edən nədir? Analitiklər hansı əsas məqamlara diqqət çəkir?
Barak Obama dövründə 2009-2010-cu illərdə Ağ Evin baş katibi, 2002–2025-ci illər arasında isə ABŞ-ın Tokio səfiri kimi xidmət etmiş Rahm Emanuel son günlərdə “The Wall Street Journal” qəzetində məqalə dərc edərək ABŞ ordusunun niyə modernizasiya, hətta islahat inqilabına ehtiyac duyduğunu yazıb.
Məqaləsində ABŞ müdafiə strategiyasının yenilənməsinə və mövcud administrasiyanın siyasətlərinə sərt tənqidlər yönəldən Emanuel bildirir ki, 1986-cı ildə Konqres tərəfindən orduda həyata keçirilən böyük islahatlardan sonra müharibənin xarakteri köklü şəkildə dəyişib.
O, yazısında ABŞ ordusunun 1980-ci illərdən əvvəl yaşadığı iki böyük uğursuzluğu xatırladıb: Vyetnam müharibəsi və Qrenadanın işğalı. Vyetnam müharibəsi 20 illik qarşıdurmadan sonra ABŞ üçün məğlubiyyətlə nəticələnmiş, bu dövrdə orduda ciddi mənəvi və intizam böhranı yaranmışdı. Qrenada əməliyyatı isə ABŞ-ın Vyetnamdan sonrakı ilk böyük hərbi müdaxiləsi kimi qeyd olunur və burada müxtəlif qoşun növləri arasında koordinasiya çatışmazlığı üzə çıxmışdı.
1986-cı ildə qəbul edilən Qolduoter-Nikols qanunu ilə Pentaqonun komanda strukturu əsaslı şəkildə dəyişdirilmiş, daha inteqrasiya olunmuş və effektiv bir sistem yaradılmışdı. Emanuelin fikrincə, bu dəyişikliklər ABŞ ordusunu Körfəz müharibəsində daha koordinasiyalı fəaliyyət göstərən bir gücə çevirmişdi.
“Eyni anda iki fərqli müharibə” konsepsiyası
ABŞ hərbi strategiyası ənənəvi olaraq eyni vaxtda iki müharibə aparmaq qabiliyyətinə əsaslanır. Lakin Emanuelə görə, müasir dövrdə bu yanaşma dəyişməlidir. Onun fikrincə, ABŞ ordusu eyni anda həm ənənəvi, həm də qeyri-ənənəvi müharibə növlərinə hazır olmalıdır.
O yazır: “İkinci bir Qolduoter-Nikols inqilabına ehtiyac var. Rəqibləri çəkindirmək və qalib gəlmək üçün təyyarələr, gəmilər və tanklar hələ də vacibdir. Lakin üstünlüyümüzü itiririk”.
Emanuel Ukrayna və İran nümunələrinə diqqət çəkərək bildirir ki, hər iki ölkənin donanma gücü azalsa da, strateji su yollarına nəzarət imkanları müharibənin gedişinə təsir edir.
Onun fikrincə, İran və ABŞ müharibəni fərqli meyarlarla qiymətləndirir: ABŞ batırılan hərbi gəmilərin sayına fokuslanarkən, İran strateji nəqliyyat yollarına nəzarəti əsas üstünlük kimi görür.
Tədarük sistemi ilə bağlı tənqidlər
Məqalədə ABŞ ordusunun yalnız şəxsi heyət deyil, həm də tədarük sistemi baxımından ciddi problemlərlə üzləşdiyi vurğulanır. Emanuel bu sistemi “uğursuzluğu biznes modelinə çevirmiş struktur” kimi xarakterizə edir.
O qeyd edir ki, Pentaqonun iri müdafiə podratçıları layihələri gecikdirir və büdcəni aşır. Onun sözlərinə görə, bəzi şirkətlər milyardlarla dolları silah istehsalından çox səhmlərin geri alınmasına yönəldir.
Emanuel bu vəziyyətlə bağlı təkliflər də irəli sürür: iri müdafiə şirkətlərinə müəyyən müddət ərzində səhmlərin geri alınmasının qadağan edilməsi və yeni texnologiyalara ayrılan federal vəsaitlərin bir hissəsinin daha kiçik şirkətlərə yönəldilməsi.
Onun fikrincə, bu addım innovasiyanı sürətləndirə və daha ucuz, effektiv silah sistemlərinin inkişafına təkan verə bilər.
Müasir döyüş meydanında dəyişikliklər
Məqalədə qeyd olunur ki, İranın ucuz “Şaheed” tipli dronları kimi sistemlər ənənəvi bahalı silahların effektivliyini azaldır. Bu isə ABŞ-ın hərbi üstünlüyünü yenidən düşünməsini zəruri edir.
Emanuelin fikrincə, müasir müharibələrdə artıq yalnız silahların ölçüsü və gücü deyil, çeviklik, texnoloji üstünlük və logistika həlledici rol oynayır.
O bildirir ki, ABŞ həm çoxsaylı cəbhələrdə çəkindirici gücünü qorumaq, həm də yeni müharibə formalarına uyğunlaşmaq üçün komanda strukturlarını yeniləməli, tədarük sistemini modernləşdirməli və gələcək döyüşlərə uyğun təlim proqramları hazırlamalıdır.
Nəticə
Emanuelə görə, ABŞ ordusunun üzləşdiyi çağırışlar əvvəlki islahat dövrlərindən fərqlənir və daha dərin transformasiya tələb edir. Onun fikrincə, məqsəd təkcə mövcud problemləri həll etmək deyil, həm də gələcək müharibə modelinə uyğun yeni hərbi sistem qurmaq olmalıdır.
O, bu vəziyyəti “ikinci Qolduoter-Nikols anı” kimi qiymətləndirərək ABŞ-ın strateji baxımdan yeni bir dönüş nöqtəsinə ehtiyac duyduğunu bildirir./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Dövlətxan Dövlətxanov: “WUF13 beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır”
Next: Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…

OXŞAR MÖVZULAR

putin-telim

Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün… – CNN

admin 15/05/2026
tramp-sanc

ABŞ Prezidenti: İrana qarşı hərbi əməliyyatlar davam edəcək

admin 15/05/2026
ptn-ukraine

Putin hələ də Kiyevə ələ keçirmək istəyir – “Onu inandırıblar ki…”

admin 13/05/2026

XƏBƏR LENTİ

  • Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan… 15/05/2026
  • 1986-cı ildən sonra ən böyük böhran: ABŞ ordusu can verir? 15/05/2026
  • Dövlətxan Dövlətxanov: “WUF13 beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır” 15/05/2026
  • Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı 15/05/2026
  • Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün… – CNN 15/05/2026
  • Türk Dövlətləri Təşkilatının sammitində Türküstan bəyannaməsinin qəbulu gözlənilir 15/05/2026
  • ABŞ Prezidenti: İrana qarşı hərbi əməliyyatlar davam edəcək 15/05/2026
  • Dövlət torpaqları üzrə yeni güzəştlər: Kimlər daha çox faydalanacaq? 14/05/2026
  • QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı 14/05/2026
  • Xüsusi icra məmurları bu hallarda cərimələnəcək – DETALLAR 14/05/2026
  • Qazaxıstanlı politoloq: Azərbaycan Türk dövlətləri arasında inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir 14/05/2026
  • Buraxılış imtahanlarında hansı dəyişikliklər ediləcək? – DİM sədri açıqladı 14/05/2026
  • Özünüməşğulluq proqramı Qubada niyə gecikir? Sakinlərdən etiraz 14/05/2026
  • Yay gəlməmiş qiymətlər “od tutdu”: günlük evlər 500 manat oldu 14/05/2026
  • WUF13: Bakıda nazirlər səviyyəsində görüş keçiriləcək 14/05/2026
  • Rəhbərliyi “silinən” “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar… 14/05/2026
  • WUF13 iştirakçıları üçün xüsusi avtobus fəaliyyətə başladı 14/05/2026
  • Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi 14/05/2026
  • Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə 14/05/2026
  • Hikmət Hacıyev: Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir 14/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.