Skip to content
15/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 15
  • İran-ABŞ gərginliyində yeni mərhələ? – Körfəz ölkələrindən Tehranla Vaşinqton arasında seçim

İran-ABŞ gərginliyində yeni mərhələ? – Körfəz ölkələrindən Tehranla Vaşinqton arasında seçim

admin 15/05/2026
abş-körfəz

 

Səudiyyə Ərəbistanı İranın da daxil olacağı yeni körfəz təhlükəsizlik paktı imzalamağı təklif edir. Bu pakta əsasən, tərəflər bir-birinə hücum etməmək, bir-birinin daxili işlərinə qarışmamaq, hər hansı region dövlətinə qarşı başqa dövlətlərlə birlikdə hərəkət etməmək öhdəliyi götürəcəklər. Bəs bu amil ABŞ-nin körfəz ölkələrindəki bazalarından İrana hücum etməməsi anlamına da gəlirmi? Yaxud Birləşmiş Ştatlar İrana yenə də ərəb ölkələrindəki hərbi bazalarından hücumlar həyata keçirsə, proses necə cərəyan edə bilər?

Mövzunu şərh edən politoloq Rəşad Bayramov bildirib ki, Səudiyyə Ərəbistanının təşəbbüsü ilə gündəmə gələn və İranın da daxil olacağı ehtimal edilən regional təhlükəsizlik paktı Yaxın Şərqdə son illərin ən mühüm geosiyasi təşəbbüslərindən biri hesab oluna bilər:

İran-ABŞ gərginliyində yeni mərhələ? - Körfəz ölkələrindən Tehranla Vaşinqton arasında seçim

“Bu ideyanın əsas məqsədi körfəz regionunda birbaşa hərbi qarşıdurma riskini azaltmaq, xüsusilə İran-ərəb ölkələri münasibətlərində gərginliyi nəzarətdə saxlamaqdır. Lakin belə bir sənədin praktiki nəticələri və onun ABŞ-nin regiondakı hərbi mövcudluğuna təsiri kifayət qədər mürəkkəb məsələdir”.

“Əvvəlcə nəzərə almaq lazımdır ki, körfəz ölkələrinin əksəriyyəti, xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Bəhreyn uzun illərdir ABŞ ilə geniş təhlükəsizlik əməkdaşlığı həyata keçirirlər. Bu ölkələrdə ABŞ hərbi bazalarının mövcudluğu Vaşinqtonun regional strategiyasının əsas elementlərindən biridir. Məhz buna görə də yeni təhlükəsizlik paktının avtomatik şəkildə “ABŞ bazalarından İrana qarşı istifadə olunmayacaq” mənasına gəldiyini demək çətindir.

Əgər belə bir müqavilədə tərəflərin öz ərazilərindən üçüncü dövlətlərə qarşı hücum məqsədilə istifadəyə icazə verməməsi barədə konkret müddəa yer alarsa, bu zaman ABŞ-nin manevr imkanları müəyyən qədər məhdudlaşa bilər. Xüsusilə Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri İranla münasibətlərin normallaşmasını prioritet hesab etsələr, Vaşinqtona öz ərazilərindən istifadə ilə bağlı siyasi məhdudiyyətlər qoya bilərlər. Son baş verənlərdən sonra, yəni ABŞ-nin körfəz ölkələrinin təhlükəsizliyini təmin etməkdə çətinlik çəkməsi fonunda bu ehtimal kifayət qədər güclüdür”, – deyə analitik vurğulayıb.

Müsahibimizin sözlərinə görə, reallıqda ABŞ hərbi bazalarının fəaliyyəti ikitərəfli müdafiə sazişləri ilə tənzimlənir və bu sazişlər regional təşəbbüslərdən daha güclü hüquqi və strateji çəkiyə malikdir:

“Vaşinqton İranı regionda əsas təhlükələrdən biri kimi görməkdə davam edir və İsrailin təhlükəsizliyi də ABŞ siyasətinin prioritet istiqamətlərindən olaraq qalır. Bu səbəbdən ABŞ mümkün böhran vəziyyətində öz hərbi maraqlarından tam geri çəkilməyəcək.

Digər mühüm məqam isə odur ki, belə bir paktın effektivliyi tərəflər arasında etimad səviyyəsindən asılı olacaq. İranla ərəb ölkələri arasında münasibətlər bəllidir və tərəflər arasında strateji rəqabət də ortadadır. Yəmən, Livan və İraq kimi bölgələrdə İranın təsiri hələ də körfəz monarxiyaları tərəfindən təhlükə kimi qəbul edilir. Buna görə də mümkün hərbi insident və ya regional eskalasiya zamanı müqavilənin necə işləyəcəyi əsas suallardan biri olaraq qalır”.

“Əgər gələcəkdə yenidən İran ətrafında hərbi gərginlik yaranarsa, körfəz ölkələri, çox güman ki, balans siyasəti aparmağa çalışacaqlar. Yəni bir tərəfdən İranla birbaşa qarşıdurmadan yayınacaq, digər tərəfdən isə ABŞ ilə təhlükəsizlik əməkdaşlığını tam dayandırmayacaqlar. Bu isə onu göstərir ki, yeni pakt regionda gərginliyi azaltmaq üçün siyasi mexanizm rolunu oynaya bilər, amma ABŞ-nin hərbi strategiyasını tam neytrallaşdıracaq səviyyədə təsir gücünə malik olmayacaq”, – ekspert fikrini yekunlaşdırıb./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib

OXŞAR MÖVZULAR

2026-03-05-14-53-5389T6lkSwlSY5e5zJaKYH_file

ABŞ yeni İran hücumu: Niyə şənbə-bazar günlərini seçirlər?

admin 15/05/2026
a06a3c0dcaafc5ed84fa26c606cb4000_Untitled-1

Kremlin Ermənistanda “rəngli xaos” ssenarisi: Paşinyanı devirmək üçün yeni mərhələ başlayır?

admin 15/05/2026
6cb82bcc-5eb4-30da-82ef-735b1d99a1ab_1200

Tokayev Türk ölkələrini birliyə çağırıb

admin 15/05/2026

XƏBƏR LENTİ

  • İran-ABŞ gərginliyində yeni mərhələ? – Körfəz ölkələrindən Tehranla Vaşinqton arasında seçim 15/05/2026
  • WUF13 Əməliyyat Şirkəti: Nəqliyyat xidmətləri artıq istifadəyə verilib 15/05/2026
  • “Bu, gizli qiymət artımıdır…” – “Azercell” istehlakçıları aldadır? 15/05/2026
  • Qurban bayramı ilə bağlı qaydalar açıqlandı 15/05/2026
  • ABŞ yeni İran hücumu: Niyə şənbə-bazar günlərini seçirlər? 15/05/2026
  • Kremlin Ermənistanda “rəngli xaos” ssenarisi: Paşinyanı devirmək üçün yeni mərhələ başlayır? 15/05/2026
  • Zaman eyni, qazanc fərqli… – Saatlıq maaş hansı ölkədə nə qədərdir? 15/05/2026
  • Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış edib 15/05/2026
  • Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak edib 15/05/2026
  • Tokayev Türk ölkələrini birliyə çağırıb 15/05/2026
  • İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar 15/05/2026
  • Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan… 15/05/2026
  • 1986-cı ildən sonra ən böyük böhran: ABŞ ordusu can verir? 15/05/2026
  • Dövlətxan Dövlətxanov: “WUF13 beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır” 15/05/2026
  • Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı 15/05/2026
  • Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün… – CNN 15/05/2026
  • Türk Dövlətləri Təşkilatının sammitində Türküstan bəyannaməsinin qəbulu gözlənilir 15/05/2026
  • ABŞ Prezidenti: İrana qarşı hərbi əməliyyatlar davam edəcək 15/05/2026
  • Dövlət torpaqları üzrə yeni güzəştlər: Kimlər daha çox faydalanacaq? 14/05/2026
  • QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı 14/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.