Skip to content
15/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 15
  • Kremlin Ermənistanda “rəngli xaos” ssenarisi: Paşinyanı devirmək üçün yeni mərhələ başlayır?

Kremlin Ermənistanda “rəngli xaos” ssenarisi: Paşinyanı devirmək üçün yeni mərhələ başlayır?

admin 15/05/2026
a06a3c0dcaafc5ed84fa26c606cb4000_Untitled-1

 

Ermənistanda yaxınlaşan parlament seçkiləri fonunda Rusiya ilə Qərb arasında geosiyasi mübarizənin daha da sərtləşdiyi müşahidə olunur. Son illər Moskvanın təsir orbitindən tədricən uzaqlaşmağa çalışan İrəvanın Avropa İttifaqı və ABŞ-la münasibətləri genişləndirməsi Kreml tərəfindən açıq təhlükə kimi qəbul edilir. Məhz bu səbəbdən Rusiyanın Ermənistan daxilində siyasi proseslərə təsir imkanlarını səfərbər etdiyi barədə iddialar getdikcə artır.
“Sito Sokrata” nəşrinin yaydığı məlumata görə, Kreml Ermənistanda hakimiyyət dəyişikliyinə hesablanmış çoxşaxəli siyasi və informasiya planını artıq aktiv fazaya keçirib. Nəşr iddia  edir ki, Moskvanın əsas məqsədi Nikol Paşinyan hakimiyyətini zəiflətmək, Ermənistanın Qərbə inteqrasiyasının qarşısını almaq  və ölkəni yenidən Rusiyanın tam nəzarətində olan təhlükəsizlik və siyasi asılılıq zonasına qaytarmaqdır.
Müşahidəçilərin fikrincə, Moskva Qarabağ amilindən əvvəlki kimi təsir vasitəsi kimi istifadə edə bilmədiyi üçün indi daha mürəkkəb mexanizmlərə üstünlük verir. Xüsusilə 2023-cü ildə Qarabağda separatçı rejimin süqutundan və Rusiya “sülhməramlılarının” bölgədən faktiki təsirsiz vəziyyətə düşməsindən sonra Kremlin İrəvana təsir rıçaqları zəifləyib. Bunun ardınca Ermənistan KTMT-nin fəaliyyətini açıq şəkildə tənqid edib, təşkilatda iştirakını dondurub və Avropa İttifaqının müşahidə missiyasına daha geniş imkanlar yaradıb. Eyni zamanda, İrəvan ABŞ və Fransa ilə hərbi əməkdaşlığı gücləndirib.
Bu fonda Moskvanın seçkilərə mümkün müdaxilə planının bir neçə istiqamət üzrə həyata keçirildiyi iddia olunur.
Birinci istiqamət informasiya və dezinformasiya müharibəsidir. Ermənistanın sosial media seqmentində Rusiyaya bağlı media resurslarının və bot şəbəkələrinin fəallaşdığı bildirilir. Məqsəd cəmiyyətdə qorxu və qeyri-müəyyənlik yaratmaq, Paşinyan hakimiyyətini “torpaq təslimçiliyi”ndə ittiham etmək, həmçinin Avropa İttifaqı və ABŞ-la inteqrasiyanı Ermənistan üçün təhlükəli seçim kimi təqdim etməkdir. Son aylarda erməni mediasında anti-Qərb ritorikasının və manipulyativ məlumatların artması da bu versiyanı gücləndirən amillərdən sayılır.
İkinci istiqamət iqtisadi təzyiq mexanizmləridir. Ermənistan iqtisadiyyatının enerji, qaz və logistika baxımından hələ də ciddi şəkildə Rusiyadan asılı olduğu məlumdur. Xüsusilə Rusiya-Ermənistan ticarət əlaqələrində əsas nəqliyyat xətti olan Yuxarı Lars keçidində vaxtaşırı yaranan problemlər İrəvana siyasi mesaj kimi qiymətləndirilir. Bundan başqa, “Qazprom” xətti ilə qaz qiymətlərinin artırılması ehtimalı da Kremlin əlində mühüm təzyiq vasitəsi olaraq qalır.
Üçüncü xətt daxili siyasi parçalanmanın dərinləşdirilməsi ilə bağlıdır. İddialara görə, Moskva Ermənistan daxilində müxtəlif “spoyler” siyasi layihələrin maliyyələşdirilməsinə çalışır. Məqsəd seçici səslərini parçalamaq, Paşinyan əleyhdarlarını vahid mərkəzdə birləşdirmək və ölkədə idarəolunan siyasi böhran mühiti yaratmaqdır.
Ən təhlükəli mərhələ isə küçə qarşıdurmaları və qeyri-sabitlik ssenarisi hesab olunur. Analitiklər istisna etmirlər ki, seçkiöncəsi və ya seçkidən sonra etiraz aksiyalarının radikallaşdırılması, toqquşmaların təşkili və hakimiyyətin sərt müdaxiləyə təhrik olunması planlaşdırıla bilər. Belə bir vəziyyətdə isə Ermənistan rəhbərliyinin beynəlxalq arenada “avtoritar idarəçilik”də ittiham olunması üçün zəmin yaradılması ehtimalı yüksək qiymətləndirilir.
Bütün bunların fonunda əsas sual açıq qalır: Paşinyan hakimiyyəti və onun Qərbdəki tərəfdaşları Kremlin Ermənistanda həyata keçirmək istədiyi təsir planlarının qarşısını ala biləcəkmi? Yoxsa Ermənistan yenidən Rusiyanın dominant təsir zonasına qayıdaraq “boz təhlükəsizlik məkanı”na çevriləcək?..
PAYLAŞIN:

Continue Reading

Previous: Zaman eyni, qazanc fərqli… – Saatlıq maaş hansı ölkədə nə qədərdir?
Next: ABŞ yeni İran hücumu: Niyə şənbə-bazar günlərini seçirlər?

OXŞAR MÖVZULAR

2026-03-05-14-53-5389T6lkSwlSY5e5zJaKYH_file

ABŞ yeni İran hücumu: Niyə şənbə-bazar günlərini seçirlər?

admin 15/05/2026
6cb82bcc-5eb4-30da-82ef-735b1d99a1ab_1200

Tokayev Türk ölkələrini birliyə çağırıb

admin 15/05/2026
usa-armi

1986-cı ildən sonra ən böyük böhran: ABŞ ordusu can verir?

admin 15/05/2026

XƏBƏR LENTİ

  • “Bu, gizli qiymət artımıdır…” – “Azercell” istehlakçıları aldadır? 15/05/2026
  • Qurban bayramı ilə bağlı qaydalar açıqlandı 15/05/2026
  • ABŞ yeni İran hücumu: Niyə şənbə-bazar günlərini seçirlər? 15/05/2026
  • Kremlin Ermənistanda “rəngli xaos” ssenarisi: Paşinyanı devirmək üçün yeni mərhələ başlayır? 15/05/2026
  • Zaman eyni, qazanc fərqli… – Saatlıq maaş hansı ölkədə nə qədərdir? 15/05/2026
  • Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış edib 15/05/2026
  • Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak edib 15/05/2026
  • Tokayev Türk ölkələrini birliyə çağırıb 15/05/2026
  • İlham Əliyev və TDT-nin qeyri-rəsmi Zirvə görüşünün digər iştirakçıları Türküstanda bir sıra mədəni məkanlarla tanış olublar 15/05/2026
  • Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan… 15/05/2026
  • 1986-cı ildən sonra ən böyük böhran: ABŞ ordusu can verir? 15/05/2026
  • Dövlətxan Dövlətxanov: “WUF13 beynəlxalq əməkdaşlıq üçün mühüm imkanlar yaradır” 15/05/2026
  • Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı 15/05/2026
  • Ukrayna ərazilərini geri alır, bu isə Putin üçün… – CNN 15/05/2026
  • Türk Dövlətləri Təşkilatının sammitində Türküstan bəyannaməsinin qəbulu gözlənilir 15/05/2026
  • ABŞ Prezidenti: İrana qarşı hərbi əməliyyatlar davam edəcək 15/05/2026
  • Dövlət torpaqları üzrə yeni güzəştlər: Kimlər daha çox faydalanacaq? 14/05/2026
  • QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -ya layihəni tələsik icra et, ya da gecikməyə görə məsuliyyət daşı 14/05/2026
  • Xüsusi icra məmurları bu hallarda cərimələnəcək – DETALLAR 14/05/2026
  • Qazaxıstanlı politoloq: Azərbaycan Türk dövlətləri arasında inteqrasiyanın əsas hərəkətverici qüvvəsidir 14/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.