Skip to content
22/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 17
  • Turizm bazarında Bakı yenidən diqqət mərkəzində – Bahalı biletlər ucuzlaşa bilər

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində – Bahalı biletlər ucuzlaşa bilər

admin 17/05/2026
turizm-avia

 

Yaxın Şərq regionunda İranla ABŞ və İsrail arasında baş verən hərbi gərginlik turizm axınına da ciddi təsir göstərdi. Hərbi əməliyyatlar ümumilikdə regionun turizm imicinə mənfi təsir etdi. Təhlükəsizlik narahatlıqları, nəqliyyat məhdudiyyətləri və beynəlxalq mediada formalaşan mənfi imic turistlərin səyahət qərarlarına təsir edərək, regiona olan marağın azalmasına səbəb oldu. Səyahət planları quran insanların səfərləri təxirə düşdü – ya ləğv olundu, ya da ertələndi.

Ancaq artıq döyüş əməliyyatları dayanıb və ölkələr öz hava məkanlarını açmağa başlayıblar. “Azərbaycan Hava Yolları” QSC (AZAL) də Təl-Əvivə və Dubaya uçuşları bərpa edir. Turizmçilər bu istiqamətlərə uçuşların bərpasının ölkə turizmində də canlanmaya səbəb olacağı qənaətindədirlər.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər - FOTO

“Süni qiymət təzyiqi aradan qalxacaq”

Turizmçi Azər Hüseynov hesab edir ki, AZAL-ın Təl Əviv və Dubay istiqamətlərinə uçuşları bərpa etməsi ölkə turizminə müsbət təsir göstərəcək: “Yaxın Şərq ölkələri və İsrail Azərbaycan üçün turistlərin prioritet gəlmə bazarları sırasındadır. Son illərin statistikasına əsasən, bu regiondan ölkəmizə gələn turistlərin sayı ümumi turizmdə əhəmiyyətli paya malikdir. Xüsusilə İsrail bazarı yüksək xərcləmə qabiliyyəti ilə seçilir. Uçuşların bərpası ilk növbədə bu bazarlardan gələn turist axınının yenidən artmasına səbəb olacaq. Dubay da tranzit mərkəz və premium turizm bazarı kimi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Digər tərəfdən, müharibə dövründə mövcud vəziyyətdən istifadə edən bəzi hava yolları alternativ istiqamətlər üzrə aviabiletlərdə süni qiymət artımına getmişdi. Bu isə ölkəmizin turizm bazarında mövqeyini zəiflədərək turist axınının minimum səviyyəyə enməsi ilə nəticələnmişdi”. Turizmçi hesab edir ki, uçuşların bərpası ilə bu süni qiymət təzyiqi aradan qalxacaq, bazarda daha real və balanslı qiymət siyasəti formalaşacaq: “Nəticədə həm digər istiqamətlərdə qiymətlər nisbətən stabilləşəcək, həm də turist axınında yenidən artım müşahidə ediləcək”.

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər - FOTO

Həm gəliş, həm də gediş artacaq

Turizmçi Sürəyya Axundova Asiya istiqamətinə əksər uçuşların Dubaydan həyata keçirildiyi üçün uçuşların bərpasını əhəmiyyətli hesab edir: “Bakı-Dubay-Bakı marşrutu bərpa olunur və yenidən Dubaya turpaket satışı bazara çıxarılır. Eyni zamanda, Dubaydan digər Asiya ölkələrinə gediş-gəliş daha rahatlaşır”. Turizmçinin fikrincə, Bakı-Dubay-Bakı reysinin bərpası ilə Birləşmiş Ərəb Əmirliklərinin, o cümlədən digər körfəz ölkələrinin turistlərinin Bakıya yenidən gəlişi gözlənilir: “Xatırladım ki, Dubaya məxsus hava şirkəti də Bakıya uçuşlarının sayını artıraraq 3-ə çatdırıb. Bu, həm gəliş, həm də gediş turizminin irəliləməsinə səbəb olacaq”.

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər - FOTO

“Turistlərin gəlişi kəskin azalmışdı”

Turizmçi Əfsun Əhmədov da İrandakı müharibənin Azərbaycan turizminə ciddi zərbə vurduğunu bildirir: “Regionda baş verən müharibə səbəbindən Azərbaycanın turizm bazarına çox ciddi zərbə dəydi – turist sayında kəskin azalma yarandı. Quru sərhədlərimiz bağlı olduğu üçün ölkəyə daxil olmaq yalnız hava yolları ilə mümkündür. Dubay hava limanı endirilən zərbələrə görə fəaliyyətini müvəqqəti dayandırmışdı. Bu səbəbdən turistlərin gəlişi kəskin azalmışdı. Hesab edirəm ki, uçuşlar bərpa olandan sonra Azərbaycana gələn turist sayında 2-3 dəfə artım olacaq. Çünki səyahəti öncədən planlaşdıran çoxlu insan var”.

“Həm turist, həm də turizm vəziyyətin düzəlməsini istəyir”

Turizmçi Vüsalə Sultan-Əhmədi hesab edir ki, hazırda Dubaya səfərlərin əsil vaxtıdır: “Fikrimcə, Bakı-Dubay-Bakı reyslərini tezliklə əvvəlki vəziyyətinə qaytaracağıq. Hətta ümid edirəm ki, daha aktiv olacaq. Digər tərəfdən, Asiya ölkələrinə uçuşların əksəriyyəti Dubay vasitəsi ilə olduğu üçün onlar da dayanmışdı”. Turizmçi Dubaya və Təl-Əvivə uçuşların bərpasının ölkəmizdə də turizmin canlanmasına səbəb olacağına şübhə etmir: “Biz bir çox ölkələrə tərəfdaşlarla birbaşa görüşlərə gedirik. Əlcəzair, Mərakeş kimi ölkələrdəki insanların Azərbaycana gəlmək istəyi var. Sadəcə, İrandakı müharibə səbəbindən bir az qorxu yaranmışdı. Çünki turistlər riskli bölgələrdən uzaq durmağa çalışırlar. Bizim İranla qonşu ölkə olmağımız istər-istəməz turizmə təsir edib. Amma hazırda həm turist, həm də turizm vəziyyətin düzəlməsini istəyir”.

Turizm bazarında Bakı yenidən diqqət mərkəzində - Bahalı biletlər ucuzlaşa bilər - FOTO

“Sülhün olması turizmin inkişafına birbaşa töhfəsini verir”

Turizm eksperti Əziz Şiriyevin sözlərinə görə, dünyada sülhün olması turizmin inkişafına birbaşa töhfəsini verir: “Çünki turizm xəyali məhsuldur və problem yarananda ona birbaşa təsiri olur. Ona görə də may ayından uçuşların bərpası həm ölkəmizə gələn turistlərin sayına müsbət təsirini göstərəcək, həm də istirahətə gedən vətəndaşlarımıza yol açacaq”. Turizmçi hesab edir ki, aşağı büdcəli aviaşirkətlərinin ölkə bazarına daxil olması turizmin inkişafına təkan verəcək: “Artıq Serbiyadan ölkəmizə birbaşa uçuşlar başlayır. Həmçinin Bakı-İslamabad-Bakı və İslamabad-Bakı-İslamabad reysləri açılır. Bu reyslərin açılmasının ölkəmizə gələnlərin sayına müsbət təsir göstərəcəyinə ümid edirik”.

PAYLAŞIN:

Continue Reading

Previous: Van Şentszyun: Şəhərlərin gələcəyi beynəlxalq əməkdaşlıq tələb edir
Next: Prezident qəbullar keçirdi

OXŞAR MÖVZULAR

orxan-kobia2-

Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil”

admin 21/05/2026
aayda_bina_loqo

AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir

admin 21/05/2026
ramil_cahangirov

İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026
  • Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi… 21/05/2026
  • “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi keçirilib 21/05/2026
  • Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır 21/05/2026
  • ABŞ silahlı qüvvələri Hörmüz yaxınlığında 90-a yaxın gəmini saxlayıb 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.