Skip to content
22/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 19
  • WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026
vuf-çin-h

 

Bakıda keçirilən WUF13 çərçivəsində “Xoşbəxt yaşayış və dayanıqlı şəhər gələcəyinin birgə qurulması” adlı tədbir keçirilib.

BMT-nin İnsan Məskənləri Proqramı (BMT-Habitat), Çin Xalq Respublikası Mənzil, Şəhər və Kənd Tikintisi Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamenti, Şanxay şəhərinin Mənzil Tikintisi və Şəhər-Kənd İnkişafının İdarə Edilməsi Komitəsinin birgə təşkil etdiyi tədbirdə çoxsaylı qonaqlar və tədbir nümayəndələri iştirak edib.
BMT-Habitatın Regional Proqramlar Şöbəsinin rəhbəri Yan Jun açılış çıxışı edib.

BMT-Habitatın icraçı direktoru Annaklaudiya Rossbax dayanıqlı şəhər mühitinin və insan məskənlərinin formalaşmasının müasir dvövrün ən qabaqcıl həfədlərindən biri olduğunu deyib. O, dünya ölkələrinin təcrüblərini bölüşmək üçün gözəl şans əldə etdiyini vurğulayıb.

Çin Xalq Respublikası Mənzil, Şəhər və Kənd Tikintisi Nazirliyinin nümayəndəsi – baş iqtisadçı Van Şenzyun ölkəsinin təcrübəsini bölüşüb.

Daha sonra “Çinin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dair Milli Hesabatı” haqqında təqdimat videosunun nümayiş etdirilib.

Çin Şəhər Planlaşdırılması və Layihələndirilməsi Akademiyasının direktor müavini Çjen Deqao hesabatın əsas müddəalarını təqdim edəcək və Çinin dayanıqlı şəhər inkişafı sahəsində siyasi təcrübəsi və praktik irəliləyişi barədə məlumat verərək qlobal tədbirlərə doğru keçid aldıqlarını bildirib.

BMT-Habitatın Regional Proqramlar Şöbəsini təmsil edən Yan Jun Dünya Şəhərlər Günü və Ümumdünya Təmizlik Günü tədbirlərinin Çində keçirləcəyini elan edib. Bu il təşkil ediləcək qlobal tədbir Çinin Fuçjou şəhərində baş tutacaq.

Növbəti tədbirdə “Şanxay Mükafat”ı təqdim edilib.

Öncə Qahirə Universitetinin Mühəndislik fakültəsinin professoru, Misir parlamentinin deputatı Saha Atiya,, mükafatın tarixi, əhəmiyyəti və ümumi məlumatları barədə təqdimat edib.

Çin Şəhər Planlaşdırılması Assosiasiyası sədrinin müavini Şi Nan seçim meyarları və prosedur barəsində ətraflı məlumat verib. Şanxay Mükafatı laureatı olan şəhərlərin dayanıqlı şəhər inkişafı sahəsində təcrübəsi bölüşülüb.

“Şanxay Mükafatı 2022-ci ildə Çində UN-Habitat ilə birgə təsis olunub. Bu mükafat xüsusilə Yeni Şəhər Gündəliyi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin irəliləyişində görkəmli nailiyyətlər və tərəqqi nümayiş etdirmiş şəhərləri tanıyır. Şanxay Mükafatı davamlı şəhər inkişafını irəlilətmək üçün yerli fəaliyyətləri stimullaşdıran təsirli bir vasitədir”.

Bu sözləri UN-Habitatın Regional Proqramlar Şöbəsinin direktoru Patrik Kanaqasinqam Şanxay Mükafatının təqdimatına həsr olunmuş tədbirdə çıxışında deyib.

“Bu mükafat həmçinin UN-Habitatın 2026–2029-cu illər üzrə strateji planı ilə güclü sinerji yaradır. Proqram səviyyəsində müvafiq proqramlar və təşəbbüslər, eləcə də qlobal şəhər monitorinq çərçivəsi ilə uyğunluq təşkil edir və eyni zamanda dünya şəhərləri arasında çoxsaylı əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradır. Ədalətlə demək olar ki, xüsusilə son üç il ərzində biz mükafatın üç mərhələsini uğurla tamamlamışıq və müxtəlif regionlardan və inkişaf səviyyələrindən olan 45 ölkədən 160-dan çox şəhəri bu prosesə cəlb etmişik.

Mükafat şəhərlərin mənzil, nəqliyyat, iqlim dayanıqlılığı, rəqəmsal innovasiya, sosial inklüzivlik, şəhər idarəçiliyi və s. ilə bağlı mürəkkəb problemlərlə necə mübarizə apardıqlarına dair həqiqətən möhtəşəm və ilhamverici nümunələri nümayiş etdirib.

Şanxay Mükafatının dördüncü mərhələsi hazırda müraciətlər üçün açıqdır və müraciət qəbulu 23 iyuna qədər davam edəcək. Bugünkü tədbir vasitəsilə biz mükafat və onun şəhərlərə təqdim etdiyi imkanlar barədə daha çox məlumat verməyə ümid edirik”, – o bildirib.

Çin Xalq Respublikası Mənzil, Şəhər vəKənd Tikintisi Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Li Çje deyib ki, Bakıdakı forum Şanxay Mükafatının taınıtılması baxımından fürsətdir: “Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu hazırda beynəlxalq ictimaiyyətin ortaq narahatlıqlarına cavab verir. Çin daim qlobal dayanıqlı inkişaf işinin fəal iştirakçısı və qətiyyətli icraçısı olub və şəhər problemlərinə qarşı həll yollarını birgə səylərlə tapmaq üçün bütün ölkələrlə əməkdaşlığa hazırdır. Şanxay Mükafatı “Davamlı şəhər gələcəyinin birgə qurulması” mövzusunu əsas götürür və iqtisadi, sosial və ekoloji inkişafın koordinasiyalı şəkildə irəliləməsinə əsaslanan kompleks qiymətləndirmə sisteminə sadiqdir. Hər il dünya üzrə beşdən çox olmayan şəhər qalib seçilir və onların uğurlu təcrübələri UN-Habitatın ən yaxşı təcrübə nümunələrinə, həmçinin “Şanxay Manualı” kimi beynəlxalq nüfuzlu nəşrlərə daxil edilir ki, digər ölkələrin şəhərləri bunlardan istinad və nümunə kimi istifadə edə bilsinlər. Şanxay Mükafatının təsisindən keçən üç il ərzində müraciətlərin sayı əhəmiyyətli dərəcədə artıb. İlk mərhələdəki 54 müraciətdən üçüncü mərhələdə 85 müraciətə yüksəlib. Regional balans və təmsilçilik də nəzərəçarpacaq dərəcədə güclənib.

Bir çox paytaxt şəhərləri, dünyaca məşhur, UN-Habitat mükafatı laureatı olan şəhərlər müraciətlərdə iştirak edib və mükafatın brend təsiri davamlı şəkildə yüksəlməkdədir. Çin tərəfi həmçinin UN-Habitat ilə birlikdə bu mükafatı daha da inkişaf etdirməyə hazırdır və Bakıdakı bu tədbiri fürsət bilərək mübadiləni daha da gücləndirməyə, əməkdaşlığı dərinləşdirməyə, Şanxay Mükafatının beynəlxalq təsirini və nüfuzunu davamlı şəkildə artırmağa çalışacaq”.

fd7ddd2d-3bcc-47d1-b2bc-ce234b398bdf-6a0c5ef6dcd8b.jpg
f88e4cac-5555-4fbb-8678-9d6c36677db1-6a0c5ef60ea5a.jpg
3193c63a-da55-43a9-bd0a-7a76175bbdeb-6a0c5ef4e7582.jpg
2129f1c5-e25e-4ebe-8213-4a1d0d6d7bdd-6a0c5ef3e8f60.jpg
121bc552-aa01-4c12-885a-9fe65ebdc801-6a0c5ef358a94.jpg
20e34fb8-0772-470b-9686-969c4e29fe9f-6a0c5ef29a741.jpg
8ba25e40-c49e-40e2-b2e6-46d91f0297a1-6a0c5ef18eafe.jpg
2ba0071b-2e13-401a-868b-29285b2cab35.jpg
3036336c-d872-4aa0-a634-5db05ad94ed6.jpg
acf22ac8-e20a-497d-a696-197dd2c02963.jpg
bb82a5b7-3cfb-438a-92e4-26c7cdfd9673.jpg
bc48464c-9ba3-40e1-9b93-076289f1ef43.jpg
dadd8bd9-9d30-486c-89d0-eba703890674.jpg
fab1728e-dbc1-4f62-8880-05231740777b.jpg
PAYLAŞIN:

Continue Reading

Previous: Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə…
Next: WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

OXŞAR MÖVZULAR

nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
iran-rusiya-fl

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə…

admin 19/05/2026
vuf3

WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə…

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026
  • Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi… 21/05/2026
  • “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi keçirilib 21/05/2026
  • Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır 21/05/2026
  • ABŞ silahlı qüvvələri Hörmüz yaxınlığında 90-a yaxın gəmini saxlayıb 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.