Skip to content
21/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 21
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir

AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir

admin 21/05/2026
aayda_bina_loqo

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı və Abşeron yarımadasında nəqliyyat infrastrukturunun inkişafı məqsədilə 26 iri yol layihəsi həyata keçirir.

Bu fikirləri WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov deyib.

O bildirib ki, əhali artımı, urbanizasiya və iqtisadi genişlənmə nəqliyyat infrastrukturu üzərində yeni təzyiqlər yaradır və buna cavab olaraq Agentlik ənənəvi yol tikintisi yanaşmasından daha geniş strategiya tətbiq edir.

“Biz alternativ nəqliyyat dəhlizləri yaradır, nəqliyyat axınlarını yenidən bölüşdürür, magistral yollar üzərindəki yükü azaldır, təhlükəsizlik standartlarını yüksəldir və daha dayanıqlı mobillik sistemi formalaşdırırıq”, – deyə o qeyd edib.

F.Əzizovun sözlərinə görə, əsas layihələrdən biri M1 Bakı–Quba və M4 Bakı–Şamaxı avtomobil yollarını birləşdirəcək 29 kilometrlik Bilgəh–Məhəmmədi–Mərdəkan–Şamaxı avtomobil yolu layihəsidir. Bu dəhliz regional nəqliyyatın Bakı şəhərinin mərkəzinə daxil olmadan hərəkət etməsinə imkan verəcək. Layihəyə altı hərəkət zolağı, doqquz yol qovşağı, on üç estakada, tunellər və piyada keçidləri daxildir. Bu layihə tıxacların azalmasına, logistikanın sürətlənməsinə və ekoloji yükün azalmasına xidmət edəcək”, – deyə o bildirib.

O əlavə edib ki, Akademik Həsən Əliyev küçəsi ilə Koroğlu metro stansiyası arasında inşa olunan yeni yol bağlantısında işlərin təxminən 50 faizi tamamlanıb.

“Layihə alternativ şərq-qərb nəqliyyat əlaqəsi yaradacaq, Heydər Əliyev və Ziya Bünyadov prospektlərindəki yükü azaldacaq. Bundan başqa, piyada təhlükəsizliyi və əlçatanlığın artırılması məqsədilə bir sıra tunel və keçid layihələri də həyata keçirilir. Həyata keçirilən bütün layihələrin əsas məqsədi vahid və inteqrasiya olunmuş metropol mobillik sisteminin formalaşdırılmasıdır.

Əlaqəlilik, ərazi balansı, təhlükəsizlik və mobillik insanların gündəlik həyat keyfiyyətinin ayrılmaz hissəsidir. İnanırıq ki, bu layihələr Bakıda nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə azaldacaq, şəhər mərkəzinə düşən yükü optimallaşdıracaq və daha dayanıqlı metropol gələcəyinin qurulmasına töhfə verəcək”, – deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı – İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”, “Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı” mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir
PAYLAŞIN:

Continue Reading

Previous: İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri
Next: Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil”

OXŞAR MÖVZULAR

orxan-kobia2-

Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil”

admin 21/05/2026
ramil_cahangirov

İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri

admin 21/05/2026
nikah-ş

Gənclər buna görə evlənmək istəmir – Ekspert

admin 21/05/2026

XƏBƏR LENTİ

  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026
  • Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi… 21/05/2026
  • “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi keçirilib 21/05/2026
  • Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır 21/05/2026
  • ABŞ silahlı qüvvələri Hörmüz yaxınlığında 90-a yaxın gəmini saxlayıb 21/05/2026
  • WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub 20/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.