Skip to content
21/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 21
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri

admin 21/05/2026
qht-forum

 

Forumun əsas mesajı praktik əməkdaşlıqdan çox yeni maliyyə kanallarının formalaşdırılması təsiri bağışladı

Bir neçə gün öncə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu ilk baxışdan regional əməkdaşlıq platforması təsiri bağışlayırdı. Tədbir Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası və Bakı Şəhərsalma Həftəsi çərçivəsində təqdim olunur, rəsmi bannerlərdə də şəhərsalma forumunun loqoları yer alırdı.

Lakin forumda səslənən çıxışlara diqqətlə baxdıqda ortaya qəribə və düşündürücü mənzərə çıxdı: şəhərsalma adı altında keçirilən tədbirdə şəhərsalma ilə bağlı demək olar ki, heç nə danışılmadı. Kimləri aldatdılar, bu ayrıca sualdır.

Əvəzində tribunalardan “ortaq tarix”, “mədəni inteqrasiya”, “həmrəylik”, “ortaq gələcək” kimi ümumi və siyasi ritorikaya çevrilmiş fikirlər səsləndirildi. Halbuki tədbirin keçirildiyi platforma tamamilə başqa məzmun tələb edirdi. Şəhərsalma Həftəsi çərçivəsində təşkil olunan forumda ən azı urbanizasiya, dayanıqlı şəhərlər, regional inkişaf, ekoloji planlaşdırma, nəqliyyat infrastrukturu, şəhər diplomatiyası və ya TDT ölkələrinin ortaq urban problemləri müzakirə olunmalı idi. Amma çıxışların heç birində bu mövzulara toxunulmadı. Sübut üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəsmi saytında yerləşdirilmiş çıxışların fotolarını təqdim edirik.

Forumun açılışında çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov əsasən türk dünyasının birliyindən, ortaq mədəniyyətindən və inteqrasiyadan danışdı. Onun çıxışındakı ən konkret məqam isə şəhərsalma ilə deyil, birgə qrant müsabiqələri ilə bağlı oldu. O, türk dövlətlərinin tərəfdaş qurumlarını QHT-lər üçün birgə qrant proqramları elan etməyə çağırıb və bunun mexanizmlərini izah etdi.

Azərbaycanın QHT Agentliyi türk dövlətlərinin qurumlarını QHT-lər üçün birgə qrant müsabiqələri elan etməyə dəvət edib VİDEO

Bu məqam əslində forumun mahiyyətini də açıq göstərdi. Çünki tədbirdə ortaq strategiya, konkret fəaliyyət planı və ya nəticəyə hesablanmış təşəbbüslərdən daha çox maliyyələşmə imkanları ön plana çıxdı. Başqa sözlə, “həmrəylik” anlayışının mərkəzində ortaq dəyərlərdən çox ortaq qrant mexanizmlərinin dayandığı görüntüsü yarandı. Forumun əsas mesajı praktik əməkdaşlıqdan çox yeni maliyyə kanallarının formalaşdırılması təsiri bağışladı.

Digər çıxışlar da təxminən eyni məzmun xəttini davam etdirdi. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar “milli yaddaş”, “strateji həmrəylik” kimi mövzulardan danışdı. Qazaxıstan nümayəndəsi Banu Nurqaziyeva mənəvi dəyərlərin və gənclərin tərbiyəsinin vacibliyini vurğuladı. Özbəkistan nümayəndəsi Bobur Bekmurodov isə QHT-lərin xarici qrantlardan asılılığını azaltmağın vacibliyindən söz açdı və türk dünyasının daxili maliyyələşmə sisteminə ehtiyac olduğunu bildirdi.

Bütün bu çıxışlarda diqqət çəkən əsas detal isə bu idi: şəhərsalma mövzusu ümumiyyətlə yoxdur.

Bu ciddi məzmun problemidir. Çünki tədbir bir tərəfdən Ümumdünya Şəhərsalma Forumunun proqramına daxil edilir, digər tərəfdən isə şəhərlərin gələcəyi, urban idarəçilik, sosial məkanlar, memarlıq əməkdaşlığı və regional şəhər siyasəti barədə bir cümlə belə səsləndirilmir. Belə olan halda tədbirin şəhərsalma platformasına hansı əsasla inteqrasiya edildiyi də sual doğurur.

Ən maraqlı məqamlardan biri də forumun iştirak balansıdır. Tədbir “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumu” adlansa da, əsas çıxışların böyük hissəsini Azərbaycan rəsmiləri və yerli nümayəndələr edib. Xarici çıxışçılar arasında əsasən Qazaxıstan və Özbəkistan təmsilçiləri görünür. Digər xarici qonaq isə TürkPA nümayəndəsidir. Qırğızıstan, Türkmənistan, Macarıstan və digər TDT ölkələrinin vətəndaş cəmiyyəti institutlarının forumdakı görünytüsü isə demək olar ki, hiss olunmur.

Əgər məqsəd türk dünyası QHT-lərinin real həmrəyliyidirsə, niyə bütün tərəflərə söz verilmir? Niyə bütün ölkələrin nümayəndələri fəal şəkildə müzakirələrə cəlb olunmur? Niyə ortaq problemlər və konkret əməkdaşlıq istiqamətləri ortaya qoyulmur?

Digər diqqətçəkən məsələ isə forumların sürətlə və nəticəsiz şəkildə təkrarlanmasıdır. İlk həmrəylik forumunun üzərindən cəmi bir neçə ay keçməsinə baxmayaraq artıq ikinci forum keçirilir. Bununla yanaşı, qeyri-rəsmi şəkildə növbəti həmrəylik forumunun da təxminən 6 ay sonra keçirilməsinin planlaşdırıldığı bildirilir. Lakin maraqlı məqam odur ki, forum zamanı bununla bağlı hər hansı rəsmi qərar qəbul olunmayıb, konkret yol xəritəsi açıqlanmayıb və iştirakçılar qarşısında hesabat xarakterli müzakirə aparılmayıb. Yəni yeni forumun keçirilməsi barədə mesajlar verilsə də, bunun hansı nəticələrə əsaslandığı və nə üçün zəruri hesab olunduğu aydın deyil.

Xatırladaq ki, əvvəlki forumun yekun sənədi, fəaliyyət hesabatı, icra mexanizmi və ya əldə olunan nəticələri barədə ictimaiyyətə ciddi məlumat təqdim olunmayıb. Normal beynəlxalq praktikada forumlar nəticə yaratmaq üçün keçirilir. Əvvəlcə qərarlar qəbul olunur, sonra onların icrası qiymətləndirilir və yalnız bundan sonra yeni mərhələyə keçilir. Burada isə daha çox “tədbir xatirinə tədbir” modeli müşahidə olunur. Forumlar təşkil edilir, yüksək ritorika səsləndirilir, amma ortada nə konkret layihə görünür, nə də ölçülə bilən nəticə.

Bu yanaşma istər-istəməz dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəliliyi məsələsini də gündəmə gətirir. Çünki belə beynəlxalq forumların təşkili böyük maliyyə, inzibati resurs və təşkilati imkan tələb edir. Konfrans zalları, nümayəndə heyətlərinin qəbulu, yerləşdirmə, logistika, hədiyyələr, media təminatı və digər xərclər nəticə etibarilə dövlət büdcəsi hesabına qarşılanır. Əgər bu qədər resurs sərf olunan tədbirlər konkret proqramlar, regional layihələr və ya praktik əməkdaşlıq mexanizmləri yaratmırsa, o zaman vətəndaş cəmiyyətinin bu xərclərin effektivliyi barədə sual verməsi tamamilə məntiqlidir.

Daha ciddi problem isə ondan ibarətdir ki, tədbirlərdə əsas diqqət nəticəyə yox, görüntüyə yönəlmiş təsir bağışlayır. Forumlar ard-arda keçirilir, yüksək səviyyəli ritorika təkrarlanır, “strateji əməkdaşlıq”, “birlik”, “ortaq gələcək” kimi şüarlar səsləndirilir, amma yekunda ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri.(Yenixeberorg.com)

 

 

 

 

 

 

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib
Next: İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri

OXŞAR MÖVZULAR

nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026
qht-tedb

Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ

admin 19/05/2026
ming-kollec

“Məcburi pul yığımı, təhdid və tələbələrin təqaüdündən kəsinti” — Mingəçevir Turizm Kollecindən ciddi şikayətlər var

admin 18/05/2026

XƏBƏR LENTİ

  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026
  • Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi… 21/05/2026
  • “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi keçirilib 21/05/2026
  • Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır 21/05/2026
  • ABŞ silahlı qüvvələri Hörmüz yaxınlığında 90-a yaxın gəmini saxlayıb 21/05/2026
  • WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub 20/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.