Son illər Daxili İşlər Nazirliyi və tabeli qurumları tərəfindən istər mediada, istərsə də sosial şəbəkələdə yayılan qərəzli, həqiqətə uyğun olmayan məlumatların ən qısa zamanda araşdırılması, qanun çərçivəsində, vaxtında və operativ tədbirlər görülməsi vətəndaşlar tərfindən də böyük rəğbət hissi ilə qarşılanır. Bu baxımdan ölkə ictimaiyyəti Daxili İşlər naziri General- polkovnik Vilayət Eyvazovun idarətmə metoduna böyük hörmətlə yanaşırlar.
Aktualinfo.net xəbərlər bloqunda 10 İyul 2026-ci ildə yayılmış “Qaradağda 80 milyonluq qalmaqallı tikinti- Arzu Kazımov şəriklərini belə “udur”” başlıqlı məqalədə göstərilənlərlə bağlı Qaradağ rayon Polis İdarəsinə etdiyimiz sorğuya ən qısa zamanda münasibət bildirildi.
İdarədən bizə verilən məlumatlara görə qeyd olunan faktlarla bağlı hazırda cinayət işi başlanılaraq istintaqı aparılır. İlkin məqalədə göstərilən məlumatlar tamamilə yanlışdır. Belə ki, sahibkar Arzu Kazımovun özünə külli miqdarda ziyan dəymişdir. İstintaq yekunlaşdıqdan sonra ictimaiyyətə daha ətraflı məlumatlar veriləcək.
Aktualinfo.net xüsusilə vurğulamaq istəyir ki, sözügedən məqalədə sahibkar Arzu Kazımovun adları hallanan yüksək çinli məmurlardan pul alması barədə məlumatlar heç bir həqiqəti əks etdirmir. Arzu Kazımovun adları çəkilən şəxslərlə birbaşa və dolayısı ilə heç bir münasibati olmayıb. Bu ona atılan böhtan və iftiradan başqa bir şey deyildir.
Qeyd edək ki, Azərbaycan polisi vətəndaşların suallarına, müraciətlərinə və sosial şəbəkələrdə yayımlanan məlumatlara çevik reaksiya verdiyini bir daha sübut etdi, Aktualinfo.net portalında yayılan məlumta operativ şəkildə aydınlıq gətirdi. Məlumatların dəqiqləşdirilməsində göstərdikləri obyektivliyə və operativliyə görə onlara təşəkkür edirik.
Aktualinfo.net
