Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 14
  • Bu regional təhsil idarəsində bitməyən macəralar – VİDEO

Bu regional təhsil idarəsində bitməyən macəralar – VİDEO

admin 14/03/2025
gence-tehsil-

Azərbaycan təhsilində dəhşət və rəzalət davam edir.

Hər gün bir yeni olay, hər gün bir yeni macəra, tükürpədən iddialar…

Hər gün bir təhsil ocağından şiddətin, rüşvətin və daha nələrin, nələrin səsi ildırım sürətilə ölkəyə yayılır.

Elm və Təhsil Nazirliyi də adəti üzrə olayın qəhrəmanını ya işdən çıxarır, ya da yerini dəyişdirir.

Vəssalam.

Yəni, haqqında görülən tədbir şəxsin “cibinin qalınlığından asılı olur”.

Bu dəfə də barəsində danışacağımız regional təhsil idarəsi tez-tez qalmaqalları ilə gündəmdəki mövqeyini əlində “möhkəm sıxıb saxlayan” Gəncə-Daşkəsən Regional Təhsil İdarəsidir.

Belə ki, redaksiyamıza Daşkəsən rayon sakini Məmmədova Nuriyyə Cəlil qızı tərəfindən müraciət daxil olmuşdur.

Xanım müraciətində bildirir ki, “1988-ci ildən keçmiş Maarif şöbəsi, hazırkı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində mühasib işləyirdim.

İşlədiyim müddətdə hər zaman təhsil sahəsində baş verən qanun pozuntularına etirazımı bildirmişəm.

2022-ci ildə iş üçün lazım olan bəzi sənədləri tələb etdiyimə görə əmək haqqımdan 100 manat kəsildi. Belə olan halda prokurorluğa müraciət etdim. Bundan sonra Hesablaşma və Maliyyədən Aydın Rəhimov ilə Elçin Eyvazov güya gəlib yoxlama aparıb, səssizcə çıxıb getdilər, iş bağlandı.

Bu minvalla 2023-cü ilin avqust ayına qədər işimi davam etdirdim. Avqust ayının 28-də Rövşən Kərimov tərəfindən qeyri-qanuni olaraq işimdən azad edildim. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin o, zamankı müdiri Anar Qədiməliyevə müraciət etdikdən sonra, sentyabr ayında Daşkəsən Rayon təhsil idarəsinə işə bərpa edildim.

Lakin az sonra Rövşən Kərimov mənə iki dəfə səbəbsiz töhmət verdi.

Az müddət sonra isə həmkarlar ittifaqlarına üzvlükdən imtina etmədiyimə görə əmək müqaviləmə xitam verildi. Bununla bağlı müraciət etmədiyim dövlət qurumu qalmayıb. Lakin, təəssüflər olsun ki, aidiyyatı qurumlar məni işimdən azad etməklə hüququmu kobud şəkildə pozan Rövşən Kərimovun bu qanunsuz qərarı qarşısında acizlik nümayiş etdirirlər.”

Bundan əlavə, canlı yayımda Nuriyyə Məmmədova çox ciddi məlumatları açıqladı.

O, bildirir ki, “Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində müdür müavini işləyən Rövşən Kərimov 5-6 dəfə imtahandan kəsildiyi halda hələ də vəzifədədir.

Rövşən Kərimov tenderdən hər ay 1.000.000 (bir milyon) manat pul mənimsəyir.

Müəllimlərin tarif cədvəlində özünün ağlına gələn (ərk elədiyi) müəllimlərin adlarına güya maddi köməklik üçün əlavə məbləğlər (hər müəllim üçün 20 min, 10 min) yazaraq büdcədən pul silir.

2022-ci ildə makler kimi tanıdığımız Gülnar Qarayeva 15000 (on beş min) manat rüşvət verərək Regional Təhsil İdarəsinə baş məsləhətçi vəzifəsinə təyin edildi, amma sonra imtahandan keçmədi. Daha sonra necə keçirdilər bilmirəm.
Onu da deyim ki, idarədə saxta yolla işə daxil olanların hamısının bir cavabı var – “Eşqi Bağırovun imtahanından keçmişəm”. Hansı yollarla keçiblər, bunu aidiyyatı qurumlar araşdırsa görəcək.

2023-cü ilin aprel ayında Anar Qədiməliyevlə Rövşən Kərimov regionala tabe olan 45 orta məktəb və 11 uşaq bağçası rəhbərliyinə tapşırıq verdilər ki, hamı bir nəfər kimi həmkarlar ittifaqlarına üzvlükdən imtina etsinlər, əks halda əmək müqavilələrinə son veriləcək. Mən bu tapşırığı icra etmədiyim üçün mənim əmək müqaviləmə son verildi. Yerimə isə Rövşən Kərimov 10-15 min arası rüşvət alaraq 6 ay belə stajı olmayan Fərid adlı birini imtahansız təyin edib. Mənə isə deyirlər ki, yenidən imtahan verərək, işə qəbul ola bilərsən.

Daşkəsən rayon təhsil şöbəsinin müdiri təyin olunan Vüsal Cəfərov nazirliyin imtahanından keçməyib, müvəqqəti əmrlə işləyir.

Vüsal Cəfərov güya işə davamiyyəti yoxlamaq – kimlərin gəlib-gəlmədiyindən xəbərdar olmaq məqsədilə yalnız qadın işçilərin şəkillərini çəkdirib, votsap vasitəsilə özünə göndərtdirir. Özü də bunu gündə 4 dəfə – səhər iş başlayanda, nahardan əvvəl, nahardan sonra və iş saatı bitəndə təkrar etdirir.

Deyilənə görə Vüsal Cəfərov da həmin şəkilləri Rövşən Kərimova göndərir ki, “bu gün bu adamlar işdə olub”.

Məktəblərdə yuxarı siniflər hamısı demək olar ki, boşdur. Uşaqlar ayda 30, 50 və sair manat ödəniş etməklə məktəbin müəllimlərinin evində təhsil alırlar.

Rövşən Kərimovun anası Kəmalə Kərimova Gəncə şəhər 8 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyib. Halbuki, Rusiyada Şərabçılıq üzrə master təhsili alıb, güya müəllimlər institutunda ixtisasdəyişmə adı altında saxta yolla müəllim diplomuna yiyələnib. Bir neçə il yüksək dərs saatları ilə işlədikdən sonra bu il təqaüdə çıxdı.

Ümumiyyətlə, sözügedən 8 nömrəli məktəbdə çalışanların böyük əksəriyyəti Rövşən Kərimovun yaxınları, ailə üzvləridir (bacısı, xalası və sair).

Rövşən Kərimov əvvəllər 34 və 8 nömrəli məktəblərdə çalışan Vəfa və Şahnaz xanımın üzünə məktəbin müəllimlərini durğuzaraq, onları işindən azad etdirib.

Bundan əlavə, idarəmizdə şöbə müdiri vəzifəsində çalışan Abışov Kamil İsa oğlu inventarları satır – fakturaları özü yazır və məktəb direktorlarına göndərir. Halbuki nə Kamil Abışovun ixtiyarı yoxdur məktəb və uşaq bağçalarına inventarları özü versin, nə də məktəb direktorları onu almalıdır. Bu işi icra etmək üçün hər məktəbin təsərrüfat işləri üzrə müdiri var.

Anbarın açarı şöbə müdirində olmalı deyil, bu qanuna ziddir. Amma, Kamil Abışov anbardarı işdən azad etməklə hədələyib açarları özündə saxlayır.

Həmçinin, yuxarıda qeyd etdim ki, Rövşən Kərimov regionun bütün məktəb və uşaq bağçalarının rəhbərlərinə həmkarlar ittifaqlarından imtina etmək əmrini vermişdi. Amma, nə hikmətsə 6 ay sonra Rövşən Kərimov bütün məktəb və uşaq bağçalarının rəhbərliyinə yenidən həmkarlar ittifaqlarına üzv olmaq üçün ərizə ilə müraciət etmələrini əmr edib.

Hamı işsizlikdən gileyləndiyi bu dövrdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində, eləcə də Daşkəsən Rayon Təhsil sektorunda eyni saatda 3-4-5 müxtəlif işdə işləyən, bir neçə yerdən əmək haqqı alan adamlar var.

Rövşən Kərimov Gülnar Qarayeva ilə əlbir olaraq, bazardan ucuz məhsullar alaraq, büdcədən onların alınması üçün ikiqat pul sildirir, uşaq bağçaları üçün alınan tefal qazanlar və digər əşyaları bazarlarda satdırırlar.”

Nuriyyə Məmmədovanın işdən çıxarılma səbəbi ilə yanaşı sadaladığı bütün məlumatlar ciddi araşdırmaya ehtiyac duyulan məqamlardır.

Bundan əlavə, xanım icra-probasiya şöbəsindən də narazıdır ki, işdən haqsız yerə çıxarıldığı üçün müraciət etdiyi məhkəmə qərarında qarşı tərəflə razılığa gəlmələri bildirilsə də buvaxta qədər nə Rövşən Kərimov, nə də icraçı tərəfindən xanıma qarşı hər hansı bir addım atılmayıb.

Qeyd edək ki, Nuriyyə Məmmədovanın iddiaları ilə bağlı tərəfimizdən Elm və Təhsil Nazirliyinə rəsmi sorğu göndərilib.

Qarşıdakı günlərdə nazirliyin reaksiyası ilə birlikdə mövzuya yenidən qayıdacağıq.

Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq./dogruxeber.az

PAYLAŞIN:

Continue Reading

Previous: Ermənistan sülh müqaviləsinə “hə” deyib, amma… – “Hələ də münaqişə mənbəyi olan mühüm proseslər qalır”
Next: Uitkoff Moskvadan Bakıya gəlib? – Sensasion səbəb

OXŞAR MÖVZULAR

qht-6-

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25/05/2026
söhrab-deniz-l

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

admin 25/05/2026
nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.