Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 8
  • Azərbaycanda ekoloji təmiz maşınlara güzəşt dövrü başa çatır – bazarı nə gözləyir?

Azərbaycanda ekoloji təmiz maşınlara güzəşt dövrü başa çatır – bazarı nə gözləyir?

admin 08/07/2025
avto-el

 

2022-ci ildən Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin idxalına və satışına tətbiq edilən vergi güzəştlərinin müddəti bu ilin sonunda başa çatır.

Bu da o deməkdir ki, gələn ildən istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalına və satışına yenidən əlavə dəyər vergisi (ƏDV) hesablanacaq.

Bəs bu halda maşın bazarını nə gözləyir?

İlk öncə onu qeyd edək ki, vergi güzəştləri ölkəyə hibrid avtomobil idxalının həcmini kəskin artırıb. Məsələn, təkcə bu ilin yanvar-may aylarında Azərbaycana 18 426 ədəd daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitəsi gətirilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Kəskin artım ölkənin avtomobil parkının əsasən Çin avtomobilləri hesabına nəzərəçarpacaq dərəcədə yenilənməsinə töhfə verib. Xeyli sayda insan 20-25 min manat ödəməklə kifayət qədər funksional yeni maşın əldə edib.

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, vergi güzəştlərinin müddətinin başa çatması bazarda qeyri-müəyyənlik yaradıb: “Həmin güzəştlərin müddətinin artırılıb-artırılmayacağı məlum deyil. Odur ki, alıcılar qeyri-müəyyənliyi nəzərə alaraq indiki imkanlardan maksimum yararlanmağa çalışır, yeni avtomobil alırlar. Çünki, yeni ildən yeni maşın indikindən baha ola bilər”.

Onun sözlərinə görə, ölkədə yeni avtomobil almağa maraq xeyli gücləndiyindən köhnə avtomobillərə tələbat kəskin azalıb, onlar 30-40 % ucuzlaşıb: “Hazırda belə maşınlar əsasən onlayn satış platformaları, sosial şəbəkələr vasitəsilə realizə edilir. İnsanlar əvvəlcə avtomobilin şəkilini və videosunu “Instagram”, TikTok kimi platformalarda izləyir, daha sonra canlı baxışa gedirlər. Bundan başqa, insanlar sosial şəbəkələrdə satış elanlarını izləyir, istifadəçi rəyləri ilə tanış olur, forumlara qoşulur, avtomobili almadan əvvəl evdən çıxmadan onun haqqında bütün məlumatları öyrənə bilirlər. Bu tendensiya klassik bazar yerlərinin gələcəyini sual altına qoyur. Əvvəllər bazara gedib avtomobilə baxmaq anlayışı var idi. Artıq ənənəvi bazar yerlərinin əhəmiyyəti azalıb. Bazar sahibləri bu dəyişiklikləri nəzərə alaraq, gələcəkdə fəaliyyətlərini sosial şəbəkələr üzərindən fərqli formatda davam etdirməyə çalışacaq. Yaxın illərdə bazarın böyük hissəsi onlayn platformalar üzərindən reallaşacaq və avtomobil bazarındakı şəffaflıq daha da artacaq”.

Ekspert qeyd edib ki, uzun illərdir ikinci əl avtomobil bazarında süni qiymət şişirtməsi və texniki göstəricilərin, o cümlədən yürüş (kilometraj) məlumatlarının gizlədilməsi halları mövcud olub: “İndi isə xüsusi baxış mərkəzlərinin fəaliyyəti, elektron sistemlər və rəqəmsal izlər bu hallara nəzarət xeyli gücləndirib. Əvvəllər aldatma daha rahat idi. İndi isə avtomobilə baxış keçirən mərkəzlərdə kilometrajın dəyişdirilib-dəyişdirilmədiyini müəyyən etmək mümkündür”.

Xarici ölkələrin təcrübəsi göstərir ki, onlayn avtomobil bazarı yalnız elan yerləşdirmə ilə məhdudlaşmır.

Məsələn, ABŞ-da bəzi şirkətlər yalnız onlayn satış modeli ilə fəaliyyət göstərir. Müştəri avtomobili onlayn seçir, sifariş edir, sənədləşmə rəqəmsal şəkildə başa çatır və avtomobil birbaşa evə çatdırılır.

Almaniyada avtomobil satışı ilə məşğul olan platformalar yalnız elan yerləşdirmir, eyni zamanda avtomobilin rəqəmsal ekspertizasını, texniki hesabatını və hətta virtual test sürüşlərini təklif edir.

Çində isə xüsusilə elektrikli avtomobil bazarında sosial şəbəkələr üzərindən satışlar sürətlə inkişaf edir. Şirkətlər canlı yayımlar vasitəsilə avtomobilləri təqdim edir, sualları cavablandırır və satışı həyata keçirirlər.

Bu təcrübələr göstərir ki, onlayn satış modeli yalnız bir tendensiya deyil, avtomobil bazarının gələcəyidir. Azərbaycanda da bu tendensiya güclənir./report.az

PAYLAŞIN:

Continue Reading

Previous: Putinin müharibə resursları hədəf alınır – Rusiyaya qarşı sərt sanksiyalar elan olunacaq
Next: Türkiyəli professor: “Trampla Putin arasında gizli razılaşma var”

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.