Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 8
  • Türkiyəli professor: “Trampla Putin arasında gizli razılaşma var”

Türkiyəli professor: “Trampla Putin arasında gizli razılaşma var”

admin 08/07/2025
putin-tramp

 

Donald Tramp hakimiyyətə gələndə Rusiya-Ukrayna müharibəsində dəstəyini daha çox Moskvaya versə də, son günlər bu münasibətdə dəyişiklik nümayiş olunur. Xüsusən də onun rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığından sonra həmkarından narazı qaldığını dilə gətirməsi proseslərin fərqli məcrada irəliləyəcəyini deməyə əsas verir. Bunun fonunda isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rusiya qarşı 18-ci sanksiya paketinin nəzərdən keçirildiyini və bu sanksiyaların Rusiya iqtisadiyyatının birbaşa qəlbinə zərbə vuracağını bəyan edib. Maraqlıdır ki, Tramp və Avropa İttifaqı əvvəllər Rusiyaya münasibətdə fərqli mövqelərdə olsalar da, hazırda eyni mövqeyə daha çox yaxın olduqları müşahidə edilir. Bəs belə olan halda, Rusiyanı gələcəkdə nələr gözləyir? Həmçinin proseslər Rusiya-Ukrayna müharibəsinin gedişatına necə təsir edə bilər?

Mövzu ilə bağlı danışan türkiyəli politoloq, professor Hüsamettin İnanç bildirib ki, Putin Trampı məyus edib:

“Çünki Tramp ümid edirdi ki, aralarındakı dostluq münasibətləri Trampın tərəflər arasında sülh əldə etməsinə kifayət edəcək. Lakin müharibə davam etdikcə məlum oldu ki, Moskva imperialist maraqlarını davam etdirməkdə israrlıdır. Ona görə də bir müddət əvvəl Vaşinqtonda, Oval ofisdə Zelenskini alçaltmağa çalışan Tramp, indi Putinə təzyiq etməyə çalışır. Çünki Trampın müharibə ilə bağlı iki məqsədi var:

1. Ukraynanın yeraltı və yerüstü sərvətlərini ələ keçirmək,

2. Sülhü bərqərar edərək Nobel Sülh Mükafatı almaq.

Amma Putin onun gözləntilərinə zidd addımlar atdı. Hətta Rusiya lideri iyulun 4-də Luqanskı tam ələ keçirdiklərini, digər ərazilərlə bağlı da ambisiyalarının davam edəcəyini, Krımı isə geri verməyəcəklərini bəyan edib”.

Mütəxəssis əlavə edib ki, bu baxımdan, növbəti İstanbul danışıqlarının da nəticəsiz olacağı görünür:

“Çünki Ukrayna və Rusiyanın atəşkəs və sülhlə bağlı təklifləri bir-birinə tamamilə ziddir. Ukrayna öz ərazisində heç bir rus əsgəri istəmir, həmçinin Donetsk və Luqanskın Ukraynada qalmasını, eləcə də Krımı geri tələb edir. Bir sözlə, bütün ərazilər azad edilməlidir. Rusiya isə əksinə olaraq zəbt etdiyi yerlərdən geri çəkilməməkdə israrlıdır. Xüsusən də bu məqamda Trampın son vaxtlar silah-sursat dəstəyini kəsməsi Ukraynanın müharibədəki mövqeyinə təsir edib. Bu da Rusiya lideri Putinin ambisiyalarını daha da artırıb. Hesab edirəm ki, Tramp burada ikili oyun oynayır. Yəni əslində Trampla Putin arasında gizli razılaşma var. Rusiyada hazırda istifadə edilməyən nadir torpaq elementləri var ki, onların bir hissəsinin Amerika ilə ortaq istismar edilməsi belə gündəmdədir. Çünki Trampın sadəcə bir prioriteti var, o da puldur. Bütün müharibələrə yanaşması da bu istiqamətdədir”.

“Bu baxımdan, Avropanın Trampın Ukraynaya münasibəti və NATO-da ABŞ-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə görə Vaşinqtona inamı itib. Bu da Avropanı öz ordusunu yaratması istiqamətində ciddi addımlar atmağa vadar edib. 850 milyardlıq müdafiə büdcəsi hazırlayan Aİ artıq bundan sonra NATO ilə əlaqələrini də azaldacaq və öz təhlükəsizlik strategiyasını yaradacaq. Bu baxımdan, bu mübarizə uzun müddət davam edəcək və Avropa Trampın qarşısında geri çəkilməyəcək. Bu da Trampı Aİ ilə birgə hərəkət etməyə məcbur edəcək”, – deyə professor fikrini yekunlaşdırıb./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda ekoloji təmiz maşınlara güzəşt dövrü başa çatır – bazarı nə gözləyir?
Next: Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itirilə bilər

OXŞAR MÖVZULAR

abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026
erd-ntn

“Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi

admin 15/04/2026
avrop-hrmz

Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.