Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 24
  • Avropa İttifaqının Azərbaycanda investisiya vektoru qeyri-neft sektorlarına doğru istiqamət alır

Avropa İttifaqının Azərbaycanda investisiya vektoru qeyri-neft sektorlarına doğru istiqamət alır

admin 24/07/2025
ai-ai

 

Avropa İttifaqı (Aİ) ölkələrinin investorlarının 70 %-dən çoxu Azərbaycanda fəaliyyətini genişləndirməyi, daha 22 %-i isə hazırkı səviyyədə davam etdirməyi planlaşdırır.

Bu barədə Aİ-nin 2024-cü il üçün Azərbaycanda biznes mühiti haqqında icmalında xəbər verilir.

Sənədə əsasən, iqtisadiyyata həm mənfi, həm də müsbət təsir göstərən geosiyasi gərginliyə baxmayaraq, Aİ investorlarının Azərbaycana marağı artır. Belə ki, investisiya qoyuluşu üçün yenidən ölkəni seçənlərin payı 2021-ci ildəki 80 %-dən (əvvəlki sorğuya əsasən) 2024-cü ildə 92 %-ə yüksəlib.

Neft-qaz, mədən sənayesi kimi ənənəvi sahələr daha çox sadiqlik nümayiş etdirir. Eyni zamanda, genişlənmə üzrə ən iddialı planlar bərpa olunan enerji, tikinti və informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorlarında qeydə alınıb.

“2021-2024-cü illərdə Azərbaycanda biznes mühiti dayanıqlı makroiqtisadi vəziyyət fonunda formalaşıb. Xarici ticarətdə güclü mövqelər və büdcə profisiti sabitliyə töhfə verib. Neft-qaz sektoru mühüm rol oynamağa davam etsə də, ölkə şaxələndirməni fəal şəkildə təşviq edir – diqqət “yaşıl enerji”, kənd təsərrüfatı, turizm və İKT-yə yönəldilir”, – icmalda qeyd olunub.

Tikinti sektoru 2022-2023-cü illərdə fəal inkişaf edib, bu prosesdə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasına irimiqyaslı dövlət investisiyalarının yönəldilməsi də rol oynayıb. 2024-cü ildə artım tempi yavaşlasa da, fəallıq yüksək olaraq qalır.

Birbaşa xarici investisiyaların böyük hissəsi əvvəlki kimi mədən sənayesinə cəlb edilir. İKT sektoru genişlənir, lakin artım tempi azalıb. Geosiyasi dəyişikliklər şəraitində nəqliyyat və logistika strateji əhəmiyyət kəsb edir, alternativ marşrutların rolu güclənib.

Bərpa olunan enerji sektoru dekarbonizasiya üzrə dövlət siyasəti sayəsində nəzərəçarpan artım nümayiş etdirir. 2030-cu ilə qədər Azərbaycan enerji balansında “yaşıl enerji”nin payını 35,5 %-ə çatdırmaq niyyətindədir. Bununla yanaşı, ölkə Xəzər-Qara dəniz enerji dəhlizi kimi layihələr çərçivəsində elektrik enerjisi ixracını inkişaf etdirir.

Kənd təsərrüfatı sektorunda, əvvəlki çətinliklərə baxmayaraq, artıq sabitlik hökm sürür. Bu gün sektorun dayanıqlılığına və rəqabət qabiliyyətinin artırılmasına diqqət yetirilir.

Hesabatın müəllifləri vurğulayırlar ki, Azərbaycanda əlverişli biznes mühiti strateji coğrafi mövqe, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı, siyasi və sosial sabitlik, iqtisadi siyasətin proqnozlaşdırılması mümkünlüyü kimi amillərlə şərtlənir.

İnvestorlar üçün cəlbediciliyin əsas amilləri daxili bazara çıxış, strateji tərəfdaşlıqlar və alyanslar, regional bazarlara və azad ticarət zonalarına çıxış hesab olunur. Hesabatın müəlliflərinin fikrincə, xərclərin səmərəliliyi, vergi güzəştləri, rəqəmsal infrastrukturun inkişafı və rəqəmsal dövlət xidmətlərinin müsbət qiymətləndirilməsi də əlavə üstünlüklərdir.

Hökumətin atdığı son addımlar arasında investisiyalar haqqında yeni qanunun qəbul edilməsi və vergi güzəştləri hesabına investisiya mühitinin yaxşılaşdırılması, həmçinin biznes fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş islahatlar qeyd olunur.

Hesabatda Azərbaycanın Avropa və Asiya arasında ən mühüm tranzit marşrutu olan Orta Dəhlizdəki roluna xüsusi diqqət yetirilir. Eyni zamanda, rəqabət qabiliyyətinin artırılması üçün infrastrukturun daha da inkişaf etdirilməsi, rəqəmsallaşdırma və bürokratik maneələrin azaldılmasının zəruriliyi vurğulanır.

“Yaşıl biznes”in və dayanıqlı təcrübələrin inkişafı da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq Azərbaycanın prioritetləri sırasına daxil edilib. “Hökumət stimullaşdırıcı tədbirlər – maliyyə və tənzimləyici alətlər, vergi güzəştləri və insan kapitalına investisiyalar vasitəsilə biznesə dəstəyi gücləndirmək niyyətindədir”, – hesabatda qeyd olunub.

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib
Next: Bakıda yeni metro stansiyaları – Layihələndirmə işləri başladı

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.