Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 24
  • “Putin bundan başqa heç bir sövdələşmədə maraqlı deyil” – “Danışıqların üçüncü raundu nəticəsiz başa çatıb”

“Putin bundan başqa heç bir sövdələşmədə maraqlı deyil” – “Danışıqların üçüncü raundu nəticəsiz başa çatıb”

admin 24/07/2025
6ca1cfa1-71d6-417f-a5f3-18d6f46cd125

 

İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının 3-cü raunduna verilən qiymətləndirmələr kifayət qədər ziddiyyətlidir. Danışıqlarda Rusiya və Ukraynanın qarşılıqlı olaraq yeni təkliflərlə çıxış etməsini az da olsa irəliləyiş adlandıranlar da var, əksinə, Rusiyanın vaxt uzatdığını, təkliflərinin texniki xarakter daşıdığını və Kremlin ciddi danışıqlarda maraqlı olmadığını iddia edənlər də.

“The Wall Street Journal”-da dərc edilən məqalənin müəlliflərinin fikrincə, Moskvaya sülh sazişi bağlamaq üçün 50 gün vaxt verən ABŞ Prezidenti Donald Trampın ultimatumuna baxmayaraq, Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu nəticəsiz başa çatıb. Cəmi 40 dəqiqə davam edən görüşdən sonra Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov “Biz döyüşlərin dayandırılması və ya atəşkəsin yaradılmasında heç bir irəliləyiş görmürük” deyib. O vurğulayıb ki, altı aylıq danışıqlarda heç bir əsaslı nəticə əldə olunmayıb.

Kiyev növbəti dəfə prezidentlər Vladimir Putin və Vladimir Zelenski arasında birbaşa görüş keçirməyi təklif etsə də, Moskva bunu bir daha rədd edib.

Nəşr xatırladır ki, Rusiya nümayəndə heyətinə keçmiş mədəniyyət naziri, Putinin etibarlı adamı Vladimir Medinski başçılıq edib: “Müşahidəçilər baş verənləri real kompromis əldə etmək niyyəti olmayan uzun-uzadı bir ritual adlandırırlar.

Karnegi Rusiya-Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuyev hesab edir ki, Kreml Ukraynanın kapitulyasiyasını nəzərdə tutmayan danışıqlarda maraqlı deyil: “Putin məlum səbəblərə görə hələlik Ukraynanın tam təslim olmasını nəzərdə tutmayan heç bir sövdələşmədə maraqlı deyil”.

Bu arada Donald Tramp vasitəçi rolunu qoruyub saxlamağa çalışır. O, 50 gün ərzində sülh əldə olunmasa, Rusiyanın əsas ticarət tərəfdaşlarına 100%-lik tariflər tətbiq etməyə hazır olduğunu bəyan edib. Eyni zamanda o, Ukraynaya əlavə “Patriot” zenit-raket komplekslərini təhvil verəcəyini vəd edib.

Ağ Evin mətbuat katibi Anna Kelli vurğulayıb ki, “Rusiya və Ukrayna prezident Trampın rəhbərliyi sayəsində uzun illərdən sonra ilk dəfə birbaşa danışıqlar aparır”. Lakin analitiklər bu səylərin effektivliyinə şübhə edirlər. Qabuyevin fikrincə, Tramp Ukraynanı aktiv şəkildə dəstəkləməyə yox, daha çox siyasi pauzaya nail olmağa meyllidir: “O, çətin ki, qəti addımlar atsın. Onun ukraynalıları proaktiv şəkildə dəstəkləməkdənsə, vaxtı uzadacağı ehtimalı daha çoxdur”.

Eyni zamanda, Konqresdəki sanksiya təşəbbüsləri, xüsusən də senator Lindsi Qremin Rusiyaya 500%-lik rüsum tətbiq etmək təklifi Trampın özü tərəfindən əngəllənib. Respublikaçılar bu tədbirləri dəstəkləmədilər.

Moskva isə öz növbəsində sərt şərtlər irəli sürməkdə davam edir: Krım və onun nəzarətində olmayan ərazilər də daxil olmaqla, digər dörd region üzərində Rusiyanın suverenliyinin tanınması və Ukraynanın hərbi ittifaqlara qoşulmaq istəyindən əl çəkməsi.

Kremlin sözçüsü Dmitri Peskov danışıqlar ərəfəsində deyib: “Biz sehrli irəliləyiş gözləmirik”.

Beləliklə, diplomatiya baxımından çıxılmaz vəziyyətdə Rusiya hərbi əməliyyatları gücləndirir: “Ukrayna şəhərlərinə zərbələr davam edir, mülki infrastrukturun dağıdılması artır. Qərbin yardımına baxmayaraq, təchizat Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün kifayət etmir. Amerikalı analitiklər qeyd edirlər ki, “Patriot yaxşıdır, lakin bu kifayət deyil”.

Ukrayna hökumətinin keçmiş müşaviri Yevgeniya Qaber vurğulayıb: “Rusiya nümayiş etdirir ki, o, vicdanla danışıqlar aparmır. Mülki infrastruktura davamlı hücumlar bunun birbaşa sübutudur””.

PAYLAŞIN:

Continue Reading

Previous: Sülhlə bağlı son durum: İlin sonuna kimi iki məsələ həllini tapacaq
Next: RUSİYA-UKRAYNA DANIŞIQLARINDA “İŞIQ UCU” GÖRÜNÜR? – Kremlin və Kiyevin yeni təklifləri sülhü yaxınlaşdıra bilər

OXŞAR MÖVZULAR

putin-neba

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026
vaş-tehr

Vaşinqton-Tehran xəttində kritik mərhələ

admin 07/05/2026

XƏBƏR LENTİ

  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.