Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 28
  • Tehrandan Zəngəzur dəhlizinə qarşı sərsəm iddialar- “Turan dəhlizi artıq İran ərazisindən keçir…”

Tehrandan Zəngəzur dəhlizinə qarşı sərsəm iddialar- “Turan dəhlizi artıq İran ərazisindən keçir…”

admin 28/07/2025
zengezur-dehliz (1)

 

“Əgər Ermənistanın suveren qərarlarına İranın müşavirləri bu cür müdaxilə edirsə, Bakı Ermənistan hökumətinin təkliflərini necə ciddi qəbul edə bilər?”

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər region üçün deyil, ilk növbədə Ermənistanın öz suverenliyi üçün təhlükədir.

Bu barədə politoloq Fərhad Məmmədov “Telegram” kanalında paylaşdığı analitik şərhdə bildirib.

O qeyd edib ki, Vilayətinin səsləndirdiyi iddialar İran hakimiyyətini zəbt etmiş qrupun region ölkələrinin qərarvermə hüququna göstərdiyi hörmətsiz münasibəti bir daha nümayiş etdirir.

Fərhad Məmmədov vurğulayıb: “Vilayətinin Zəngəzur dəhlizini İran və Rusiyanı qurudan mühasirəyə almaq məqsədi daşıyan layihə kimi təqdim etməsi təkcə məntiqsiz bəyanat deyil – bu, reallıqla açıq-aşkar ziddiyyət təşkil edir. Rusiyanın və İranın dənizə çıxışı mövcuddur, həmçinin bu iki ölkə həm Xəzər dənizi, həm də Orta Asiya vasitəsilə birbaşa əlaqəyə malikdir. Belə olan halda bu ölkələrin ‘qurudan mühasirəyə alınması’ iddiası absurddur.”

Politoloq bildirib ki, Vilayətinin “Müqavimət oxu” ifadəsi artıq real məzmununu itirib: “Bu ‘ox’dan sadəcə dağıntılar qalıb. Əslində qalan yalnız reallığa və praqmatizmə qarşı müqavimətdir.”

Fərhad Məmmədovun sözlərinə görə, İran tərəfi Zəngəzur dəhlizini ABŞ, NATO, İsrail və guya “pantürkist çevrələrin” layihəsi kimi təqdim etməklə, adi bir dəmir yoluna süni şəkildə strateji çalarlar qazandırmağa çalışır. Məqsəd isə İranda bəzi dairələrin ölkə daxilində öz nüfuzunu gücləndirmək cəhdidir.

O, eyni zamanda xatırladıb ki, artıq Naxçıvana gedən dəmir yolu İrandan keçir və yaxın illərdə bu marşrut üzrə daha bir xətt istifadəyə veriləcək: “Turan dəhlizi artıq İran ərazisindən keçir və türkdilli ölkələr İran vasitəsilə bir-birinə bağlanır. Yəni bu dəhliz faktiki olaraq mövcuddur və genişlənməkdədir.”

İranın müşavirinin guya yeni aktiv siyasət kursuna keçilməsi barədə fikirlərinə gəlincə, Məmmədov kinayəli şəkildə qeyd edib: “12 günlük müharibə dövründə biz bu ‘aktiv siyasət’i gördük. Xüsusilə də İsrailin İran ərazisində yayılmış PUA zavodları fonunda. Görün nə qədər obyekt hələ də aşkarlanmayıb – onları biz yeni müharibə zamanı öyrənəcəyik…”

Fərhad Məmmədov bildirib ki, Vilayəti və onun kimi şəxslər bu gün Suriyadakı müharibəyə göndərilən əfqan şiələrin İrandan deportasiyası ilə məşğuldur: “Bu insanlar vaxtilə 2-3 dollar qarşılığında İslam Respublikasının maraqları naminə döyüşməyə göndərilirdi. İndi isə onlara yer qalmayıb – İranda şiə əfqanların etnik təmizlənməsi gedir.”

Ermənistan məsələsinə toxunan Məmmədov vurğulayıb ki, rəsmi İrəvanın Azərbaycanla ikitərəfli formatda kommunikasiyaların açılması istiqamətində cəhdlərinə baxmayaraq, İran tərəfinin bu tip bəyanatları Ermənistanın bu təşəbbüslərinin uğursuzluğa düçar olmasına səbəb olur: “Əgər Ermənistanın suveren qərarlarına İranın müşavirləri bu cür müdaxilə edirsə, Bakı Ermənistan hökumətinin təkliflərini necə ciddi qəbul edə bilər?”

 

O əlavə edib ki, Vilayəti heç bir halda kommunikasiya layihəsinin Ermənistanın suverenliyi çərçivəsində gerçəkləşə biləcəyini demir, əksinə, ümumiyyətlə belə bir layihənin mövcudluğunu inkar edir.

Sonda politoloq Ermənistan rəhbərliyinə çağırış edib: “İrəvan rəhbərliyi anlamalıdır ki, onların kommunikasiya mövzusunu aktuallaşdırmaq cəhdləri iflasa uğrayıb. ABŞ-a dəhliz verməkdən imtina etdilər, amma özləri də alternativ təkliflə çıxış edə bilmədilər. İran isə istənilən açılışa qarşı çıxır. Bu isə 2021–2023-cü illərdə Paşinyanın düşünülməmiş siyasətinin nəticəsidir. O zaman Qarabağ uğrunda ümidverici olmayan mübarizədə hər kəsdən yardım istəyən Paşinyana indi ən sərt formada cavab verilir…”

Fərhad Məmmədovun fikrincə, Ermənistan artıq daha real məsələlərə fokuslanmalıdır – məsələn, ATƏT-in Minsk Qrupunun tamamilə ləğvinə.

PAYLAŞIN:

Continue Reading

Previous: Ev almaq üçün daha bir imkan – Prezident 85 milyon manat ayırdı
Next: Onlar ixtisas seçiminə buraxılmayacaq

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.