Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 9
  • Qəzzaya sülh qayıdır? – Razılaşma imzalandı, girovlar azad edilir, ordu çəkilir

Qəzzaya sülh qayıdır? – Razılaşma imzalandı, girovlar azad edilir, ordu çəkilir

admin 09/10/2025
isr-fil

 

Mən İsrail və HƏMAS-ın sülh planımızın birinci mərhələsini imzaladığını elan etməkdən böyük qürur duyuram.
Bunu ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında yazıb.
“Bu o deməkdir ki, bütün girovlar çox tezliklə azad ediləcək və İsrail güclü, davamlı və əbədi sülhə doğru ilk addımlar olaraq qoşunlarını razılaşdırılmış xəttə çəkəcək. Bütün tərəflərə ədalətli davranılacaq!. Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün ətraf xalqlar və Amerika Birləşmiş Ştatları üçün böyük gündür və biz bu tarixi və görünməmiş hadisənin baş verməsi üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik”, deyə o bildirib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və HƏMAS hərəkatı arasında sülh planının birinci mərhələsinə dair razılaşmanın imzalanmasında Türkiyənin böyük rolu olub.
Belə ki, Tramp və hərəkat məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Türkiyə, Qətər və Misirə təşəkkür ediblər.
Tramp qeyd edib ki, İsrail və HƏMAS arasında razılaşma çərçivəsində israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi oktyabrın 13-də baş tuta bilər.
“Girovlar azad olunacaqlar. Bu, çox güman ki, bazar ertəsi baş verəcək. Hazırda girovların azad edilməsi üçün çox işlər görürük. Ölən girovların cəsədləri də qaytarılacaq”, deyə o bildirib.
HƏMAS da Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Bu barədə hərəkatın bəyanatında deyilir:
“HƏMAS Şarm əş-Şeyxdə ciddi və məsuliyyətli danışıqlar aparıb, bundan sonra Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılaşmanı elan etməyə hazırdır”.
Radikallar dolayı məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Misir, Qətər və Türkiyəyə təşəkkür edib, atəşkəs və İsrail qoşunlarının Qəzzadan çıxarılması istiqamətində çalışdığına görə ABŞ prezidenti Donald Trampa minnətdarlığını bildirilər:
“Biz bir daha təsdiq edirik ki, xalqımızın fədakarlığı boşa getməyəcək və vədimizə sadiq qalacağıq və xalqımızın milli hüquqlarından, o cümlədən azadlıqdan, müstəqillikdən və öz müqəddəratını təyin etmək hüququndan əl çəkməyəcəyik”.
İsrailin Baş naziri Benyamin Netanyahu isə Qəzza zolağında saxlanılan bütün girovların geri qaytarılmasına ümid edir. Bu, onun ABŞ Prezidenti Donald Trampın Qəzza sülh planının birinci fazası ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlamasından sonra ilk qısa şərhi olub. İsrail baş nazirinin dəftərxanasından verilən açıqlamaya görə, Netanyahu deyib: “Tanrının köməyi ilə onların hamısını evlərinə qaytaracağıq”.
Netanyahu Qəzza zolağında atəşkəsin birinci mərhələsini ratifikasiya etmək üçün Nazirlər Kabinetinin iclasını çağırmağı planlaşdırdığını açıqlayıb.
“Bu, İsrail üçün əla gündür. Sabah sazişi təsdiqləmək və bütün əziz girovlarımızı evə gətirmək üçün Nazirlər Kabinetinin iclasını keçirəcəyəm”, Netanyahu bildirib.
O, ordu və təhlükəsizlik qüvvələrinə göstərdikləri cəsarətə görə təşəkkür edib. Baş nazir Qəzzada sülh nizamlanması üçün bu planı təklif edən ABŞ prezidenti Donald Trampa xüsusi minnətdarlığını bildirib:
“Tanrının köməyi ilə biz bütün məqsədlərimizə birlikdə nail olmağa və qonşularımızla sülh dairəsini genişləndirməyə davam edəcəyik”.
BMT-nin baş katibi Antonio Quterreş atəşkəslə bağlı açıqlama verib: “ABŞ prezidenti Donald Trampın təklifi əsasında Qəzzada atəşkəsin təmin
edilməsi və girovların azad edilməsinə dair razılaşmanın elan edilməsini alqışlayıram”.
Onun sözlərinə görə, BMT sülhün tam həyata keçirilməsini dəstəkləyəcək və Qəzzaya humanitar yardımın çatdırılmasını artıracaq:
“Mən ABŞ, Qətər, Misir və Türkiyənin bu çox zəruri irəliləyişin əldə edilməsində diplomatik səylərini yüksək qiymətləndirirəm. BMT sazişin tam icrasını dəstəkləyəcək, davamlı və zəruri humanitar yardımların çatdırılmasını, həmçinin Qəzzada bərpa və yenidənqurma səylərini artıracaq”.
BMT-nin Baş katibi həmçinin bütün tərəfləri iki dövlətli həllə nail olmaq üçün İsrail-HƏMAS sülh planını həyata keçirməyə çağırıb.
İsrailin “Ynet” portalı məlumat yayıb ki, İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə dair planının birinci mərhələsinin icrası zamanı İsrail Qəzzanın 53%-nə nəzarətini saxlayacaq.
Qeyd olunub ki, İsrail, hökumət müqaviləni təsdiq etdikdən sonra 24 saat ərzində qoşunlarını HƏMAS ilə razılaşdırılmış xəttə geri çəkməlidir. Bundan sonra İsrail Qəzza ərazisinin təxminən 53%-nə nəzarəti saxlayacaq. Belə ki, geri çəkilmə zamanı İsrail ordusu “Gideonun arabaları” əməliyyatı zamanı ələ keçirməyə başladığı Qəzza şəhərini tərk edəcək.
Bu arada, İsrail gələn həftənin əvvəlində Trampın mümkün səfərinə hazırlaşır. Bu barədə CNN İsrail rəsmisinə istinadən məlumat yayıb.
Trampın özü Yaxın Şərqə oktyabrın 11 və ya 12-də səfər edə biləcəyini bildirsə də, hansı ölkə və ya ölkələrə səfər edə biləcəyini dəqiqləşdirməyib.
“Axios”un müxbiri Barak Ravid qeyd edib ki, Tramp İsrailin baş naziri Benyamin Netanyahunun dəvəti ilə yəhudi dövlətinin parlamenti olan Knessetdə çıxış etmək niyyətindədir.
Ağ Evin mətbuat katibi Karolin Livittin yaydığı bəyanatda deyilir ki, Donald Tramp oktyabrın 10-da illik fiziki müayinədən keçəcək və qısa müddət sonra Yaxın Şərqə yola düşəcək./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Yeni qayda: Əlillik dərəcələrinin verilməsi asanlaşır
Next: “Putinin ümidi Ukraynanın tükənməsinədir” – “Bu münaqişə sağ qalmaq uğrunda mübarizədir”

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.