Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 28
  • 201 nömrəli məktəbdəki problemlərin pərdəarxsı – Təhsil təxribatçıları bir məktəbin simasında…

201 nömrəli məktəbdəki problemlərin pərdəarxsı – Təhsil təxribatçıları bir məktəbin simasında…

admin 28/10/2025
svetlana-201

 

Bakı şəhər 201 nömrəli məktəbdəki xəyanətin qısa anatomiyası

 

Məktəb və müəllim haqqında fəaliyyətə söykənən, görülən işləri əks etdirən məqalələrin kəskin azalması səbəbindən reytinq axtaranların yazılarının və süjetlərin artması fonunda təhsil müdafiəyə çəkilmiş kimi görünür. Təəssüflər olsun ki, bu tendensiyanın arxasından bəzən məqsədyönlü maraqlar da boy göstərməkdədir.

Ölkədə baş verən son olaylar, illərlə təxribatlarla məşğul olduğunu hamının bildiyi, medianın yazdığı Ramiz Mehdiyev haqqında rəsmi və hüquqi araşdırmalar bir daha çox məsələyə fərqli baxış bucağından yanaşmağa əsas verir. İndilərdə bir daha məlum olur ki, onun şəbəkəsi və onlardan ruhlananlar bir çox sahələrdə, o cümlədən də təhsildə kök salmış, şaxələnmişdir. Belə olmasaydı, illərlə bir məktəbi öz monopoliyasına almış adi bir direktor müavini bu qədər gücə sahib olmazdı. Söhbət Bakı şəhəri 201 nömrəli tam orta məktəbin keçmiş direktor müavini Svetlana Hüseynovadan, onun şübhəli əlaqələrindən gedir.

Azərbaycanda təhsili gözdən salmaq kampaniyasında iştirak edən, rüşvət almağı amalına çevirmiş hər kəsə illərlə yaşıl işıq yandırılmasının sirri də indi açılır. Onlara istənilən vicdanlı müəllimi, məktəb rəhbərini nüfuzdan salmaq və öz “komando”ları vasitəsilə yıpratmaq su içimi qədər asan idi.

Müşahidələr göstərir ki, bir təhsil müəssisəsinə yeni rəhbər gələn kimi illərlə orada kök salmış ətalətin kölgəsində gizlənənlərin müqaviməti ilə üzləşir, yenilik və islahat ruhunu öldürmək üçün qarayaxmalar, təşkil olunmuş üzədurmalar başlayır. Bəzən media və ictimai fəal şəxslər də məsələnin mahiyyətinə dərindən varmadan bu müzakirələrə qoşulanda rezonans artır, ilk anda rəhbərlik günahkar qismində təqdim olunur. Ancaq həqiqətdə necədir, proses necə baş verir?! Bir nümunədə bunu anlatmağa çalışacağıq.

Son zamanlar bir neçə dəfə qarşıma çıxan, ictimailəşmiş bir məktəb olayı haqqında təsadüfən aldığım məlumatlar və fikirlər bu yöndəki düşüncələrimə yenidən işıq saldı. Məlumat verən şəxsin valideyn olması, övladının həmin məktəbdə oxuması eşitdiklərimə inamımı və bu mövzuya marağımı bir az da artırdı. Bundan sonra məktəblə daha yaxından maraqlandım, xeyli məlumatlar almağa nail oldum. Söhbət Bakı şəhəri 201 nömrəli tam orta məktəb ətrafında baş verən hadisələrdən gedir. Son günlərdə əsassız olaraq işdən azad olunmuş, lap dəqiqi məktəbdəki qaragüruhçuların səs-küyünü kəsmək üçün vəzifəsinə xitam verilmiş Afaq Əliyevanın rəhbərliyi dövründə məktəbdə baş vermiş olaylar haqqında bir valideynin söylədiyi həqiqətləri geniş ictimaiyyətin də bilməsi yaxşı olardı.

Açığı media və telekanallarda oxuduğum və izlədiyim məlumatlar elə qənaət yaradırdı ki, sanki məktəbin direktoru günahkardır. Reallıqda isə bu olayların arxasında məktəbdə illərcə öz komfort zonasını yaratmış, kollektivdə avtoritet kimi tanınmış keçmiş direktor müavini Svetlana Hüseynova dururmuş.

Məktəbi özünün şəxsi istəklərinə görə idarə edən, hətta Afaq Əliyevadan əvvəlki direktoru belə öz təsiri altında saxlayan S.Hüseynova 2022-ci ildən məktəbə direktor təyin edilmiş A. Əliyevanın rəhbərliyi və peşəkar yanaşması ilə ayaqlaşa bilmədiyini və pedaqoji kollektivlə əvvəlki kimi davranmağın artıq mümkün olmadığını gördükdə keçir klassik üsuluna. Məktəbin fəaliyyətini pozmaq üçün başının dəstəsini işə qoşur. Lakin pedaqoji kollektivin əksər hissəsi yeni direktorun yanında durur, məktəbin inkişafı üçün A. Əliyevaya dəstək verirlər. Bununla belə Svetlana Hüseynovanın məktəbin inkişafına və əlverişli təlim-tərbiyə mühitinin formalaşdırılmasına mane olmaq cəhdləri uzun müddət davam edir.

Aydınlıq üçün qeyd edək ki, 2021-2022-ci tədris ilində, yəni A. Əliyeva direktor təyin olunmamışdan öncə Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi inspeksiya yoxlaması aparmışdır. Məktəb bütün sahələr üzrə “2” qiymət almışdır. 2022-ci ilin yanvar ayında məktəbə yeni direktor – Afaq Əliyeva təyin olunduqdan sonra Məktəbin İnkişaf Planı hazırlandı və məktəb öz strategiyasını və məqsədini müəyyənləşdirdi: Dinamik İnkişaf modelinə keçdi.

Məktəbdə müəllimlərin inkişafı dəstəkləndi. Direktor tərəfindən müəllimlərə onlarla ödənişsiz təlimlər keçirilmiş, baş mentor direktor özü olmaqla inkişafı dəstəkləyən Mentor komandası yaratmışdır. 3 il ərzində bu və digər innovasiyaların tətbiqi sayəsində məktəb bütün maneələrə baxmayaraq 20 faiz inkişaf əldə etmiş, əvvəlki yoxlamada “2” qiymət alan məktəb ölkədə ilk dəfə olaraq “Pilot Akkreditasiyadan keçərək  “4” qiymət almışdır.

Bu uğurların arxasında gərgin əmək və prinsipiallıq, 30 il ərzində məktəbdə davam edən özbaşınalıq və rüşvətə son qoyulması, tapdalanmış insan hüquqlarının müdafiəsi, şəffaf və obyektiv fəaliyyət dayanmışdır.

Təbii ki, 30 il ərzində məktəbdə hegemonluq edən, məktəb rəhbərlərini və  müəllimləri müxtəlif yollarla itaətdə saxlmağa çalışmış, öz şəxsi mənafeyi naminə məktəbdə təhsili məhv etmiş direktor müavini Svetlana Hüseynovanın qanunsuz əməllərinə son qoyulmuşdur. Diplomu olmayan, əyri yollarla işə qəbul olunduğu deyilən, dəfələrlə tənbeh olunan, xitam verilən direktor müavini məktəbdən kənarlaşdırılmaqla “islah” olunmuşdur.

Müəllimlərin və valideynlərin söylədiklərindən və yazılı şikayətlərdən də görünür ki, S.Hüseynova məktəbdə işlədiyi dövrdə təzyiq, şantaj, təhdid etməklə, fiziki və psixoloji zorakılıq göstərməklə daim öz istəklərini həyata keçirmişdir. Onun dəstə üzvü L.Şəfaqətovanın və digərlərinin söylədiklərinə görə müəllimlərin əmək haqqı kartları S.Hüseynova tərəfindən faizlə pul vermək (sələm) qarşılığında illərlə əllərindən alınmışdır. Məsələn, 7000 manat qarşılığında 30 000 manatlıq sənədə imza atdırılmışdır. Keşlə sakinlərinin söylədiklərinə görə, qəsəbədə S.Hüseynova 30 illik təcrübəsi olan məşhur sələmçi kimi tanınır. İstədiyi məbləği əldə edə bilmədikdə, məhkəmələrə verməklə insanların evini, pulunu əlindən alır. Keşləlilərin söylədikləri bu faktlar hüquqi mənbələrdən olan bir məlumat təsdiq edir: Son bir il yarım ərzində S.Hüseynova tərəfindən 214 nəfərə qarşı “borc”la bağlı məhkəmə işi açılmışdır.

O, illər boyu məktəbdə saxta imtahanlar keçirmiş, jurnalları saxtalaşdırmış, fərqli bəhanələrlə müəllim və valideynlərdən külli miqdarda vəsait toplamışdır. Müəllimlərin söylədiklərinə görə Svetlana Hüseynovanın evlərinin qarşısında 3 ədəd bahalı avtomobil, rayonda böyük mülkü, “Sədərək” ticarət mərkəzində obyektləri, banklarda özünün və uşaqlarının adına 100 minlərlə manat vəsaitin olduğu hesablar vardır. Haradandır adi məktəb direktoru müavinində bu qədər vəsait?!  Ən azı ehtiyac içərisində olan insanlara qarşı açdığı məhkəmələrə ödədiyi külli miqdarda rüsumlar, vəkil haqqı məbləğlər haradandır?!

Əlbəttə ki, Afaq Əliyevanın məktəbdə peşəkar müəllim komandası ilə birlikdə yaratdığı şəffaf mühit, kodlaşdırılmış, müdaxiləsiz qiymətləndirmələr, Böyük Summativ Qiymətləndirmələr, monitorinqlər, uşaqlara zorakılıq edən 14 nəfər müəllimin islah olunması, təhqirlərin, təhdidlərin, təzyiqlərin aradan qaldırılması, peşəkar müəllimlərin, şagirdlərin hüquqlarının qorunması və müdafiə olunması, rüşvətin ləğv olunması, məktəbdəki dəyərin pul yox, tərbiyə və təhsilin olması əlbəttə ki, Svetlana Hüseynovanı çox narahat edir və narazı salırdı. Külli miqdarda davamlı gəlirə 30 il ərzində aludə olmuş, vərdiş etmiş, keşləlilərin diliylə desək, “məktəbi bazara çevirmiş”, “çirkab içində olan” S.Hüseynova belə demokratik mühitlə razılaşa bilməzdi.

Odur ki, çox keçmədən S.Hüseynova hamının eşitdiyi və onun sevimli  devizi olan “ən yaxşı mübarizə hücumdur” iddiası ilə inkişafda olan təmiz məktəbə, direktora, müəllimlərə, təhsilə qarşı müharibəyə başlayır. Saxtalaşdırılmış sənədlər, əsassız məhkəmə iddiaları, məktəbdə absurd “yeyinti” iddiası ilə çıxış edir, prokurorluğa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, ali dövlət qurumlarına, nazirliklərə, komitələrə, icra orqanlarına böhtan dolu ərizələr yazır. Media və sosial şəbəkələrdə böhtan və şər dolu paylaşımlar, əsası olmayan yazılar, yəni S.Hüseynovanın illər ərzində istifadə etdiyi əsas silahlar işə düşür.

Müəllimlərin söylədiklərinə görə, məktəbin daxilində daim çaxnaşma yaradan, daima məqsədli olaraq öz şəxsi mənafeyini qorumaq üçün, başqalarını hədəfə çevirən, öz əməllərini başqalarının üzərinə yıxıb ara qarışdıran S.Hüseynova bu dəfə məktəbin direktoru Afaq Əliyevanı və müəllimləri öz hədəfinə çevirir.

İllərlə S.Hüseynovanın rüşvət tələbinə, təzyiq və təhdidinə boyun əyən, (bəzən döyülən, söyülən) müəllimlər, yeni direktorun uşaq və müəllim hüquqlarını, qanun və dəyərləri müdafiə etdiyini görüb ürəklənərək Elm və Təhsil Nazirliyi və Baş Prokuror yanında Korrupsiya İdarəsinə məruz qaldıqları qanunsuzluqlar barəsində şikayət ərizələri ünvanlayırlar, hüquqlarını tələb edirlər. 2023-cü ilin dekabr ayında təqdim olunan şikayətlə BŞTİ tərəfindən araşdırılaraq Svetlana Hüseynovanın əmək müqaviləsinə xitam verilir.

İlk dəfə olaraq kəskin şəkildə hegemonluğuna son qoyulan və işdən qovulan S.Hüseynova qeyzlənir, ətrafına 6-7 nəfərlik özü kimilərdən ibarət “dəstə” toplayaraq məktəbə, müəllimlərə daha ağır zərbələr vurmağa çalışır. Ondan şikayətçi olan 38 nəfər müəllim təkrar-təkrar məhkəmələrə verilir. Direktor və müavinlər dəfələrlə xüsusi ittiham qaydasında məhkəməyə cəlb olunur və ağır məhkəmə prosesləri yekunlaşaraq Ali Məhkəmə tərəfindən Svetlana Hüseynovanın iddiası rədd edilir.

Uduzduğu məhkəmələrdən daha da hiddətlənən S.Hüseynova 2023-cü ilin sentyabr ayında sosial şəbəkələrdə başlatdığı “qarayaxma” kompaniyasını Afaq Əliyevaya qarşı daha da kəskinləşdirərək, 2025-ci ildə televiziya və “Youtube” kanalı, saytlar vasitəsilə böhtan və şər xarakterli reportajlar hazırlatdıraraq A.Əliyevaya zərbə vurmağa çalışır. Bəzi “jurnalist”ləri şirnikləndirərək məqsədli olaraq nazirliyə qarşı ittihamlara ruhlandırır, hətta öz dəstə üzvlərini də müxtəlif təzyiqedici vasitələrlə yönəldir və idarə edir.

Nəhayət, pedaqoji heyətə açdığı 50-dən artıq məhkəməyə qarşı, onun özünə qarşı yalnız bir xüsusi ittihamla Nizami Rayon Məhkəməsində cavabdeh kimi cəlb olunur. Hakim məhkəmədən yayınan S.Hüseynova barəsində polisə gətirilmək qərarı çıxaranda, eyni vaxtda özünü əməliyyat etdirir, yenə məhkəmədən yayınır (1-5 avqust 2025). Qeyd olunan iş barədə məhkəmə davam etdiyi üçün digər təfərrüatlara toxunmuruq. Proses ədalətli şəkildə başa çatandan sonra nəticələr barədə daha geniş məqaləni diqqətinizə təqdim edəcəyik.

Ümidvarıq ki, ölkədəki xəyanətkar şəbəkənin ifşa olunduğu indiki vaxtda 201 nömrəli məktəbin direktoru olmuş Afaq Əliyevaya qarşı qurulmuş oyunlar da ifşa olunacaq, müəyyən təsirlərə düşərək yanlış qərar verənlər də həqiqətin yanında duracaqlar. Bu, bir məktəbin pedaqoji kollektivinin və valideynlərin arzusu və tələbidir.

 

Arzu Hüseynova

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: Artıq metrodan tələbə bileti ilə keçmək mümkündür – Video
Next: Prezident İlham Əliyev Türkiyə Prezdentini təbrik edib

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.