Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 30
  • Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır

Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır

admin 30/10/2025
vergi-v

 

Gələn ildən Azərbaycanda özəl sektorda əməkhaqqı gəlirlərinin vergiyə cəlb olunması planlaşdırılır. Hökumət elan edib ki, bu dəyişiklik ölkədə əmək bazarının “kölgədən çıxarılması”, sosial ədalətin gücləndirilməsi və dövlət gəlirlərinin artırılması məqsədi daşıyır.

Xatırladaq ki, ölkədə 1 yanvar 2019-cu il tarixindən etibarən qeyri-neft-qaz və dövlət sektorundan kənar fəaliyyət göstərən əməkçilərin maaşları üzrə gəlir vergisinə güzəştlər tətbiq edilmişdi. Həmin dövrdə bu sektor üzrə maaşı aylıq 8 000 manata qədər olan işçilər üçün gəlir vergisi tutulmurdu.

Eyni zamanda, neft-qaz sektoru və dövlət sektorunda əmək fəaliyyəti göstərən işçilər üçün isə fərqli vergi məzənnələri mövcuddur: aylıq 2 500 manata qədər olan maaşlarda 14 %, 2 500 manatdan yuxarı hissədə isə 25 % gəlir vergisi tətbiq edilir. Hökumət elan etmişdi ki, bu güzəştli rejim qeyri-neft sektorunda əmək bazarının stimullaşdırılması, rəsmi maaşların qeydiyyatının artırılması və vergi bazasının genişləndirilməsi məqsədilə tətbiq edilir.

Maliyyə Nazirliyinin gələn ilin dövlət büdcəsi layihəsi ilə bağlı açıqlamasından məlum olur ki, vergi güzəştlərinin 7 illik müddəti 31 dekabr 2025-ci il tarixində bitir. Nəticədə, 1 yanvar 2026-cı il tarixindən qeyri-neft-qaz və dövlət sektorundan kənar fəaliyyət göstərən işçilərin maaşları üzrə gəlir vergisi tətbiq olunacaq.

Vergi məzənnələri aşağıdakı kimi planlaşdırılır:

Aylıq maaşı 2 500 manata qədər olanlar üçün: 3% vergi.

Aylıq maaşı 2 500–8 000 manat olanlar üçün: 75 AZN + həmin 2 500 manatdan yuxarı hissənin 10%-i.

Aylıq maaşı 8 000 manatdan çox olanlar üçün: 625 AZN + 14% yuxarı hissədən.

Gələcək illərdə də mərhələli artımlar planlaşdırılır; məsələn, 2027-ci ildə 2 500 manata qədər gəlir üçün vergi 5%-ə qalxa bilər.

Hökumət elan edib ki, bu addımı ilə qeyri-neft sektorunda vergi bazasını genişləndirməyi, büdcə gəlirlərini artırmağı, əmək bazarında şəffaflığı təmin etməyi hədəfləyir.

Beləliklə, güzəştin sona çatması ilə gəlir vergisinin tətbiq sahəsi genişlənəcək, dövlət büdcəsinə əlavə daxilolmalar təmin ediləcək.

Şübhəsiz ki, 2026-cı ildən özəl sektorda maaşların vergiyə cəlb olunması, həm işçilər, həm də işəgötürənlər üçün önəmli dəyişikliklər deməkdir. İşçilərin xalis maaşı azalacaq, işəgötürənlərin büdcəsi isə əlavə xərclərlə üzləşəcək.

Yeni qaydalar özəl şirkətlərin maliyyə yükünü əhəmiyyətli dərəcədə artıracaq. Ekspertlərin hesablamalarına görə, 2026-cı ildən sonra özəl sektorun maaş fondu üzrə xərcləri orta hesabla 4–14% arasında artacaq. Bu artımın miqdarı şirkətin hansı ssenarini seçəcəyindən – yəni vergiləri yalnız əməkdaşın maaşından çıxması, yoxsa işəgötürən tərəfindən kompensasiya olunmasından asılı olacaq.

Daxil olan məlumata görə, topdan, pərakəndə satışla məşğul olan bəzi iri vergi ödəyiciləri üçüncü yolu – ixtisarları seçə bilər. Bu barədə bir sıra şirkətlərdə müzakirələr gedir.

Xatırladaq ki, hazırda özəl sektorda işəgötürənlərin sosial sığorta ödənişlərinin bir hissəsi dövlət tərəfindən subsidiyalaşdırılır. 2026-cı ildən bu subsidiyanın azaldılması nəzərdə tutulur.

Qanunvericiliyə əsasən, işəgötürənlər əməkhaqqı fondunun 22%-i həcmində sosial sığorta haqqı ödəməlidirlər. Dövlətin subsidiyası azaldıqca, şirkətlər bu öhdəliyin daha böyük hissəsini öz büdcələrindən qarşılamaq məcburiyyətində qalacaqlar. 2026-cı il üçün ilkin proqnozlara görə, işəgötürənlər bu məbləğin 20%-ni artıq öz vəsaiti hesabına ödəyəcək. Bu isə maaş fondu üzrə təxminən 4,4% əlavə maliyyə yükü deməkdir.

Güzəştlərin ləğvinin şirkətlərə konkret təsirlərinə gəlincə, əgər şirkət yalnız sosial sığorta subsidiyasının azalmasını nəzərə alarsa, əməkhaqqı fondu üzrə xərclər 4,4% artacaq. İxtisara getməyən şirkətlərin işçilərin xalis maaşını dəyişməzsə, əlavə vergi yükünü daha da artıracaq.

Məsələn:

2,000 manat maaş alan işçiyə görə şirkətin əlavə aylıq ödənişi təxminən 148 manat olacaq (artım 7,4%).

5,000 manat maaş üçün bu göstərici 545 manat təşkil edəcək (artım 10,9%).

10,000 manat maaş alan əməkdaş üçün isə əlavə xərc 1,345 manat olacaq (artım 13,4%).

Beləliklə, özəl şirkətlər üçün ümumi əməkhaqqı fondunda iki rəqəmli artım qaçılmaz görünür.

Bundan başqa vergi sistemindəki dəyişikliklər yalnız maliyyə baxımından deyil, həm də inzibati proseslərdə çətinliklər yaradacaq. Ekspertlərə görə, şirkətlər yeni qaydalara uyğun olaraq, mühasibat və HR proqram təminatını yeniləməli, vergi bəyannamələri və hesabat formalarını dəyişdirməli, əməkdaşlara izahat və təlimlər keçirməli, yeni audit və məsləhət xidmətlərinə müraciət etməli olacaqlar.

Ekspertlər hesab edir ki, bu texniki və məsləhət xərcləri illik əməkhaqqı fondunun 0,5%-dək hissəsini təşkil edə bilər.

İşçilərin xalis gəlirinin azalması əmək bazarında yeni gərginlik yarada bilər. Xüsusən yüksək ixtisaslı kadrlar “xalis maaş” əsasında müqayisə aparacaq və bəzi şirkətlər onları saxlamaq üçün maaş artımına gedə bilər. Bu da öz növbəsində əmək bazarında qiymətlərin qalxmasına səbəb olacaq.

Eyni zamanda, bəzi işəgötürənlər vergi yükündən yayınmaq üçün əmək müqavilələrini azaldılmış göstəricilərlə rəsmiləşdirə, ya da qeyri-rəsmi ödənişlərə üstünlük verə bilər. Bu isə kölgə iqtisadiyyatına dönüş riskini artırır.

Yekun olaraq qeyd edək ki, gələn ildən özəl sektorda maaşların vergiyə cəlb edilməsi, şirkətlərin rentabelliyinə, qiymət siyasətinə və investisiya qərarlarına birbaşa təsir göstərəcək.

İqtisadçılar hesab edirlər ki, hökumət bu keçidi mərhələli şəkildə və subsidiyaların tədrici azaldılması ilə həyata keçirməlidir. Əks halda, xərclərin kəskin artması bir çox kiçik və orta müəssisələrin fəaliyyətini çətinləşdirə bilər./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Razılığa gəlmişik” – Tramp və Si ABŞ-Çin münasibətlərilə yanaşı, Ukraynanı da müzakirə ediblər
Next: Məktəb direktorları yeni qaydalarla seçiləcək

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.