Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 30
  • “Razılığa gəlmişik” – Tramp və Si ABŞ-Çin münasibətlərilə yanaşı, Ukraynanı da müzakirə ediblər

“Razılığa gəlmişik” – Tramp və Si ABŞ-Çin münasibətlərilə yanaşı, Ukraynanı da müzakirə ediblər

admin 30/10/2025
tr-şi

 

ABŞ Prezidenti Donald Tramp və Çin başçısı Si Cinpin Cənubi Koreyanın Busan şəhərində Trampın ikinci prezidentlik müddətində ilk ikitərəfli görüş keçiriblər. 

Çin Mərkəzi Televiziyasının məlumatına görə, Si Cinpin və Tramp arasında danışıqlar 1 saat 40 dəqiqə davam edib.

Görüşdən əvvəl Tramp kameralar qarşısına çıxaraq, “çox uğurlu görüş” gözlədiyini bildirib. Si Cinpin isə öz növbəsində Trampın doqquz aylıq vəzifə dövrü ərzində üç dəfə telefonla danışdıqlarını və məktub mübadiləsi apardıqlarını qeyd edib. Tramp və Si görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə ediblər və ona son qoymaq üçün birlikdə işləmək barədə razılığa gəliblər. Tramp bu açıqlamanı Cənubi Koreyadan ayrıldıqdan sonra təyyarədə verib.

“Biz bunu ətraflı müzakirə etdik və nəticə əldə etmək üçün birlikdə işləmək barədə razılığa gəldik. Biz razıyıq ki, iki tərəf, qarşıdurma və döyüş içində donub qalıblar və bəzən, bəlkə də, onların döyüşməsinə icazə vermək lazımdır. Bu, dəlilikdir. Amma Si bizə kömək edəcək və biz Ukrayna məsələsində birlikdə işləyəcəyik”, – deyə Tramp bildirib. ABŞ Prezidenti Çin lideri ilə görüşünü yüksək qiymətləndirərək, tezliklə imzalana biləcək ticarət razılaşmasına nail olduqlarını bildirib: “Bu, gözəl görüş idi. O, əla liderdir”.

Tramp Çinin fentanil komponentlərinin ABŞ-yə ixracının dayandırılması müqabilində bütün Çin mallarına tətbiq edilən tarifləri dərhal azaldacağını söyləyib. Prezident həmçinin Çinin Amerikadan soya idxalını bərpa edəcəyini və nadir torpaq metallarının ixracına maneələr yaratmağı dayandıracağını söyləyib: “Nadir torpaq metalları məsələsi həll edildi və bu, bütün dünya üçündür… Bu, təkcə Amerika məsələsi deyil, qlobal bir məsələdir. Çindən gələn maneə aradan qalxdı. Razılığa gəlmişik. Artıq hər il razılaşmaya yenidən baxacağıq, amma düşünürəm ki, bu, uzun müddət qüvvədə qalacaq. Bu, bir illik razılaşmadır və gələn il onu yeniləyəcəyik”.

Tramp həmçinin qeyd edib ki, o və Si soya ticarəti və fentanil ilə bağlı tariflər də daxil olmaqla, “demək olar ki, hər şey” barədə razılığa gəliblər.

ABŞ Çin mallarına tarifləri 20%-dən 10%-ə endirəcək. Bunu da Tramp bəyan edib. ABŞ Prezidenti qeyd edib ki, Çinin Rusiyadan neft alması mövzusuna az diqqət yetirilib. Baxmayaraq ki, o, bu sahədə Moskvaya Pekin vasitəsilə təzyiq göstərmək niyyətində olduğunu demişdi.

Belə görünür ki, Tramp-Si görüşündə Ukraynadan daha çox ABŞ-Çin münasibətləri və ticarət məslələri müzakirə olunub. Ancaq istənilən halda, bu iki supergüc arasında münasibətlərin normallaşmasının Ukrayna münaqişəsinin həllinə müsbət təsir göstərəcəyi də danılmazdır. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: İcra başçısı və müavinləri saxlanıldı – DTX əməliyyat keçirib
Next: Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.