Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 1
  • Ramiz Mehdiyevin “qara kassası” üzə çıxdı: Qaynından iş adamına qarşı ağır ittiham

Ramiz Mehdiyevin “qara kassası” üzə çıxdı: Qaynından iş adamına qarşı ağır ittiham

admin 01/11/2025
ramiz-mehd

 

Dövlətə xəyanətdə təqsirləndirilərək, barəsində ev dustaqlığı qərarı verilən Ramiz Mehdiyevin “qara kassası” üzə çıxıb.

Bu barədə Bakı şəhər sakini Oqtay İbrahimov məlumat verib. O bildirib ki, Ramiz Mehdiyevin biznesini milyonçu iş adamı Şahəddin Məmməd oğlu Abdullayev idarə edir.

Ramiz Mehdiyev barədə cinayət işi başlanandan sonra isə Şahəddin Abdullayev biznesini xaricə köçürməyə başlayıb: “O, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə xarici kəşfiyyat orqanlarının Azərbaycanın dövlət strukturlarına sızmasında, icra başçılarının, nazirlərin, komitə sədrlərinin təyin olunub çıxarılmasında, deputat seçkilərinə müdaxilədə, ölkədən çirkli pulların qanunsuz yollarla daşınmasında, hakimiyyəti zorla ələ keçirmək planlarının həyata keçirilməsində və digər pərdəarxası fəaliyyətlərində ona hərtərəfli dəstək olub. Bunun qarşılığında 25 ilə yaxın müddət ərzində Ukraynanın Mariupol Metallurgiya Zavodundan vaqonlarla dəmir məmulatları gətirərək, Azərbaycanda bu sahədə monopoliyasını ələ keçirərək, inanılmaz sərvətə sahib olub. Ramiz Mehdiyevin Şahəddin Abdullayevlə qohumluq əlaqəsinin olmamasına baxmayaraq, qızı Şahinə Abdullayevanın 2008-ci ildə “Sərin”, oğlu Şamxal Abdullayevin 05.10.2013-cü il tarixdə “Buta” şadlıq saraylarında keçirilən toylarında Ramiz Mehdiyev şəxsən özü və ailəsi ilə birlikdə iştirak ediblər. Bu da onların bir-birinə sıx bağlılığından, isti münasibətlərindən xəbər verir. Şahəddin Abdullayev S.Vurğun küçəsində “Zabitlər bağı” ilə üz-üzə yaşayış kompleksini (qırmızı bina) inşa etdirdikdən sonra oğlu Şamxal Abdullayevə hədiyyə etdiyi mənzillə üzbəüz Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə də ev hədiyyə edib. Şahəddin Abdullayev Ramiz Mehdiyevin hakimiyyətdə mövqeyinin zəiflədiyi vaxt “Bu dövlətə etibar yoxdur. Sabah bilmək olmaz nə olar, nə olmaz” deyərək, siyasi motivlərlə və qanunsuz yollarla Türkiyənin İstanbul şəhərində 5 000 000 dollar Eurobond istiqrazları yerləşdirdi, İstanbuldakı “Burhan” banka 500 000 dollar əmanət qoydu. İstanbulun mərkəzi olan Nişantaşında 2 ədəd daşınmaz əmlak aldı”.

Oqtay İbrahimov daha sonra deyib: “Şahəddin Abdullayevin şəxsən öz adına olan 30 ədəd daşınmaz əmlak, müəssisə, qeyri-yaşayış sahələri, xarici maşın kolleksiyaları saymaqla bitməz.

Oğlunun, xüsusən qızının və həyat yoldaşının, qanunsuz qızının, nəvələrinin adına olanlardan hələ danışmırıq. Bu gün onun nəticəsidir ki, Şahəddin Abdullayevin dövlət orqanlarında dayaqları və himayədarları qalmaqda davam edir. İki ilə yaxındır ki, etdiyimiz müraciətlərdə Şahəddin Abdullayevin təsisçisi olduğu və oğlu Şamxal Abdullayevin direktor olduğu “Güzdək Metal” və “Roofs” MMC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərini pozaraq, dövlət büdcəsindən külli miqdarda mənimsəmələr edilməsinə dair göstərdiyimiz faktlar bu günə qədər araşdırılmayaraq açıq qalıb. Bunun nəticəsidir ki, hər 2 müəssisənin rəhbərləri uzun müddətdir ki, “qara mühasibatlıqla” işləyərək dövlət büdcəsindən milyonlarla manat mənimsəmələr etmələrinə baxmayaraq, əl-qollarını sallayaraq sərbəst gəzib dolaşırlar”.

O.İbrahimov deyib ki, Mehdiyevin “qara kassa”sı rolunu oynayanlar həmin müəssisələrdən birində əmək müqaviləsiz, formal olaraq 500 manat əmək haqqı müqabilində işləyən oğlu Həsən İbrahimovu dolaşdıraraq həbs etdirməyə nail olublar, yoxa çıxardıqları pulların bütün məsuliyyətini onun üzərinə yönəltməyə çalışırlar: “Maraqlar müqabilində, qərəzli şəkildə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə cinayət işi başlanıb. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Oktyabrın 1-də keçirilən məhkəmədə ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzləndi”.

O.İbrahimov bildirib ki, bu iddia üzrə cinayət işinə dair ilkin araşdırma bir il yeddi ay davam etsə də, ortada heç bir fakt və sübut yoxdur: “Lakin qəbul olunmuş məhkəmə qərarı bir daha sübut etdi ki, Şahəddin Abdullayevin bu gün də dövlət orqanlarında güclü dayaqları var. Oğlum cəmiyyət üçün heç bir təhlükə törətmədiyi halda Şahəddin Abdullayev oğlumu həbsə aldırmağa nail olub.

Ailəmiz dörd ilə yaxındır bu şəxsin əlindən əziyyət çəkir. Şahəddin Abdullayev ailəmizdən əl çəkmir, milyonlarına və ona himayədarlıq edən bəzi məmurlara arxalanaraq ailəmizi hədələyir, övladımızın həyatını məhv ediləcəyi haqqında bizə məlumatlar göndərir. Oğlu Şamxal Şahəddin oğlu Abdullayev müəssisənin direktoru olduğu halda məhkəmədə şahid qismində ifadə verir. Halbuki direktor müəssisənin fəaliyyətindən dolayı bir nömrəli cavabdeh şəxsdir. Bu gün də Şahəddin Abdullayev ağsaqqalı Ramiz Mehdiyevdən təlimat və tapşırıqlar alır, maraqlar müqabilində təsir edərək planladığı işləri pillə-pillə həyata keçirir. Şahəddin Abdullayevin “Qurd Qapısı” restoranı istirahət, əyləncə məkanından daha çox “siyasi söhbətlər” məkanı kimi ad çıxardıb. Axşamlar narazılar burada toplaşıb “siyasi nağıllar” danışırlar, gələcək planlar qururlar. Bu gün Şahəddin Abdullayevin var-dövləti 100 milyonlarla ölçülür”.

Bir maraqlı fakt da odur ki, Şahəddin Abdullayev şikayətçi Oqtay İbrahimovun bacısının həyat yoldaşıdır.

Barəsində səslənən ittihamlarla bağlı Ş.Abdullayevə zəng etdik. Lakin o, zənglərə cavab vermədi.

Yazıda adları çəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq./oxu.az

Məqaləyə dair fotomateriallar:

 

PAYLAŞIN:

Continue Reading

Previous: Şahin Bağırovun göstərişinə işçisi Tural Həsənli əməl etmədi – DGK-da nə baş verir?
Next: Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.